Azərbaycanca

QARABAĞ MƏTBƏXİ: Ağdam təamları – 2

13.10.2014 | 15:25

qarabag metbexi5555Qarabağ mətbəxi spesifik dadı-tamı ilə digər bölgələrin mətbəxindən seçilir. Qarabağ mətbəxi o qədər zəngindir ki, bu mövzu barəsində yazmaqla bitmir. Ağdam mətbəxi də Qarabağın özünəməxsus təamları arasında xüsusi yer tutur.
Ağdamın məşhur və qədim təamları barədə məşhur aşpaz Mehman Zeynalovla söhbət etdik.

 

 

Xəngəl ilk dəfə Qarabağ xanı üçün bişirilib

 

 

M.Zeynalovun sözlərinə görə, ağdamlıların və qarabağlıların sevdiyi xengelxörəklərdən biri xəngəldir: “Xəngəli ilk dəfə Qarabağda Xan üçün bişiriblər. Xəmiri yoğurmaq, kəsmək, ət döymək, yemək gec hazır olurdu. Hazır olanda da sevincək “Xan, gəl”, “Xan, gəl” deyə çağırıblar. Adı ordan xəngəl qalıb. Məlumatlara görə, Ağdamda isə ən dadlı xəngəli xan qızı Natavanın əmisi qızı Afət xanım bişirərmiş. Xəngəl xan xörəyidir – Xan, gəl.

 

 

Döşəməli aş

 
Ağdamlıların masalarının üzərində plov mütləq olmalıdır. Onların ən sevdiyi plov növlərindən biri də “Döşəməli aş”dır. Bu aşın qarasını hazırlamaq üçün mal, qoyun ya da toyuq əti qaynadılır, soğanlar qarabag metbexiqovrulur, birlikdə yaxşı qovurub, şabalıd , gavalı, alça və ərik qurusu töküb çox az bişirilir. Düyü süzülür, qazmaq hazırlanıb kəsilir. Qazana düzülüb bir üzü qızardılır. Çevirib düyünün bir hissəsini tökülür, qara səpilir düyünün üstünə. Qalan düyü ilə də qaranın üstünü örtüb sarıkök, zəfəran səpib dəmə qoyulur”.

 

 

Avdal qutabı

 

 

M.Zeynalovun sözlərinə görə, ağdamlıların, ümumiyyətlə qarabağlıların sevdiyi təamlardan biri də kətədir: “Çox təəsssüflər olsun ki, mənfur düşmənimiz olan ermənilər kətəni öz milli təamı kimi sosial şəbəkələrdə yayırlar. Amma biz doğma kətəmizə bəzən qutab da deyirik. Yaxşı olar ki, tək aşpazlar deyil, hər kəs doğma Ağdamımızın kətəsinin sorağını və dadını dünyaya yaysın.

 

 

abdal qutabi agdamAnam, nənəm və böyüklərimin sevə-sevə hazırladığı təamlardan biri də “Avdal qutabı”dır. Ağdam işğal olunmazdan əvvəl qohum-qonşu, hər kəs təndir başına yığışıb çörək bişirər, yuxa yayıb, xəngəl sərib, əriştə kəsib, təpitmə hazırlayardılar. “Avdal qutabı”nın da təpitmədən hazırlandığını görmüşəm. İndi təpitməni yuxa ilə də əvəz etmək olar. Bunun üçün yuxanı xüsusi qaydada kəsilir, üçkünc formalı boxçalar hazırlanır. İçliyi düyü və lobyadan hazırlanır. Düyünün içərisinə də zövqə görə kişmiş, xırda doğranmış gavalı da əlavə etmək olar. Turş sevənlər zirincdən də istifadə edə bilər. İçərisinə düyü yığılmış üçkünc boxçaların ağzı bərkidilərək yağda qızardılır”.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

13.10.2014 15:25

Imtina

Your email address will not be published. Required fields are marked *

*