Azərbaycanca

“Qarabağ xalçası hazırlanarkən şelli narın suyundan təbii boya hazırlanıb”

04.04.2014 | 10:50

1398689103_1Səyyar Əliyev: “Şelli nar yalnız Ağdam da bitər”

 

 

Qarabağ zəngin flora və faunaya malik bölgədi. Bu ərazidə bitən meyvələr dillər əzbəridi. Əbəs yerə deyil ki, mahnılarda, hekayələrdə, rəsm əsərlərində Qarabağ torpağında bitən güllərdən, meyvələrdən söhbət açılır. Oxucularımıza Azərbaycanın dilbər guşəsi olan Ağdamda bitən şelli nar haqda məlumat verəcəyik.

Müsahibimiz Azəbaycan Rəssamlıq İttiqanın üzvü, əslən şuşalı olan tanınmış rəssam Səyyar Əliyevdi. Səyyar Əliyev KarabakhİNFO.com” beynəlxalq e- jurnalına açıqlamasında Qarabağda bitən nadir bitikilər və şelli nar  haqda oxuculara məlumat verdi.

 

– Səyyar müəllim, Qarabağ bölgəsi zəngin flora və faunaya malikdi. Bu əzəmətli diyarda çox sayda nadir bitkilər bitir. Əsasən hansı nadir bitkilər bölgədə üstünlük təşkil edir?

 

“Qarabağ xalçası hazırlanarkən şelli narın suyundan təbii boya hazırlanıb”Qarabağın daşı, torpağı, suyu da möcüzədir. Burada dünyanın heç bir bölgəsində bitməyən meyvələr, güllər olurdu. Qarabağ torpağında boy atan hər bir ağacın budağında təxminən 7-8 kiloqrama yaxın meyvə olardı. İndi Qarabağ torpağında bitən meyvələrin dadının həsrətindəyəm. Orada bitən meyvələr əvəzsizdir. Məsələn, Şuşada nar armud adlanan armud növü var. Nar armudun bir dənəsi təxminən 1 kiloqramdı. Nar-armudu yeməklə doymaq olmurdu. Sizinlə danışarkən həyacanlanıram. Bir anlıq özümü Şuşadakı bağımda hiss etdim. Bağımda bitən əsrarəngiz meyvələr gözümün qarşısında canlandı.

– Səyyar müəllim, nardan söz düşmüşkən Ağdamda bitən şelli nar haqda da danışaq…

 

Şelli narın öz “vətəni, yurdu” olub. Qarabağda, Ağdamın yaxınlığında Şelli kəndi  narın beşiyi sayılır. Şelli nar bitən ərazinin yaxınlığında bulaqlar və kəhriz var idi. Şuşaya gedənlər mütləq Ağdamda bitən Şelli nardan dadar və o ərazidə olan bulaqdan su içərdilər. Şelli nar noyabr, dekabradək adıçəkilən meyvə  bağlarının bəzəyi olub. Nar meyvələrin şahıdır. Mahnıda da deyilir ki, alma sənin, heyva da sənin, nar mənim…Bu szxölər xüsusi məna ifadə edir. Şelli nar əsrarəngiz meyvədi. Narın üstün cəhəti həm də ondan ibarətdir ki, bu meyvə tac xarektəri daşıyır. Qarabağ xalçası hazırlanarkən şelli narın suyundan təbii boya hazırlanıb. Və xalçanın rənglənməsində şelli narın suyundan istifadə olunub.

 

“Qarabağ xalçası hazırlanarkən şelli narın suyundan təbii boya hazırlanıb”– Məlumata görə, ermənilər şelli narın suyundan şirə hazırlayaraq xaricə öz məhsulları kimi satırlar…
Əcnəbilər hər zaman  Azərbaycan torpağında bitən meyvələrin  həsrətində olub. O cümlədən şelli narın da. Ancaq onlar unutmasın ki,  Qarabağ bölgəsində bitən ağaca yalnız azərbaycanlı qulluq edə bilər. Yalnız o zaman ağac bol məhsul verər. Əks halda o ağac məhv olar.

 

-Səyyar müəllim, rəsm əsərləriniz arasında “Şelli nar” da yer alıb. Necə oldu ki, belə rəsm çəkməyi düşündünüz?

 

20 ildir ki, Qarabağ həsrəti çəkirəm. Bu rəsmi çəkərkən Şelli bağından dərdiyim o gözəl narlar gözümün qarşısında canlandı. Əsərin mənim üçün mənəvi dəyəri olduqca böyükdü.

 

 

 

 

Günel Cəlil

“KarabakhİNFO.com”

04.04.2014 10:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*