Azərbaycanca

Qarabağda istehsal olunan “Artsax” suları Rusiya bazarında

20.09.2014 | 09:39

Qarabag sulariErmənilər Azərbaycana qarşı daha bir təxribata əl atıblar.  “Arzi Qrup” Açıq Səhmdar Cəmiyyəti işğal olunmuş torpaqlarımızdakı su mənbələrindən qablaşdırdığı içməli suyu Rusiyaya ixrac edir. İrəvanın Şenqavit inzibati rayonunda qeydiyyatdan keçən şirkət Ermənistan və Rusiya bazarlarını təmiz içməli su ilə təmin etmək üçün işğal altındakı Ağdərə rayonunda sex yaradıb.

 

 

“Artsax” adı verilən təbii, qazlaşdırılmamış içməli suya artıq bir çox Rusiya marketlərində rast gəlmək mümkündür. “Artsax” sularını Rusiya bazarında realizə etmək üçün Moskva şəhərində qeydiyyatdan keçmiş və mineral sular və digər alkoqolsuz içkilərin distrübütorluğu ilə məşğul olan “Konstant Texnolovi” MMC-nin xidmətlərindən istifadə olunur.

 

 

“KarabakhİNFO.com”

 

 

20.09.2014 09:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*