Azərbaycanca

QARABAĞ MƏTBƏXİ: Xocalı təamları

06.11.2014 | 14:57

istAzərbaycana gələn əcnəbi qonaqlar mətbəximizin təamlarından daddıqdan sonra “çox dadlı idi” sözlərini dönə-dönə təkrar edirlər. Ölkəmizə gələn əcnəbi qonaqlara ən çox Qarabağ mətbəxinin nemətləri təqdim olunur. Bunun da səbəbi Qarabağın Azərbaycanın yaralı yeri olması ilə bağlıdır. “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq bu dəfə oxucularımıza Qarabağın gözəl diyarı olan Xocalı mətbəxi haqqında məlumat verəcəyik.
Xocalı mətbəxi barədə tanınmış aşpaz Məcid Şamiloğlu məlumat verdi.

 

 

Kətənin adı “İrəvan kətə”si deyil, “Qarabağ kətəsi”dir

 

 

big_Lala_-_Irevan_ketesiM.Şamiloğlu bildirdi ki, o daima əcnəbi aşpazlarla Qarabağ mətbəxi barəsində mübahisə edib: “Mən dəfələrlə demişəm ki, ermənilərin özlərinə məxsus mətbəxi, hər hansısa xörəyi yoxdur. Bu yaxınlarda Moskvada festival keçirilirdi. Orada ermənilər bizim lavaşı “erməni lavaşı” kimi təqdim etmək istədilər. Mən var gücümlə buna mane oldum. Festivalda iştirak edən hər bir ölkənin nümayəndəsinə başa saldım ki, lavaş Azərbaycana məxsusdur. Lavaşın yaranma tarixi var. Nənələrimiz təndir başında oturub xəmir edib, lavaş yayıb təndirə vurardılar. İndidə bu ənənə davam edir. Lavaş, dolma, plov, kətə və digər naz-nemətlər Azərbaycanındır. Bugün “Qarabağ kətəsi”ni bəzi adamlar “İrəvan kətəsi” kimi tanıyır və təqdim edir. Bu şirniyyatın əsl adı “Qarabağ kətəsi”dir.

 

 

 

Məcid usta Əsl “Qarabağ kətəsi”ni hazırlama qaydasını təqdim etdi: “5 st ələnmiş una 250 qr yumşaq kərə yağı qatılır və bu iki qatqı bıçaqla döyülərək bir-birinə qarışdırılır. Tam qarışandan sonra 2 yumurta ayrıca şəkər tozu ilə ağarana kimi çalınır, vanil əlavə edilir, əvvəl hazırladığımız qatqıya əlavə edirik. Sonra 1 st qatıqda 0.5 ç.q sodanı köpürdüb əlavə edəndən sonra xəmiri bıçaqla döyə-döyə toplayırıq. “Qarabağ kətəsi”ni əl ilə yoğurmaq olmaz. Xəmir 1 saat dincəlir. Kətənin içliyi üçün 150 qr kərə yağı, 2 st şəkər tozu, 2 st un, vanil lazımdır. Xəmir dincəldikdən sonra 5 kündəyə kəsilir 2- si saxlanılır 3-ü isə soyuducuya qoyulur. Kündələr 3 mm qalınlığında yayılır. Açılmış kündəyə içlik səpilir üzərindən oxlovla gedilir sonra isə rulet kimi bükülür. Bu şirniyyat 180 dərəcədə 30 dəqiqə bişirilir. Ötən il sosial şəbəkədə erməni qızın bizim “Qarabağ kətəsi”ni Azərbaycan musiqisi sədaları altında bişirməsi videosu yayılmışdı. O videoya baxarkən sanki dünyam qaralmışdı”.

 

 

M.Şamiloğlu Xocalı mətbəxinin vazgeçilməz xörəyi olan “Əriştə” haqqında da məlumat verdi: “ “Əriştə” əsasən qış aylarında bişirilir. Bunu hazırlamaq üçün 1 kiloqram undan adi xəmir hazırlanır. 1-2 mm qalınlığında yuxalar yayılır. Yayılmış yuxalar 0,5 sm enində uzunsov şəkildə kəsilir. Daha sonra 200 qr quru lobya 2 litr suda qaynadılır. 200 qr soğan yağda qızardılır və qaynadılmış lobya suyu ilə birgə soğançanın içərisinə əlavə edilir. Sonra 4 litr su əlavə edilir və qaynayanadək gözlənilir. Kəsilmiş xəmirlər qazana tökülür, 10 dəqiqə qaynadıqdan sonra duz və istiot əlavə edilir. Bişmiş yemək boşqaba tökülür və üzərinə zövqə görə turşu əlavə olunur”.

 

 

M.Şamiloğlu onu da əlavə etdi ki, Xocalı toylarında masaların üzərində mütləq “Qaralı aş” qoyulardı: “ “Qaralı aş”ı hazırlamaq üçün 1 kq qoyun əti xırda ölçülürdə doğranılır və suda qaynadılır. 500 qr soğan doğranılıb qızardılır, 500 qr şabalıd duzlu suda bişirilib təmizlənir, 300 ərik qurusu, 300 qr albuxara, 300 qr alça qurusu, 300 qr kişmiş yuyulur və hər biri ayrı-ayrı yağda qızardılır. Düyünu hazırlamaqdan ötrü öncə 4 litr suya bir xörək qaşığı duz əlavə olunur və qaynadılır. Su qaynayan zaman 500 qr düyü suya əlavə olunur və bişənədək qaynadılır. Bişən düyü süzülür və qazana tökülüb üzərinə ərinmiş yağ, sarıkök və qızardılmış kişmiş əlavə olunur. Qazanın qapağı dəsmalla bükülüb vam odda dəmə qoyulur. Aş süfrəyə verilən zaman boşqaba çəkilmiş aş düyüsünün üzərinə aşqarası əlavə olunur”.

 
ciz-biz-1Həmsöhbətimiz xocalılıların sevə-sevə hazırladığı təamlardan biri də “cız-bız” olduğunu dilə gətirdi. Onun sözlərinə görə, təmizlənmiş qoyun bağırsağı 2-3 sm uzunluğunda doğranır: “Qaraciyər, böyrək, ürək və mayalıq da doğranır, duz, istiot vurularaq birlikdə qovrulur. Sonra buna dilim şəklində doğranmış soğan və ayrıca uzunsov doğranılıb qızardılmış kartof əlavə edilir və hazır vəziyyətə gətirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir, yanına sumaq qoyulur.

 

 

“Tər halva”

 

 

Məcid Şamiloğlu “Tər halvası” haqqında da danışdı: “ “Tər halvası” yalnız Xocalıda hazırlanır. Bunun üçün əvvəlcə tavada 1 kq yağ dağ olunur və üzərinə 1 kq un əlavə olunur. Un qovrulur.
1,5 lt su, 1 kq şəkər tozu və 40 qr sarıkök qarışdırılıb şirə hazırlanır və soyudulur. Şirə soyuduqdan sonra qovrulmuş unun üzərinə əlavə olunur və vam odun üzərində15 dəqiqə qarışdırılır. Yağa düşdükdə odun üzərindən götürülür. Boşqablara çəkilib süfrəyə verilir”.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

06.11.2014 14:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*