Azərbaycanca

Qarabağdakı qanunsuz erməni silahlılarının keçmiş başçısına hökm oxunub

28.11.2017 | 12:30

Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindəki separatçıların qanunsuz silahlılarının keçmiş başçısı Samvel Babayan 6 il müddətinə azadlıqda məhrum edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ona Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə ittiham oxunub.

Qeyd edək ki, S.Babayan və daha iki şəxs “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığına görə mühakimə olunub. İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S.Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər.

Report.az

28.11.2017 12:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*