Azərbaycanca

Qarabağ Universitetinin yaradılması ilə bağlı prezidentə müraciət ünvanlanıb

20.11.2014 | 17:50

ilham eliyeve muracietOktyabrın 24-25-i tarixlərində Xocavənd qəsəbəsində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Türk Qastroenteroloji Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən “IV Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix Konqresi”nin iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. “OLAYLAR”-ın xəbərinə görə, müraciəti Türkiyənin elm adamlarından professorlar Əli Özdən, Yılmaz Çakaloğlu, Tankut İlter, Əhməd Musaoğlu və Ömər Özütəmiz imzalayıb. Müraciət müəllifləri dövlət başçısından Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması məqsədilə beynəlxalq standartlara cavab verən Qarabağ Universitetinin yaradılmasını xahiş ediblər. Müraciətdə qeyd olunur ki, sürətlə inkişaf edən Qarabağ belə bir universitetin açılması ilə inkişaf sürətini bir qədər də artıracaq: “Türk dünyası elm vasitəsilə xalqını aydınlığa çıxarmalıdır. Başqaları yatdığı halda bizi oyaq tutan universitetimiz olacaq. Universitetimiz beynəlxalq standartlar çərçivəsində fəaliyyət göstərərsə elmə, ölkəsinə, insanlığa, sülh və əmin-amanlığa sadiq qalan, bu prinsipləri daşıyan nəsillər yetişdirər. Cənab prezident! Qarabağ Universitetinin bütün dünyanı düşündürən, aydınlığa çıxaran atəş, işıq olacağı qənaətindəyik”

 

 

“KarabakhİNFO.com”

 

 

20.11.2014 17:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*