Azərbaycanca

Qarabağda savaş ehtimalı

10.02.2015 | 13:51

62848

Sabina Freyzer: “təsadüfi müharibə”nin başlanması ehtimalı var

 

 

 

 

Dağlıq Qarabağda “təsadüfi müharibə”nin başlanması ehtimalı hər an qalır.

 

“KarabakhİNFO.com” beynəlxaql elektron jurnalının ANS PRESS-ə  istinadən məlumatına görə, bunu “Jamanak” qəzetinə açıqlamasında Qarabağ üzrə amerikalı ekspert Sabina Freyzer bildirib.

 

 

S.Freyzer ermənilərin illər keçdikcə Dağlıq Qarabağ ətrafı ərazini daha çox güzəştə getmək istəmədiklərini deyib.

 

 

O, Dağlıq Qarabağ münaqişə həll edilməsi yolunda danışıqların 2011-ci il Kazan danışıqlarından sonra dalana dirəndiyini də deyib.

 

 

Qeyd edək ki, S.Freyzer buna qədərki son çıxışlarının birində Krım hadisələri və Ukraynadakı mövcud vəziyyətin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə tənzimlənməsinin vacibliyini önə çəkdiyini demişdi:

 

 

“Azərbacanın ərazisinin böyük hissəsi işğal edilib. Avropada ən çox qaçqın və məcburi köçkünlər Azərbaycanın payına düşür. Onların çoxu Qarabağın ətrafında olan və işğal edilən rayonlardan gəliblər. Ermənistan əslində blokadadadır. Münaqişənin həll edilməməsi regionun inkişafına mənfi təsir göstərir. Tiflis və Vaşinqtonda azərbaycanlılar və ermənilər bir yerə toplaşırlar, ümumi münaqişələrin həlli yollarını müzakirə edirlər. Münaqişənin həllində əsas prinsiplərə əməl edilməlidir”.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

10.02.2015 13:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*