Azərbaycanca

“Qarabağ problemini necə həll etməli?”

19.10.2012 | 11:02

1350626460_buksur“Qarabağ problemini necə həll etməli?”

20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi düşmən işğalı altınadadır. 20 il müharibə şəraitində yaşayan Azərbaycan bütün yaşanılanlara baxmayaraq, qəhrəmancasına mübarizə aparır. Bu gün hər bir azərbaycanlı Qarabağın qaytarılcağı arzusu ilə yaşasa da, hadisələrin gedişatı bu arzunun hələ uzun illər reallaşmayacağından xəbər verir.
Türk Dünyası İnsan Haqqları Dərnəyinin sədri, İnsan Haqqları üzrə ekpert Abdullah Buksur da Qarabağın yaxın zamanlarda işğaldan azad olunacağını düşünmür.
-Abdullah bəy, Qarabağ müharibəsi 20 ildən artıqdır ki, davam edir. Şablon da olsa, sizin də fikrinizi öyrənmək istərdim. Necə düşünürsünüz, bu mühairəbə nə zamana qədər davam edəcək?

-XIX əsrdən etibarən Rusiyanın Qafqaz siyasəti çərçivəsində xüsusi olaraq, Qarabağa ermənilər yerləşdirilməyə başlanıldı. Demoqrafik quruluşda meydana gələn dəyişmə bölgədə ermənilərin haqq iddialarını da özü ilə gətirmişdi. 1830-cu ildən etibarən ermənilər bölgədəki vətəndaş məskunlaşma sahələrinə hücum etməyə başlamışlar. Daha sonra bölgədə hakimiyyətini quran Sovet Sosialist Respublikalar Birliyi iqtidarında, Dağlıq Qarabağa “avtonom bölgə” statusu verilmişdir.
Ərazidə qurulan Ermənistan dövləti, öz torpaqlarını yetərli görmədiyi üçün 1918-ci ildə Türkiyə və Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını hədəf aldılar. Həmin dövrdən etibarən böyük Ermənistan xəyalı ilə yaşamağa başladılar.
XX əsrin əvvəllərindən isə BMT tərəfindən Azərbaycan torpaqları kimi qəbul edilən Dağlıq Qarabağ torpaqlarından Azərbaycanlı türklər deportasiya olunmağa başladı.
Dağlıq Qarabağın bir parçası olan Xocalı soyqırımına qədər gedən müddətin başlanğıcı da olan bu müddətdə, Ermənistan dövləti terroru və terrorizmi bir dövlət siyasəti kimi rəsmi olaraq mənimsəmişdir.

Hətta bu məqsədə istiqamətli terrorist təşkilatlar quraraq bunları dəstəkləmişdir. Olub bitənlərə baxdığımızda yalnız Xocalıda deyil bütün Dağlıq Qarabağda Ermənistan dövləti tərəfindən “çirkli” bir döyüş icra edilmişdir. Bu yaşananların adı yekun olaraq “soyqrımı siyasəti” dir.
Elə bu səbəbdən də, 1948-ci ildə qəbul edilən soyqırımı müqaviləsinin 2-ci maddəsində soyqırımı: “milli, etnik, irqi və ya dini bir qrupu, qismən və ya tamamilə ortadan qaldırmaq məqsədiylə işlənilən aşağıdakı ifadələrdən aydın olur. a) Qrupa mənsub olanların öldürülməsi; b) qrupun mənsublarına ciddi surətdə fiziki və ya mənəvi zərər verilməsi; c) qrupun tamamilə və ya qismən varlığını ortadan qaldıracağı hesablanılaraq, həyat şərtlərini qəsdən dəyişdirmək (deportasiya nəzərdə tutulur); d) qrup içində doğumların qarşısının alınması məqsədilə tədbirlərin görülməsi; e) Qrupa aid uşaqları zorla başqa qrupa nəql etmək” şəklində təsvir edilmişdir.
Bu tərifə görə, Dağlıq Qarabağda yaşanılanlar insanlıq adına soyqırımı müqaviləsinin 2-ci maddəsinə görə yenidən nəzərdən keçirilməlidir. Ancaq Xocalıda baş verənlərlə nəzər saldıqda, soyqırımı şərtlərinin tamamilə yaşandığını, Fransız jurnalist Jean İve Yuneti – Amerikalı Jurnalist Tomas Goltza – Human Rights Watch və bir çox şahid canlı olaraq, görsə də, gəlinən nöqtə anlaşılmazdır.
-Abdullah bəy, bu probelemin həllini siz nədə görürüsünüz?

-Xocalı soyqırımını reallaşdıran Ermənistan dövlətinin və bu qərarları verən məsul şəxslərin, insanlıq adına lazım olan cəza ilə cəzalandırılması üçün əldəki sənəd və şahidlərin, açılacaq soyqırımı iddiasında hazır olması təmin edilməlidir. Bu zərərçəkmişlərin yaxınların acısını az da olsa azalda bilər. Düşünürəm ki, Xocalı soyqırımı BMT –nin İnsan Haqqları Məclisinə və Beynəlxalq Cəza məhkəməsinə qaldırılmalı və “soyqırımı” günahkarları lazımi təzminatları ödəmək üçün cəzalandırılmalıdır.
Nəticə olaraq Ermənistanı idarə edən bir qrup, öz iqtidarlarını meydana gətirə bilmək üçün Sovet idarəçilərlə əməkdaşlıq edərək, Dağlıq Qarabağ da yaşayan Azərbaycan türklərini əvvəl yurd- yuvalarından çıxarmış, sonra da cəhənnəm əzabı yaşatmışdır. Mənim fikrimcə, bütün olanlarda günahkar erməni xalqı deyil, insanlıqdan kənar vəhşiliklərin tətbiqinə qərar verən şəxslərdir. Bu müddətdə günahkar olan erməni xalqı deyil, insanlıq xarici vəhşiliyin tətbiq qərarını verənlərdir.
-Abdullah bəy, dünya ölkələrində qondarma soyqırımın qəbulu Qarabağ probleminə necə təsir edəcək?

-Baş verənlərin səbəbkarları- Ermənistan dövlət idarəçilərinin lazımlı cəzanı alması dünya üçün çox önəmlidir. Hər şeydən əvvəl, BMT tərəfindən Azərbaycan torpağı kimi qəbul edilən, ermənilərin işğalçı olaraq elan edildiyi və dərhal geri çəkilməsi mövzusunda olan iki qərarı həyata keçirilməlidir. Mənim fikrimcə, BMT- nin qərarları həyata keçirilməyənə qədər, Dağlıq Qarabağ işğaldan azad olmayana qədər, Xocalıda yaşanılan soyqırımı məsulları cəzalandırlmayana qədər insanlığın vicdanı qanamağa davam edəcək.
Dağlıq Qarabağ problemini planlayıb həyata keçirənlər hələ də bu problemin arxasında durur. Qarabağın da işğalını onlar istəyir. Bir tərəfdən bölgədən kənarlaşarkən problemlər qoyan Rusiya Federasiyası və digər tərəfdən heç bir sənədə arxalanmadan, istinad etmədən hüquqi məsələlərin xaricində müzkirəsinə belə icazə verməyən Fransadan bu problemi həll etməyi gözləmək özümüzü ələ salmaq deməkdir. Biz bizə yeridilməyə çalışan gündəm yazanların yazdığını pozmalı və öz mənfəətlərimiz üçün öz gündəmimizi yazmalıyıq.

İradə Cəlilova.

 

19.10.2012 11:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*