Azərbaycanca

QARABAĞ MƏTBƏXİ: “Ağdam təamları”

29.09.2014 | 17:40

qarabag metbexi5555Qarabağ mətbəxi – qədim, zəngin və özünəməxsus dadı ilə seçilən mətbəxlərdən biridir. Qarabağ mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyalarından ibarət deyil, həm də Azərbaycan maddi mədəniyyətinin əsas hissələrindən biridir.

 

Mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil iqlimdir. Qarabağın gözəl flora və faunaya malik olması həmin ərazidə zəngin mətbəx yaradılması üçün əsas baza sayılır.

 

 

Bu dəfə Qarabağın gözəl bölgəsi olan Ağdam mətbəxindən söhbət açacağıq.

 

 

mehmAğdam mətbəxi barədə əslən Ağdam bölgəsindən olan təcrübəli aşpaz Mehman Zeynalovla söhbət etdik.

 

 

M.Zeynalov ”KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında bildirdi ki, Ağdam xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə məşhurdur. Ağdam mətbəxini digər bölgələrin mətbəxi ilə qarışıq salmaq olmaz: “Buranın xörəkləri dadı və hazırlanması, həmçinin tünd və tamlı ədviyyələr qatılmasına görə digər bölgələrin xörəklərindən seçilir. Xüsusilə də, Ağdamda heç bir bölgədə olmayan göyərtilər bitirdi. Həmin göyərtilər sayəsində isti xörəklərin tamı qeyri-adi olurdu”.

 

 

Həmsöhbətimizin sözlərinə görə,ermənilər hər zaman Qarabağ mətbəxini n həsrətində olublar: “Ümumiyyətlə, ermənilərin özlərinə aid hər hansı yemək növləri yoxdur. Bizim yeməklərin hazırlanma qaydasını öyrənib öz adlarına çıxarırlar. Nə Qarabağ, nə Qarabağ mətbəxi, nə də bozbaş və digər milli yeməklərimiz ermənilərin deyil.

 

 

Bu yaxınlarda Moskvada “Regional yarmarkalar” adlı festival keçirilib. Həmin festivalda iştirak edən ermənilər Azərbaycan mətbəxinin milli yeməklərini öz adlarına çıxartmaq istəyiblər. Ermənilər festivala gələnlərə kabab və dolmanı öz milli yeməkləri kimi sərgiləyiblər. Hətta dolmanın adını təhrif edən ermənilər milli yeməyimizi “tolma” adı ilə təqdim ediblər. Ermənilərin təqdim etdiyi dolma eyni ilə bizim tənək dolmamız idi”.

 

 

Ağdamlıların məşhur “Boyanalı plov”u

 

 

plovM.ZeynalovAğdamın ən məşhur və qədim plovlarından “Boyanalı plov” haqqında danışdı. “Boyanalı plov” Qarabağın bir sıra bölgələrində hazırlanır. Amma ağdamlıların “Boyanalı aş”ı fərqli olur. Fərqli cəhəti odur ki, plov 5-6 kiloqramlıq quzu əti ilə birlikdə dəm alır və aş hazır olana yaxın düyünün üzərində oyuqlar açılır. Hər oyuğa bir yumurta vurulur. Plov hazır olan zaman süfrəyə sarımsaq-qatıq ilə birlikdə verilir.

 

 

Həmsöhbətimiz həmçinin Ağdamın “Döymə kabab”ından da danışdı: “Yağlı quzu ətindən hazırlanır. Ət taxta və ya daş üzərində döyülür, ona soğan və müxtəlif ədviyyatlar qatılır.

 

 

Ağdam kətəsi

 

 

qutabAğdamlıların ən sevdiyi təamlardan biri də göy qutabıdır. Qutabın tərkibinə Ağdamda bitən mövsümi göyərtilər qatılır. İspanaq, keşniş, nanə, turşəng, cincilim, quşəppəyi, göy soğan vurulur”.

 

 

M.Zeynalovun sözlərinə görə, Ağdam kətəsinin sorağı və dadı tək Azərbaycana deyil, qonşu ölkələrə də yayılıb.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

29.09.2014 17:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*