Azərbaycanca

Qarabağ məsələsi İsveçrə gündəliyində

27.05.2014 | 06:47

1401170429_osce-logoİsveçrənin paytaxtı Bern şəhərinin yaxınlığında yerləşən məşhur Hünigen Qəsrində mayın 26-da Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr təşkil olunub. Görüş hal-hazırda ATƏT-ə sədrlik edən İsveçrə Xarici İşlər Nazirliyi ilə Beynəlxaq Sülh İnstitutunun təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə yanaşı məsələnin həllində vasitəçilik edən əksər beynəlxalq təşkilatlar iştirak edib. Tədbirin əhəmiyyətini nəzərə alaraq ATƏT-in Minski Qrupunun bütün həmsədrləri sözügedən görüşə qatılıblar. Müzakirələrdə Azərbaycanı Azərbaycan Diplomatiya Akademiyası (ADA) və İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) təmsil edib. CESD-nin sədri Vüqar Bayramov bildirib ki, tədbirdə həmsədrlərin iştirakı ilə münaqişənin həlli yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb: “Eyni zamanda post-münaqişə dövrünün potensial iqtisadi və siyasi təsirləri də qiymətləndirilib”. Vüqar Bayramov görüşdə müzakirə edilən məsələlərin detalı ilə bağlı indiki məqamda mətbuatın məlumatlandırılmamasının razılaşdırıldığını deyərək əlavə informasiya verməyib. Müzakirələrin bu formatda növbəti aylarda da davam etdirilməsi razılaşdırılıb”.

 

“KarabakhİNFO.com” 

27.05.2014 06:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*