Azərbaycanca

Qarabağda sülhə hazırlıq

16.02.2015 | 13:34

83864

XİN: “Erməni əsgərləri Kəlbəcərdə, Laçında, Ağdamda olmamalıdır”

 

 

 

 

 

“Həmsədrlər də Madrid prinsipləri ilə razıdırlar. Fikrimcə, artıq sülh sazişinin mətninin üzərində işləməyə başlamalıyıq”.

 

“KarabakhİNFO.com”  beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir həmsədrlərin hər dəfə atəşkəsin pozulduğunu bəyan etməsini xatırladıb və bildirib ki, bu bəyanatlar düzgün deyil:

 

 

“Cəbhə xəttində bu cür proseslər gedir və bu normaldır, çünki bizim torpaqlar işğal altındadır. Erməni əsgərləri Kəlbəcərdə, Laçında, Ağdamda olmamalıdır”.
Nazir qeyd edib ki, ermənilər ordunu geri çəksələrdə cəbhə xəttində də atəşkəs pozulmaz.

 

 

Azərbaycanlı girovlarla bağlı da danışan nazir qeyd edib ki, bu məlumatlar Ermənistan prezidentinin masasına da qoyulur. Onun sözlərinə görə, Ermənistan tərəfi vəziyyətin fərqindədirlər və qısa zamanda girovları qaytarmalıdırlar.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

16.02.2015 13:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*