Azərbaycanca

QARABAĞ MƏTBƏXİ: Kəlbəcər təamları

16.10.2014 | 12:52

qarabag metbexi5555Odlar yurdu Azərbaycan zəngin mədəniyyətə və mətbəxə malikdir. Kəlbəcər mətbəxi də rəngarəng və çeşidli xörəkləri ilə fərqlənir. Onlar arasında qoyun və mal ətindən qovurma, qəvli, dolma, yəxni, bozbaş, xaş, kəlləpaça, saciçi, cız – bız, şorbalar və müxtəlif növ plovlar daha məşhurdur.

 

 

Kəlbəcər mətbəxinin özəllikləri barədə əslən Kəlbəcər rayonundan olan tanınmış aşpaz Fərmail Rəcəbov “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına məlumat verdi.

 

 

ferF.Rəcəbovun dediyinə görə, Kəlbəcərin məşhur xörəkləri çoxdur. Onlardan biri də “Dəri içi” adlanır: “Bu xörəyi hazırlamaq üçün 10 kiloqram quzu ətinə istiot və duz vurularaq öz dərisinə doldurulur. Dərinin bütün açıq tərəfləri bağlanılır və kərmə ocağının közündə basdırılır. Təxminən 1 – 1.5 saata qədər közdə bişir.

 

 

xengelDigər məşhur yeməyimiz adı “Xəngəl”dir. Xəngəl bir çox yerlərdə hazırlanıb bişirilir. Amma Kəlbəcər xəngəli digər bölgələrdə hazırlanan xəngəllərdən tam fərqlidir. Xəngəlin xəmirini hazırlamaq üçün 350 qr una 2 ədəd yumurta və lazım olan qədər su vurulub bərk yoğrulur. Xəmir kündələrə ayrılır. Qaynayan suya duz əlavə edilir. Xəmir nazik yayılıb, xırda-xırda doğranılıb, suya tökülür və qaynadılır. Qaynadıqdan sonra süzülür.

 

 

Digər yerlərdən fərqli olaraq Kəlbəcər rayonunda xəngəl ətsiz hazırlanır və süfrəyə sarımsaq qatıqla deyil, qurutla verilir”.

 

 

Kəlbəcər “Quymağ”ı

 

 

quymaqHəmsöhbətimiz qeyd edir ki, kəlbəcərlilərin sevimli təamlarından biri də “Quymaq”dır: “”Quymağ”I hazırlamaq üçün 1 lt südə 5 yumurta əlavə edilərək çalınır. İçərisinə 800 qr un və 1 çimdik duz qatılır. Hazır məhlul qızdırılmış yağa tökülərək bişənədək qarışdırılır. Süfrəyə şəkər tozu və ya bal ilə birlikdə verilir”.

 

 

Əvəzolunmaz Kəlbəcər balı

 

 

kelbecerin sebet bali2F.Rəcəbov söhbət əsnasında onu da bildirdi ki, onun babası rayonda arıçılıqla məşğul olardı: “Azərbaycanda ən keyfiyyətli bal mən deyərdim ki, Kəlbəcər balı idi. Kəlbəcər balı 23 dioqtoza dərəcə idi. Əsl dərman idi. İndi nə qədər bal dadsam da Kəlbəcərin məşhur “Səbət balı”nın yerini vermir”.

 
Müsahibimiz Kəlbəcər mətbəxində qurudulmuş meyvələrdən də geniş istifadə olunduğunu da dilə gətirdi. Onlardan doşab, plov, şorba, ət xörəklərinin hazırlanmasında istifadə olunur və çərəz kimi süfrəyə verilir.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

16.10.2014 12:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*