Azərbaycanca

Qarabağ müharibəsinin “Mixaylo”su

02.10.2014 | 18:24

Rafiq Quliyev-doyuscuRafiq Əlaslan oğlu Quliyev 1969-cu ildə Xocavənd rayonunda andan olub. 1989-cu ildə hərbi xidmətdən qayıdıb. Bu ərəfələrdə artıq erməni separatçıları ara-sıra Xocavənd rayonunun da sakinlərinə qarşı təcavüzkar hücumlar edib terror hadisələri törədirdilər. Belə ki, 1991-ci ilin sentyabrında erməni quldurları Xocavənd rayonu ərazisində azərbaycanlılardan ibarət sərnişin avtobusunu atəşə tutarkən günahsız insanların arasında Rafiqin qardaşı da həlak olub. Az sonra Xankəndindən Martuniyə gedən yolda kəndin sovxoz direktoru Soltan Bayramov ermənilər tərfindən öldürülüb. Daha sonra ermənilər 7 nəfəri fermada yandırıblar.

 

 

İntiqam hissi Rafiqə rahatlıq vermirdi. Kənd cavanlarından 18 nəfərlə qisas almaq üçün, həmin yoldan keçən erməni maşınını əhatəyə alıblar. Maşında olan üç erməni quldurunu tutublar, biri isə aradan çıxıb meşədə gizlənib. Rafiq ayıq tərpənib düşmənə arxadan yaxınlaşıb və yoldaşlarını avtomatla qırmağa hazırlaşan ermənini bıçaqla vurub.

 

 

O, ermənilərə qarşı dəfələrlə bu kimi hücumlar edib, rayon əhalisini çətin vəziyyətdən qurtarıb. Bir neçə dəfə gecələr təkbaşına xeyli erməni öldürüb. Rafiq təkcə doğulduğu Qaradağlı kəndini deyil, digər kəndləri də gedib müdafiə edib. Bu kimi şücaətlərinə görə kənd əhalisi arasında “Mixayilo” kimi tanınıb.

 

 

Qaradağlı işğal olunmaşıdan bir həftə əvvəl Tuğ kəndində döyşürmüş. Eşidəndə ki, erməni təcavüzkarları kəndə hücum edib evləri yandırır, geri qayıdıb.

 

 

Fevralın 15-də isə yerli milis işçilərindən Əliqismət Kərimov və Talıb Məmmədov ilə kəndə hücuma keçən erməniləri böyük təlafata uğradıblar.

 

 

“Evdən-evə keçirdim ki, elə bilsinlər silahlılar çoxdur. Gecə saat 2-ə kimi atışdıq. Atışmada Əliqismət ağır yaralandı”.

 

 

Bir qədər sonra ermənilər atışmanı dayandırıblar. Ölülərini yığmaq üçün kənd əhalisindən icazə istəyiblər: “Erməni terrorçularının məqsədi minamyotu dağın başında qoymaq idi. Buna imkan yaratmaq üçün vaxt qazanmaq istəyirdilər. Lakin camaat yenə aldadıldı. Razılıq alınandan 5-10 dəqiqə sonra ermənilər silahların təhvil verilməsini tələb etdilər. Beləliklə, kənd təslim oldu. Bizi girov götürdülər”.

 

 

Ermənilər onu tanımasın deyə hərbi paltarını mülki geyimlə dəyişib. Rafiq özünün və həmkəndlilərinin girov düşməsinə görə təəssüfünü belə ifadə etdi: “Mən kənd camaatını vaxtında xəbərdar etdim. Dağ yolu ilə onları kənddən çxarmaq istəyirdim. Şuşadan rabitə ilə bizi arxayın etdilər ki, tərpənməyin, Gəncədən vertolyot göndərəcəklər. Lakin köməyə heç kim gəlmədi.

 

 

Erməni qəsbkarları maşınlara doldurduqları insanları yolda on-on düşürüb gülələyirdilər. Əsirlikdə bizə qarşı olmazın əziyyətlər verirdilər. Atamla birgə 9 nəfər döyülməkdən və acından öldü. Anam bir neçə Xocalı girovları ilə birgə geri qaytarılmışdı. 118 əsirdən təxminən 31 nəfər sağ qaldı. Böyük əziyyətdən sonra dəyişdirildik”.

 

 

Rafiq sağ qalmasına görə öz həmkəndlilərinə minnətdardır: “Mən kəndin pulemyotçusu idim. Erməni işğalçıları bizi girov tutandan sonra kəndlilərimiz hər əzaba dözüb məni satmadılar”.

 

 

Əsirlikdən qayıdandan sonra bir müddət hospitalda müalicə olunub. Yaraları sağalan kimi yendən döyüş bölgəsinə qayıdıb. “N” saylı hərbi hissədə bölük kəşfiyyatçı olub. Hərbi hissədə hamı ona “Mixaylo” deyirmiş. Gecələr kəşfiyyat qrupunda ermənilərin postlarına hücmlar ediblər. Bir neçə dəfə erməni səngərlərini tutublar. “Ermənilərin Kərxoz kəndi var. Biz o kəndin səngərlərini tutduq. Sonradan kömək gəlmədi deyə geri çəklidik”.

 

 

1993-cü ilin dekabrında növbəti dəfə kəşfiyyata gedən zaman minaya düşüblər. 4 nəfər şəhid olub, Rafiq isə yaralanıb.

 

 

Hazırda II qrup Qarabağ əlili olan Rafiq zavodda çalışır. İşlədiyi zavodda Qarabağ əlili kimi ona çox böyük hörmət və sayğı göstərilir: “10 ildir bu zavodda çalışıram. Məni Qarabağ əlili olaraq hər zaman diqqətdə saxlayırlar. Hətta 2010-cu ildə övladımın xaricdə müalicə olunmasında da maddi köməklik göstərdilər. Mən zavodun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.

 

 

Bütün müsibətlərə baxmayaraq Rafiq qətiyyən ruhdan düşməyib. Ona əziyyət verən ancaq intiqam hissidir…

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

02.10.2014 18:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*