Azərbaycanca

Qarabağ həqiqətləri Çexiyada

01.07.2014 | 12:24

1404203061_cexiya-qarabagÇexiyanın Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi təşkilatı Praqa şəhərinin mərkəzi Na Prikope küçəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlumatlandırma kampaniyası keçirib. Qeyd edək ki, kampaniya Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsi çərçivəsində aparılır.

Təşkilat kampaniya çərçivəsində təbliğat çadırı quraraq, vətəndaşlara çex və ingilis dillərində Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini əks etdirən broşürlar, işğal altında olan ərazilərimizin xəritələrini, dağıdılmış yaşayış məntəqələrimizin şəkillərini paylayıb, Praqa sakinlərinin müvafiq suallarını cavablandırıblar. QHT təmsilçiləri həmçinin aksiyaya maraq göstərən vətəndaşlara “Xocalıya ədalət” və “Şuşaya Azadlıq” kampaniyaları haqqında da ətraflı məlumatlar verərək, onlara Azərbaycanın Qarabağ problemi ilə əlaqədar milli mövqeyini əks etdirən internet resurslarının ünvanlarını təqdim ediblər.
Qeyd etmək lazımdır ki, əvvəllərdə müxtəlif QHT-lərin bu cür məlumat çadırları qurmaq təşəbbüsləri olsa da Praqa meriyası müraciətləri müsbət cavablandırmamışdır. Təhsil və Tolerantlığın Təşviqi Mərkəzinin uzun, israrlı tələbindən sonra məlumat çadırının qurulmasını meriya ilə razılaşdırmaq mümkün olub.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

01.07.2014 12:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*