Azərbaycanca

Qarabağ müharibəsində döyüşən qadınlar zamanın qəhrəmanlarıdır

05.10.2013 | 10:13

1380953492_1384718_543918735689143_1922193905_nElçin Əliyev (Bərdə Batalyon komandiri). Ermənilər özlərini elə qələmə verirlər ki, guya bunlar döyüşkən xalqdır. Bunu, bu günləri ölkəni talayan Ermənistan prezidenti və məmurları deməklə, xalqı aldadırlar. Amma mən 6 ilə yaxın döyüşdüyüm bir vaxtda heç bir erməniylə qarşılaşmamışam.  

Ya ruslarla döyüşmüşəm, ya da kirayələnmiş xarici “nayomnik”lərlə. Ermənilər isə rusların işğal etdiyi yerlərdə postda dururdular. Ermənilərə demək istəyirəm ki, siz qəhrəman xalq deyilsiniz! Sizin dövlət başçınız, məmurlarınız ölkənizi talayıb, ciblərini doldururlar və sizə də deyirlər ki, siz qəhrəman xalqsınız.Yaşlı erməni qocalarıyla danışanda deyirdilər ki: “Bizim millət qandan qorxur, əlini kəsəndə dünyanı dağıdır”. Bunlar belə millətdirlər. Onlara deyən lazımdır ki, niyə özlərini olmayan bir şeyə inandırmaq istəyirlər! Bu günün sabahı var, üz-üzə gəlmək məsələsi var. Onda nə cavab vərəcəksiniz bizə? Heç vaxt erməni döyüşçüsü bizdən torpaq almayıb və ala da bilməz. Havadarları olmasa, biz günü bu gün döyüşüb torpaqlarımızı onlardan təmizləyə  bilərik. Bunlar bunu bilə-bilə, yenə də bizimlə çilingağac oynayırlar. Amma ermənilərə məsləhətim bu olardı ki, ağıllarını başlarına yığsınlar və övladlarını boş yerə qırdırmasınlar. Mən o müharibənin şahidi olmuşam və görmüşəm ki, həqiqət nədir… Ermənilər o vaxtlar  Azərbaycan mahnılarına oynayanda, deyirdim ki, utanmırsınız bizim mahnıları oynayırsınız? Onlar mənə yaxınlaşıb etiraf edirdilər ki, ümumiyyətlə öz mahnıları olmayıb. Bunlar çox cılız millətdirlər. Elə tarixən başqa dövlətlərin əlaltısı olublar.   Müharibə mənim üçün dəhşət deməkdir! Körpələrin qorxub dəhşətlərə 1380953605_elcin_qapılması deməkdir! Müharibə mənim üçün insanların günahsız qətli deməkdir! Həmən vaxtı kəndlər boşalanda, hamı köçüb getmişdi və biz döyüşçülər qalmışdıq. Elə qoca qadınlarımız –  analarımız var idi ki, yaşadıqları evlərdən getmirdilər. Biz onlara deyən də ki, nənə siz də gedin, artıq hamı gedib, düşmən gəlsə, siz bizim döyüşməyimizə mane olacaqsınız, biz sizi çıxarmaqla məşğul olacağıq, onlar deyirdilər: “A bala, hara gedirik, bu torpaqlarda mənim həyat yoldaşım yatır, oğlum yatır”.Əllərinə bir butulka benzin və bir də alışqan götürüb, deyirdilər ki: “ ermənilər kəndə girsə, özümüzü yandıracağıq”.  Müharibə mənim üçün budur. Heç bir xalqa müharibə arzu etmirəm.   Ermənistan bizimlə döyüşsə, torpaqları geri qaytarmağa bir ay vaxt lazımdır. Çünki onların döyüş qabiliyyəti sıfra bərabərdir və bu gün Azərbaycan ordusunda inkişaf çox yüksək səviyyədədir. Özümüz artıq silah-sursat istehsal edirik. Silahlı Qüvvələr günü ermənilərin təşvişə düşməsi bunu bir daha sübut edir. Artıq, bu gün bizim hər şeyimiz var. Bizim qarşımızı alan bircə rus ordusudur. Mən inanıram ki, bu son deyil və əvvəl axır biz torpaqlarımıza dönəcəyik.  

 

  1380953613_default Əlövsət Qasımov (General Əli bəy, döyüşçü-fotoqraf).  Ermənilər internet səhifələrində yerləşdirdiyim şəkillərə mənfi reaksiyalar verməkdədirlər. O zamanlar itkin düşdüyü, erməni əsirliriyində olduğu güman edilən şəhidlərimizi döyüş meydanından çıxararaq, şəxsiyyətlərini müəyyən etmişəm. Onlardan 950-nin ünvanını dəqiqləşdirərək, valideynlərinə təhvil vermişəm. Həmçinin ermənilər tərəfindən müxtəlif işgəncələrə məruz qalan, qulaqları, başları kəsilərək tanınmaz hala salınan şəhidlərimizin fotoşəkillərini çəkərək, erməni vandalizimini ifşa edən fotosalnamə yaratmışam.        

 

Aida Şirinova (Bərdə batalyon komandirinin müavini). Müharibə 1380953694_aida_sirinovaəslində kişilərin yeridir. Müharibədə yanındakılara baxanda daha çox mərdliyi, döyüş taktikasını öyrənirsən. Adamda düşmənə nifrət hissi oyanır. Müharibədə qazandıqlarından çox, itirdiklərin olur. Adam ən sevdiyi dostlarını, əzizlərini və torpaqlarını itirir. Azərbaycanın  qəhrəman qadınları çox olub və bu gün də var təbii ki. Mən də o torpaqlarda döyüşmüşəm. Müharibədə qadınların döyüşməyi yaxşı haldır. Qarabağ müharibəsində döyüşən qadınlar zamanın qəhrəmanlarıdır. Hər bir xalq öz qəhrəmanlığı ilə tanınır. Belə bir deyim var: “Elə yerdə otur ki, sonra qalx deyən olmasın”. Ermənilər hələ ki, bizim torpaqlarda oturublar. Və tarix boyu heç vaxt mümkün olmayıb ki, kiminsə torpağında axıra kimi yaşayasan. Gec-tez haqq öz yerini tapacaq. Ermənilərin özləri də dərk edirlər ki,  bu torpaqlar onların deyil. Və bir gün biz o torpaqlara geri dönəcəyik.    

 

 

  Vasif Əlihüseyn  

 

 

“KarabakhİNFO.com”

 

05.10.2013 10:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*