Azərbaycanca

Qarabağdan xalqın evinə övladlarının meyiti, məmurların evinə isə qızıllar gəlir

19.07.2014 | 09:31

10568024_605068106273343_37026886_nErmənistan ordusunda günü-gündən artan nizamnamədən kənar zabit-əsgər münasibətləri, intizamsızlıq, zorakılıq, mənəvi-psixoloji təzyiq və dözülməz «dedovşina» halları pik həddinə çatıb. Erməni mətbuatının məlumatına əsasən, hazırda hərbi hospitallarda müalicə alan və ya cinayət məsuliyyətinə cəlb olunanların əksəriyyəti xidmət zamanı psixi sarsıntılar alan əsgərlərdir. Beləki, hökumətə qarşı etiraz edən əsgər valideynləri hərbi hissələrdə xidmət edən övladlarının qarşılaşdıqları dözülməz vəziyyət nəticəsində psixikalarında yaranmış pozuntulardan şikayətləniblər. Onların sözlərinə görə, hazırda cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilən övladlarının cinayət hadisəsi törətməsində ölkə və ordu rəhbərliyi günahkardır. Valideynlərin fikrincə, bununla Ermənistan prezidenti və müdafiə naziri faktiki olaraq erməni xalqının genefondunu qəsdən məhv edir: «Övladlarımız xidmətə getməyəndə həbs olunur, gedəndə də həbs etdirilir. Gəncləri həbsxanalarda məhv edirlər. Gənc nəsil bu hökumətin qorxusundan dünyaya uşaq gətirməkdən də imtina edib. Ermənistanda heç kim oğlan uşağı doğmur. Uşağı olanlar isə qorxudan qeydiyyata aldırmır ki, sabah aparıb Qarabağda öldürəcəklər. Uşaqları əsgərlikdə döyə-döyə ya dəli eləyiblər, ya da cinayətkar. Qarabağdan xalqın evinə övladlarının meyiti, məmurların evinə isə qızıllar gəlir. Nəyimizə lazımdır kasıbların kabusuna çevrilmiş o lənətə gəlmiş Qarabağ?…».

 

 

 

Dəlilik həddinə çatdırılan erməni əsgəri

 

 

 

Məlumatda həmçinin qeyd olunub ki, nizamnamədən kənar zabit-əsgər münasibətləri, intizamsızlıq, zorakılıq, mənəvi-psixoloji təzyiq və ümumilikdə isə komandir heyəti tərəfindən zəif nəzarətin nəticəsində əsgərlər ya bir-biri ilə ya da komandir heyətilə mübahisə edirlər. Bu kimi münasibətlər ən yaxşı halda  hospital və ya cəzaçəkmə müəssəsi, əks halda isə qətllə nəticələnir. Məsələn, bir neçə gün öncə, Arabqir və Kanaker-Zeytun inzibati rayonlarının ümumi səlahiyyətli məhkəməsində hakim Artur Mkrtçyanın sədrliyi ilə əsgərlər – Razmik Manukyan, Arşak Torosyan, Davit Markosyan və Qaregin Danielyanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

 

İttihama əsasən, hərbi hissənin hospitalının psixatriya şöbəsində stasionar müalicədə olan, müddətli hərbi qulluqçu, sıravi Razmik Manukyan həmin şöbədə müalicə alan digər müddətli hərbi qulluqçular, sıravi Arşak Torosyan və Davit Markosyan ilə birlikdə spirtli içki qəbul etdikdən sonra xidməti vəzifələrinin düzgün yerinə yetirilməsi ilə əlaqədar onlara irad tutan, hospitalın komandiri, tibb xidməti polkovnik-leytenantı Sahak Ohanyan, tibb xidməti mayoru Vağinak Hovhannısyan, həkimlər Armen Hovsepyan, Levon Balayan və Emil Babacanyanı döyəcəkləri ilə hədələyiblər.

 

 

Siravi Razmik Manukyan polkovnik-leytenant S.Ohanyana qarşı zor tətbiq edərək ona zərbələr endirib, köynəyini cırdıqdan sonra əsgər dolabını Ohanyanın, Torosyan isə Babacanyanın başına vurmaqla yanaşı, onlara qarşı nalayiq təhqiredici ifadələr səsləndiriblər.

 

 

İttihama əsasən, yuxarıda qeyd olunan əməllərdən başqa Davit Markosyan müayinə üçün hospitalın psixiatriya şöbəsinə gətirilən müddətli hərbi qulluqçu Qaregin Danielyanın əlindən mobil telefonunu almağa cəhd edərkən aralarında mübahisə düşmüş, nəticədə D.Markosyan Q.Danielyanı döyərək ona ciddi bədən xəsarətləri yetirmişdir.

 

 

Zərərçəkmiş həkimlərin dindirilməsi zamanı həkim Emil Babacanyan bildirib ki, axşam saatlarındahospitalın rəisi S.Ohanyan və həkim Hovhannisyan dolapçanın içində spirtli şüşə tapdıqları vaxt Razmik Manukyan və palatada olan Arşak daha da aqressivləşmiş və təhqiramiz ifadələr səsləndirmişlər.

 

 

Emil Babacanyan aqressiv danışan Arşak Torosyanın hospitalın rəisi Ohanyana təziq etməməsi məqsədilə palatanın uzaq küncünə apararaq sakitləşdirməyə çalışıb. Torosyanın sakitləşdiyini düşünən Babacanyan onu buraxıb geri çevrilən zaman A.Torosyan əsgər dolabçasını qaldırıb onun başına vurmuşdur.

 

 

Həkim Balayanın bildirdiyinə görə isə, hospitalın rəisi Ohanyan, Razmik Manukyan və Arşak Torosyanı psixiatriya şöbəsindən çölə çıxarmaq istəyərkən R.Manukyan əsgər dolabçasını onun başına vurmuşdur.

 

 

Həkimlər R.Manukyan və A.Torosyanı çölə çıxardıqdan sonra A.Torosyan içəridə olan xəstələrə səslənərək onları ayağa qalxmağa və hər şeyi dağıdıb-tökməyə səsləmişdir. Bundan sonra içəridə olan bəzi əsgərlər qapı və pəncərələri sındırmış və şöbədən çölə çıxaraq qaçmışlar.

 

 

Məlumatda həmçinin qeyd olunub ki, Razmik Manukyan və Arşak Torosyan xidmətə çağırılarkən tibbi müayinədən keçmiş, heç bir psixoloji problemləri olmamışdır. Səhətlərində yaranmış psixi pozuntu hərbi hissələrdə qarşılaşdıqları çətinliklər, mənəvi-psixoloji təzyiqlər zamanı yaranmışdır. Vəkilin fikrincə, onların psixikasında yaranmış müəyyən pozuntular xidmət ərəfəsində baş verən neqativ halların, intizamsızlığın, “dedavşinanın”, komandir heyəti tərəfindən zəif nəzarətin nəticəsində əmələ gəlmişdir. Ona görə psixi pozğunluqdan əziyyət çəkən bu cür əsgərlərin hospitalda müalicəsi zamanı onların davranışlarına həkimlər tərəfindən nəzarət olunması çox çətindir.

 

 

Qeyd edək ki, cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir və növbəti məhkəmə iclası cari ilin avqust ayının 18-ə təyin olunub.

 

 

Telman Qasımov

 

“KarabakhİNFO.com”

 

19.07.2014 09:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*