Azərbaycanca

QARABAĞ MƏTBƏXİ: Füzuli təamları

22.10.2014 | 14:39

qarabag metbexi5555Qarabağ mətbəxinin ləzzəti və zənginliyi barədə o qədər çox söz yazılıb ki, buna nəsə əlavə etməyə ehtiyac yoxdur. Biz bu dəfə gözəl təbiətə malik olan Füzuli mətbəxindən söhbət açacağıq. Füzuli mətbəxi özünə məxsus təamları ilə digər bölgələrin mətbəxlərindən həm dadı, həm də hazırlanma qaydasına görə fərqlənir.

 

 

Füzuli mətbəxinin zənginliyi barədə əslən adıçəkilən rayondan olan müəllimə Həqiqət xanım Həsənova danışır.

 

 

10728707_10202955886479963_1630241610_nHəqiqət Həsənova “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında bildirdi ki, Füzuli mətbəxi çox zəngin və qədimdir.

 

 

Həmsöhbətimiz əvvəlcə Füzulinin məşhur “Canaçəkdi plovu”nun hazırlnma qaydasını təqdim edir: “ Əvvəlcə düyü yuyulur, qurudulur, qazanda yağ dağ edilir, düyü əlavə olunub azca qovrulur. Sonra üzərinə çıxana qədər ət suyu əlavə olunur. Duz, təmizlənmiş şabalıd, sarıkök əlavə olunaraq yüksək odda bişirilir. Duyunun suyu çəkildikdə isə vam odda dəmə qoyulur”.

 

 

Həqiqət xanımın sözlərinə görə plovun yanında kotlet də plovhazırlamaq olar: “Kotleti hazırlamaq üçün ət çəkilir, üzərinə 2 kartof, 2 soğan, 1 dilim çörək, 1 diş sarımsaq, duz, istiot əlavə edilir. Göbələk , badımcan təmizlənib iri doğranılır, üzərinə duz, istiot, mayonez çəkilib əvvəlcədən yağlanmış qaba düzülür ve 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirilir.

 

 

Füzulilərin məşhur yeməklərindən biri də el arasında  “Karonni”kimi tanınan “Ayranlı aş” dır.  Bu təamı yayda hazırlayırlar və soyuq halda süfrəyə verirlər.

 

 

“Ayranlı aş”ın tərkibi qatıq, lobya, sarımsaq, çuğundur yarpağı, pərpətöyün, keşniş, şüyüd və sudan ibarətdir. Əvvəl lobyanı qaynatmaq lazımdır. Lobya bişənə yaxın doğranmış göyərtini əlavə edilir. Ayrı bir qabda undan umac hazırlayıb üstünə əlavə edib qarışdırılır. Sonra bunu bir qabda soyuducuya qoyuruq. Bir neçə saatdan sonra soyuducudan çıxarılır. Sonra üzərinə sarımsaqlı qatıq və su əlavə edilir. Çalışmaq lazımdır ki, çox duru olmasın.

 

 

buglamaDigər məşhur yeməyimiz “Buğlama” adlanır. “Buğlama” üçün qoyun əti, şirin bibər, badımcan, baş soğan, şüyüd, alça qurusu və duz lazımdır. Əvvəlcə ət qaynadılıb kəfi yığılır, badımcanın acısı çıxarılır. Qazana əvvəl fal-fal doğranmış soğan düzülür, soğanın üzərinə ət qoyulur, daha sonra şirin bibər, sonra isə badımcan səliqə ilə düzülür və bir neçə ədəd alça turşusu da əlavə olunur. Sonra ətin suyu və yağ əlavə olunur. Xörək bişənə yaxın üzərinə doğranmış göyərti qatılır”.

 

 

Füzulililərin “tikə kababı”

 

 

kababH.Həsənova söhbət əsnasında Füzulinin məşhur “tikə kababı” haqqında da məlumat verdi: “Füzulililər tikə kababını hazırlamaq öncə 6 aylıq quzunun təxminən 1 kiloqram əti lazım olur. Kabab üçün bel və ya qabırğa əti götürülür, hər bir tikə 50-60 qram hesabı ilə doğranılır, duzlanır və ağac kömürü ilə bişirilir. Hər şiş təxminən 200-250 qram olur. Kabab süfrəyə verilərkən üzərinə doğranmış soğan, göyərti, sumax əlavə olunur”.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

22.10.2014 14:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*