Azərbaycanca

Qarabağ xatirələri

21.09.2012 | 19:17

1348236833_elman_mmmdovAzərbaycanın Dağlıq Qarabağ bölgəsinin, Azərbaycanlı icması ictimai birliyinin idarə heyyətinin üzvi Elman Məmmədov.

Məmmədov Elman Camal oğlu 1950 –ci il oktyabrın 18 də Xocalı şəhərində anadan olub. Vəzifəyə orta məktəb müəllimliyindən başlayaraq, deputat vəzifəsinə qədər ucalıb. Yeddi övlad atasıdır. Ömrünün 42 ilini Xocalı şəhərində yaşayıb.

Vətən Elman Məmmədov üçün nədir?

Həyatımın hər anı vətəndir! Dilimin sözü vətəndir! Qarabağılnın qarabağ xatirəsi nə olmalıdır sizcə? Bütün həyatım Xocalı ilə bağlı olub. Hansını deyim bilmirəm. 1992 ci il erməni işğalı nəticəsində xocalı soyqırımında sonra Xocalını tər etdik. 42il orda yaşamışam. Yaşadığım, böyüyüb boya – başa çatdığım evdən, ürəyimizi soyudan quyumuza qədər hər gözəllik yadıma düşür. Bütün varlığımla, heysiyyatımla, həyatımla, mənəviyyatımla qarabağa bağlı bir insanam.

Aysel xanım məndən soruşursunuz ki, nece xatırlayırsınız o yerləri?

Oranı cənnətim kimi xatırlayıram. Hər bulağı, çayı, otu, gülü, çiçəyi, dərəsi, təpəsi mənə əzizdən əzizdir. Xocalı sözünü eşidəndə ilk olaraq yadıma doğulub boya- başa catdığım evimiz düşür. Yadıma evimizin təravətli qoxusu, hər küncü, daşı – divarı, əllərimizlə əkdiyimiz ağaclar, güllər, su quyumuz düşür. Buz kimi, göz yaşından duru, ürəyimizə sərinlik verən suyumuzu arzulayıram.

Vətəninizin ən çox nələrini xatırlayırsınız?

Bax qızım indi yaydı ürəyim o bulaqların daşını, suyunu arzulayır. İlin hər fəsilində torpağımın, vətənimin öz gözəlliyini arzulayıram. Torpağını, ağacının kölgəsini istəyirəm. Xocalının bulaqları varıydı ki, iki göz istəyirdi tamaşasına “Əhməd” bulağı, “ Rəhim” bulağı, “Qarağac” bulağı, “Rus” bulağı, “Ataş” bulağı, “Əyyub” bulağı, “Məktəb” bulağı, “Əfruz” bulağı saymaqla bitməyən gözəlliklər.Yayda insan əlinnən tərpənmək olmazdı. Haralardan gəlirdilər gözəllikləri seyr etməyə. Hər bir bulağ bumbuz suyu ilə insanların qəlbinə sərinlik verən bulaqlar. Xocalı üç çayın üzərində yerləşiridi. Qarqar çayı, Xocalı çayı, İris çayı. Xocalıda çox məhşur yerlər varıydı “üzərlik” təpə, “dəyirman” təpəsi, “cadır” təpəsi, “cınqıl” təpəsi, “Cəfər” təpəsi, “Kəlbəyavuş” qayası. Bu qaya mənim babamın adı ilə bağlıydı. Böyük tut bağları, bəylik bağları varıydı. Qarabağı bir dəfə görmək yetər ki, aşiqi , vurğunu, heyranı olasan. Bu gün Qarabağ deyədə, vətən deyəndə dodağım yeddi yerdən partıyır. Suya möhtac torpaq kimi. Ürəyimin başı göynəyir, balasından ayrı düşən ana kimi. Arzum birdi, ilahi hər gün əlimi göyə acıb yalvarıram son nəfəsimə qədər ayağım vətənimə dəysin, ciyərlərim o havanı birdə udsun. Qarabağ arzum, vətənimdə ölməkdir.

 

 

 

 

 

 

 

Aysel Talıblı.

21.09.2012 19:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*