Azərbaycanca

Qarabağ müharibəsi veteranları Prezidentə müraciət edib

08.08.2014 | 18:22

1407479196_komandaQarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsi son vaxtlar cəbhədəki son durumdan ciddi narahat olduğunu bildirərək müraciətlə çıxış edib. Belə ki, ötən gün birliyinin Laçın rayon şöbəsinin iclası keçirilib. İclasda Birliyin İdarə heyəti və üzvlər iştirak ediblər. İclası açan birliyin sədri Babək Aslanov görüşün məqsəd və məramı haqqında məlumat verərək bildirib: “Bu gün qüdrətli Azərbaycan dövləti var. Bu dövlətin güclü iqtisadiyyatı, sarsılmaz ordusu günü gündən inkişaf edərək möhkəmlənir. Cənab Prezidentin rəhbərliyi altında ölkəmiz nəinki Qafqazın, eləcə də dünyanın ən güclü dövlətlərindən birinə çevirilib. Bildiymiz kimi, Azərbaycan dövləti gənc müstəqil dövlət olmasına baxmayaraq, bir çox problemlərini artıq həll etmişdir. Azərbaycan dövləti özünün iqtisadi, enerji təhlükəsizliyini təmin etmiş, regionun əsas güc mərkəzinə çevrilmiş, dünyada söz sahibi olan bir dövlət kimi özünü təsdiqləmişdir”.

 
Birliyin sədri Babək Aslanov cəbhədəki son durumdan ciddi narahat 1407479186_babek-2olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Azərbaycan dövlətinin əsas problemi Ermənistan dövlətinin işğalçılıq siyasətinin məntiqi nəticəsi olan Dağlıq Qarabağ problemidir. Azərbaycan dövlətinin xarici siyasi kursunda da bu münaqişənin diplomatik yolla həllinə nail olunması məqsədi əsas hədəf kimi qarşıya qoyulub. Azərbaycan bütün mütərəqqi beynəlxalq tribunalardan bu münaqişə ilə bağlı ictimaiyyətə ətraflı və obyektiv həqiqətləri çatdırır, münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq prinsipləri çərçivəsində ədalətli həllinə çalışır. Ancaq cənab Prezidentin dediyi kimi münaqişə sülh yolu ilə həll olunmasa Azərbaycan müharibə yolu ilə öz torpaqlarını geri qaytarcaq.Və bu müqəddəs savaşda biz keçmiş Qarabağ döyüşçüləri də Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızın işğalçılardan azad olunmasında yaxından iştirak edəcəyik”.

 
Tədbirin sonunda birliyin 2770 nəfər üzvü adından Prezidentə müraciət ünvanlanıb. Müraciətdə bildirlir ki, son günlər Ermənsitan-Azərbaycan cəbhə xəttində baş verən insidentlər biz Qarabağ veteranları və əlillərini ciddi narahat edir: “Cəbhə bölgəsində baş verən son hadisələr və ordumuzun rəşadətli döyüş nümayiş etdirməsi bizdə inam yaradır ki, sizin komandanlığınız altında qısa bir zamanda torpaqlarımızın işğaldan azad edilməsinə nail olaq. Sizin Azərbaycanın işğal altında olan rayonlarının azad edilməsi istiqamətindəki gərgin, eyni zamanda səmərəli fəaliyyətiniz öz bəhrəsini verməkdədir və biz Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin üzvləri yəni keçmiş döyüşçülər bunu dəstəkləyirik. Cənab Prezident, sizi əmin edirik ki, istənilən anda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin üzvləri keçmiş döyüşçülər səfərbər olaraq əmr və göstərişlərinizi yerinə yetirməyə hazırıq.

 
Hörmətli Cənab Prezident! Sizin səfərbərik göstərişinizi gözləyirik. Biz Qarabağ müharibəsi döyüşçüləri hər zaman sizin rəhbərliyiniz altında yenidən döyüşməyə hazırıq. Dövlət başçısı olaraq nə vaxt səfərbərliyə göstəriş versəniz bir təcrübəli döyüşçü kimi ordumuzun ön sıralarında olacağıq”.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

08.08.2014 18:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*