Azərbaycanca

Qarabağla bağlı film-“Su başında durmuşuq, çinarla mən”

27.09.2012 | 16:13

1348744345_film-00006Sentyabrın 26-da Nizami Kino Mərkəzində İran rejissoru Babək Şirinsifətin “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli filminin təqdimatı olub. ANN.Az-ın verdiyi xəbərə görə, film “Azərbaycanfilm” kinostudiyası və İran İslam Respublikasının “Obafilm” Prodüser Mərkəzinin birgə istehsalıdır.

Babək Şirinsifət həm də sənədli filmin ssenari müəllifi və rejissorudur. Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edən 52 dəqiqəlik yeni ekran əsəri 10 il bundan əvvəl çəkilmiş “Sıfır saatının qatarı” sənədli filminin davamıdır. Xatırladaq ki, 10 il əvvəl rejissor çadır şəhərciyində olub, insanlarla görüşüb və onların danışıqlarını lentə köçürüb. Bu dəfə isə B.Şirinsifət köhnə qəhrəmanlarının izi ilə qapı-qapı gəzib, onlardan bir çoxunu tapıb, bəzilərini isə sağ tapa bilməyib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş filmin çəkilişləri Sabirabad və Biləsuvar rayonları ərazisindəki qaçqın düşərgələrində, Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalarda aparılıb, çəkilişlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yardım göstərib.

 

 

Elnarə Ağaoğlu

27.09.2012 16:13

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*