Azərbaycanca

Qarabağda qanunsuz arxeologiyanın qarşısını almaq mümkündür

28.09.2013 | 14:05

1380362290_qqqBu gün Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlətin talan olunması ilə yanaşı onun tarixi abidələri, maddi  mədəniyyət nümunələri də ermənilər tərəfindən dağıdılır. Qarabağda qanunsuz arxeoloji qazıntılar aparılır, Azərbaycan tarixinin dəyərli maddi – mədəniyyət nümunələri mənimsənilir. Bu barədə isə təəssüf ki, effektiv addım ata bilmirik.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bizimlə söhbətində bildirdi ki, işğal olunmuş ərazilərdə tarix və mədəniyyət abidələri ümumilikdə götürəndə sovet dövründə hələ natamam olaraq qeydiyyatdan keçirilmişdi. Onun sözlərinə görə, hələ o zaman bu abidələrə səhlənkar münasibət var idi: “Bu ərazidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 893 abidə qeydiyyatdan keçirilmişdi. Amma, halbuki bu ərazidə xeyli sayda tarix və mədəniyyət abidələrimiz qeydiyyatdan kənarda qalıb. Faktiki  olaraq biz bu istiqamətdə tədqiqat işlərimizi aparmışıq. Bu sahədə erməni mənbələrini öyrənmişik. Eyni zamanda, biz 2011-ci ildə Ermənistanın hesabatında bir fakt aşkar etmişik. Həmin hesabatda göstərilir ki, işğal olunmuş ərazilərdə 4000 tarix və mədəniyyət abidələri var. Həmin abidələrin siyahısını nəzərdən keçirərkən görürük ki, İslam mədəniyyəti abidələri, türbələr, at, qoç fiqurları orada yer almır.Qarabağda qanunsuz arxeologiyanın qarşısını almaq mümkündür Bunları da həmin hesabatdakı rəqəmin üstünə gələndə işğal olunmuş ərazilərdə təqribən 5000 tarix və mədəniyyət abidəsinin olduğunu deyə bilərik. Bunların da hal – hazırda bir qismi  ermənilərin istifadəsindədir, bir qismi dağıdılıb, bir qismi də təmamilə məhv edilib”. Faiq İsmayılovun sözlərinə görə, Azərbaycanda mədəni irsin qorunması Azərbaycanın tarixi və mədəniyyətinin qorunması, mühafizə olunmasıdır: “Bu maddi mədəniyyət nümunələri yeganə tarixi sübutlardır ki, Azərbaycanın indiki ərazilərinin tarixən türklərə məxsus olduğunu sübut edir. Bu məsələyə ciddi diqqət ayırmağımıza səbəb Azərbaycanın mədəni irsinin qorunması və onun təbliğidir. Azərbaycanda hazırda Mədəniyyət və Turizm Nazirliyinin hesabatlarında 3000 abidə qeydə alınıb. İşğal olunmamış ərazilərimizdə belə, yüzlərlə tarix və mədəniyyət abidələrmiz qeydiyyatdan kənarda qalıb.  Bu məsələyə diqqət yetirmək üçün bu il tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı təlimatlar kitabını hazırlamışam. Həmən kitab isə Azərbaycan tarixində son 100 ildə çap olunan yeganə kitabdır. Hansı ki, bu istiqamətdə heç bir qəzet məqaləsi belə yoxdur”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı, arxeoloq Pərviz Qasımov bildirdi ki, hər yay mövsümündə İrəvan Universitetinin kulturologiya kafedrasının rəhbəri Hamlet Petrosyan, erməni arxeoloqu Qagik Sərkisyan, antropoloq və genetik Levon Yepiskoposyan və bu qəbildən olanlar işğal altındakı Azərbaycan torpaqlarının canına daraşıb “arxeoloji qazıntılar” adı ilə milli mədəni abidələrimizi erməniləşdirməklə, dağıtmaqla və talan etməklə məşğuldurlar. Onun sözlərinə görə, onlar beynəlxalq erməni fondlarından maliyyələşdirilərək “arxeoloji ekspedisiyalar” təşkil edirlər. Təəssüfedici haldır ki, işğal altındakı Dağlıq Qarabağda saxtakar erməni “alimindən” və acından ölən 5-6 nəfər erməni fəhləsindən ibarət bu cür üzdəniraq “arxeoloji ekspedisiyalara” artıq xarici dövlətlərdən qoşulan tədqiqatçılar da var: “Azərbaycan qanunvericiliyi ilə ölkə ərazisində arxeoloji qazıntılar aparmaq üçün xüsusi təsisatlar, ilk növbədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ekspedisiyalar təşkil edə bilər. Arxeoloji ekspedisiyanın fəaliyyəti üçün müvafiq mərkəzi və yerli dövlət strukturlarının razılığı və dəstəyi də tələb olunur. Bütün bunlardan kənarda olan, heç bir rəsmi dövlət strukturunun sanksiyasına malik olmayan istənilən məqsədli qazıntı artıq qeyri-qanuni sayılır və cinayət məsuliyyəti yükü daşıyır.
Qarabağda qanunsuz arxeologiyanın qarşısını almaq mümkündürHər il müxtəlif dövlətlərdə təşkil olunan arxeoloji konfranslarda arxeoloji abidələrin qanunsuz tədqiq edilməsi, qanunsuz qazıntılar nəticəsində əldə edilmiş artefaktların məhvi və ya “qara bazarda” satışı üçün mənimsənilməsi mövzusuna toxunulur. Ümumiyyətlə, bildirək ki, maddi abidələrin tədqiqat zonlarında aparılan bu cür qanunsuz qazıntılara “qara arxeologiya” da deyirlər. Yeri gəlmişkən, Güney Azərbaycandan olan bir ziyalı tanışım mənə bildirmişdi ki, İranda ermənilər işğal altındakı Dağlıq Qarabağın müxtəlif guşələrindən qanunsuz yolla əldə etdikləri müxtəlif əntiq məmulatlarını, artefaktları İranın varlı əntiq kolleksiyaçılarına təklif edirlər. Özü də “qədim ermənilərin sənət əsərləri” kimi saxta ad altında. Əgər ermənilər bunu İranda edirlərsə, görünür, Avropa və Amerika ölkələrində və Rusiyada da talan etdikləri əntiq mallarını satmaqda heç bir çətinlik çəkmirlər”. Arxeoloqun sözlərinə görə, bu gün işğal altında olan ərazilərimiz ermənilərin törətdiyi “qara arxeologiya” ilə üzləşib: “Erməni “qara arxeoloq”larının digər ölkələrdəki cinayətkar həmkarlarından fərqi odur ki, onlar Azərbaycanın  tarixi sərvətlərini nəinki “qara bazarda” satmaq üçün mənimsəyirlər, həmçinin, saxtalaşdırmalar apararaq abidələrimizi ermənilərin adına yozmağa çalışırlar. Erməni KİV-ləri işğal altındakı  torpaqlarımızdan qanunsuz yolla əldə etdikləri abidələrin, artefaktların İrəvana gətirildiyini belə, açıq-aşkar, çəkinmədən bildirirlər. Hətta erməni “qara arxeoloqlarının” həyasızlığı o həddə çatıb ki, onlar talançı qazıntıları barədə erməni və əcnəbi KİV-lərə məmnunluqla müsahibələr belə, verirlər.
Beləliklə, işğal altındakı torpaqlarımızın həm yeraltı təbii sərvətləri, həm də tarixi sərvətləri ermənilər tərəfdən talanmaqdadır. Bu dövlətimiz və millətimiz üçün çox acınacaqlı haldır”. “Bəs bunun qarşısı necə alınmalıdır?” sualını cavablandıran həmsöhbətimiz “əlbəttə, demək olmaz ki, bunun qarşısını almaq mümkün deyil”- deyə vurğuladı: “Bu yöndə işlər görülməkdədir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu işğal altındakı torpaqlarımızda qalmış tarixi abidələrimiz, erməni “qara arxeologiya”sı barədə həqiqətləri dünyaya tanıtmaqdadır. Dövlətimizin digər orqanları da bu istiqamətdə iş aparırlar.
Bu istiqamətdə aşağıdakı təklifləri də əhəmiyyətli hesab edirəm:

 

1. Müvafiq dövlət və elmi dairələrimiz beynəlxalq və digər ölkələrin milli qurumlarını Qarabağdakı erməni “qara arxeologiya”sı və erməni “qara arxeoloq”ları barədə daim məlumatlandırmalıdırlar. Bunun üçün əcnəbi dillərdə olan KİV-lərdən istifadə oluna bilər və ya xüsusi, KİV-in yaradılması da məqbuldur;
2. İstənilən ölkədə və beynəlxalq səviyyədə tarixi-arxeoloji tədbirlərin (konfransların, simpoziumların və s.) keçirilməsini planlayan əcnəbi və beynəlxalq təşkilat komitələrinə işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz qazıntılar aparan erməni “arxeoloqlarının” siyahısı göndərilməlidir və bildirilməlidir ki, bu çeşiddən olan “qara arxeoloq”ların tədbirə dəvəti həmin tədbirin ciddiliyinə, mötəbərliyinə və imicinə ciddi zərbə olacaq;

 

3. İşğal altındakı torpaqlarımızda qanunsuz və talançı qazıntılar aparan istər erməni, istərsə də hər hansı əcnəbi “arxeoloq” barədə Azərbaycan qanunvericiliyinə uyğun cinayət işi qaldırılmalı və cinayətkarın yaxalanması üçün İnterpol xətti ilə beynəlxalq axtarış elan edilməlidir”.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli isə diqqətə çatdırdı ki, Qarabağda aparılan qanunsuz arxeoloji qazıntıların qarşısının alınması istiqamətində fəaliyyət göstərmək təmsil etdiyi qurumun səlahiyyətləri çərçivəsində deyil. Qarabağda qanunsuz arxeologiyanın qarşısını almaq mümkündürO, həmçinin əlavə etdi ki, Arxeologiya və Etnoqrafiya İnstitutu yalnız tədqiqat işləri ilə məşğuldur: “Bu, Mədəniyyət və Turizm  Nazirliyi, eləcə də Xarici İşlər Nazirliyinin sahəsinə aid olan məsələdir. Amma bu o demək deyil ki, biz, bu barədə səsimizi çıxarmamışıq. Biz, dəfələrlə ermənilərin işğal altındakı ərazilərimizdə qanunsuz arxeologiya aparmasına etiraz etmişik. Bu məsələ ilə bağlı yazı yazmışıq, elmi konfranslarda etiraz səsimizi ucaltmışıq. Amma bu işlə məşğul olmaq birbaşa bizim səlahiyyətlərimiz çərçivəsində deyil”.

 

Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin abidələrin mühafizəsi sektorunun müdiri Arif Əliyev bildirdi ki, Ermənistan YUNESKO-nun müvafiq sənədinə imza atsa da buna əməl etmir: “YUNESKO -nun 1974-cü il konvensiyasında göstərilir ki, hər hansı bir işğal olunmuş ərazilərdə arxeoloji qazıntıların aparılması qadağandır. Bu konvensiyanı Ermənistan  və digər ölkələr də imzalayıblar. Ermənistan imzaladığı konvensiyanın tələblərini yertinə yetirmir. Bu, birinci hal deyil. Biz, dəfələrlə bununla bağlı beynəlxalq təşkilatlara da müraciət etmişik. Əfsuslar olsun ki,ərazilərimiz de-fakto onların əlindədir. Nə istəyirlər, onu da edirlər, bizim də bunu qarşısını almağa gücümüz çatmır”.

 

 

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə diqqətə çatdırdı ki, bu barədə məlumatlar faktlarla beynəlxalq təşkilatlara təqdim Qarabağda qanunsuz arxeologiyanın qarşısını almaq mümkündürolunur: “O cümlədən həmsədrlərə də bu faktlar təqdim edilir. Onlar da gedib bunu öz gözləri ilə görürlər. ATƏT-in 2 missiyası var – araşdırma missiyaları və faktaraşdırma missiyaları. Orada da bir çox məqamlar öz əksini tapmışdı. Yəni, Azərbaycan müraciətlərində bu məsələni müfəssəl olaraq BMT-nin baş katibinə, digər beynəlxalq təşkilatlara siyahı şəklində hər zaman təqdim edir”.

 

 

 

 

 

 

Əli Zülfüqaroğlu

 

“KarabakhİNFO.com”

28.09.2013 14:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*