Azərbaycanca

QARADAĞLI SOYQIRIMI

19.09.2013 | 14:46

1379587162_1Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə , Xonaşen çayının sahilində yerləşir. Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və bostançılıqla məşğul olur. Kəndin Vərəndəli, Mirzəli, Məmmədsəfili, Mirzəxanlı, Alılı, Tağlı, Məşəmmədli, Qaradağlı, Hacısulu Şəhidhüseynli, Məmmərzəli, Gəmcilli, Gülpərilər,Əbülhəsənli  adlı tirə və nəsilləri var

1951-ci ildə Vərəndəli kəndi bir neçə kolxozda (Qaradağlı, Vərəndəli, Qağarza, Paravatumb) birləşdirildi. 1956-cı ildə Vərəndəli torpağının xeyli hissəsi Spitakşen və Müşkabad kəndlərinə paylandı. Vərəndə Dağlıq Qarabağın 5 tarixi mahalından (Vərəndə, Dizaq, Ceraberd, Xaçın, Talış) birinin adıdır. Məlumdur ki, mənşəcə qıpçaq tayfa birliyinə daxil olan tayfalardan biri də vərəndə tayfası olmuşdur.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində təkcə Xocavənd rayonu 145 şəhid verib. Erməni kəndlərinin əhatəsində olan Qaradağlı kəndi tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən basqılara, təzyiqlərə məruz qalıb. Onun igid övladları silahı əllərindən yerə qoymayaraq düşmənə layiqli cavab veriblər. Lakin, son zamanlarruslar ermənilərə böyük dəstək göstərdiyindən Qaradağlılarmübarizəni sona qədər saxlaya bilmədilər. Qaradağlı soyqırımı Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb.  Bu soyqırımı ikinci Xocalı da adlandırırlar.

 

1992-ci il fevral ayının 14-də Kənxurd, Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ningi, Xankəndi və ermənilərin məskunlaşdığı digər yaşayış məntəqələri istiqamətindən erməni silahlı birləşmələri xarici muzdluların və Xankəndində yerləşən 366-cı alayın texnikasından, canlı qüvvəsindən istifadə etməklə, əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma keçdilər.

 

Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Qaradağlı kəndində törədilmiş amansız qətliamın müəlliflərindən biri də məhz “Arabo” batalyonu idi.

 

Həmin il fevralın 17-də Rusiya ordusunun 366-cı alayının dəstəyi ilə erməni silahlı dəstələri Qaradağlı kəndinə hücum ediblər. Öldürülənlərin cəsədləri təhqir olunub, körpə uşaqlara, hamilə qadınlara da aman verilməyib. Ermənilər cəsədləri doğrayaraq silos quyusuna doldurublar. Əsirlərə amansız işgəncələr verilib, onlardan bir çoxu öldürülüb.1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Sağ qalmış 68 nəfərəsirdən“Zəki bulağı” və “Bəylik bağı”adlanan yerdə hər dəfə bir neçə cavanı güllələyir, cəsədlərini isə yem üçün qazılmış  quyuya (silos quyusuna) atıb, üzərinə torpaq tökürdülər.QARADAĞLI SOYQIRIMI

 

Şahid ifadəsi ilə təsdiq olunub ki, gənc azərbaycanlılar avtomobildən yerə atlanıb, əli silahlı ermənilərin üzərinə gedərək, “Qarabağ bizimdir!”, “Bu torpaqlar heç vaxt sizin olmayacaq!” – deyə etiraz səslərini ucaldırdılar. Məhz bu vaxt Telman Tağıyev əlində gizlətdiyi qumbaranı partlatmağa macal taparaq, özü ilə yanaşı bir neçə erməni silahlısını da həlak etmişdir. Bundan hiddətlənən ermənilər Ningi kəndindəiçərisində əsirlər aparılan maşını  saxlayaraq 3 nəfəri, Xankəndi şəhərində 5 nəfəri və Xankəndi şəhər təcridxanasının ərazisində 11 nəfəri avtomobildən yerə düşürüb odlu silahdan atəş açaraq öldürüb, sağ qalmış digər 49 nəfər Qaradağlı kənd sakinini isə təcridxanaya təhvil veriblər.

 

Əsirlikdə saxlanılanlara qarşı vəhşi,vandalizm hərəkətləri ilə davranılması,insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi,ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi.Kənddə 2 ailənin hər birindən 4 nəfər öldürülüb, 42 ailə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb.

 

Erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu” adlı kitabında Qaradağlı faciəsi haqqında yazır: “Arabo” və “Aramo”nun (erməni silahlı dəstələri) əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında qadınlar və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri bintlə sarılmış əlindən qumbara çıxararaq onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən onun ayaqının bir hissəsini qopardı. “Aramo” və “Arabo”nun əsgərləri onsuzda əsirlərdən öldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər. Bundan sonra onlar əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu.O, bir neçə yaralı əsgərin üstünə benzin tökərək onları atəşə verdi.”

 

Müəllif hadisələrin davamını bu cürə qələmə alır: “Arabo” və “Aramo”nun əsgərləri alovlar içində yanan əsgərlərin iniltilərindən vəcdə gələrək kəndə daxil oldular. Öldürülən və əsir düşən əsgərlərin silahlarını topladılar və evləri yağmalamağa başladılar. Kəndlilərə məxsus tonlarla buğda kisələri ilə yanaşı evlərdən topladıqları digər sərvətləri bir neçə maşına yüklədilər. Daha sonra kəndə od vurub yandırdılar”

 

QARADAĞLI SOYQIRIMIQaradağlı soyqırımının törədilməsində Monte Melkonyan, “Arabo” və “Aramo” terror qrupları ilə yanaşı Martirosyan Qeorqiy Aşotoviç, onun oğulları Martirosyan Vladimir Qeorqiyeviç, Martirosyan Kamo Qeorqiyeviç, habelə 1980-1987-ci illərdə Xocavənd (keçmiş Martuni) rayon İcraiyyə komitəsinin sədri vəzifəsində işləmiş Nəsibyan Qriqoriy Yeqiaşoviç, 1987-ci ildə Xocavənd rayonunda Poçttamtın rəisi vəzifəsində işləmiş Danielyan Slavik Arsenoviç, Xocavənd rayon daxili işlər şöbəsinin pasport masa rəisi vəzifəsində işləmiş Poqosyan Razmik Vaqanoviç, Xocavənd rayon Qağarza kəndindəki S.M.Miçurin adına kolxozun sədri vəzifəsində işləmiş Ayrapetyan Şaşa Muxanoviç, 1989-cu ildən Xocavənd rayonunun şahmat məktəbində məşqçi işləmiş Babayan Vartan Emiloviç birbaşa iştirakçı olublar.

 

Qaradağlı soyqırımı Azərbaycan tarixinə qanlı hərflərlə yazılmışdır.Ancaq, bu günə qədər nəinki xarici vətəndaşlar, hətta ölkəmizdə, xüsusilə müasir gənclik bu soyqırımdan xəbərsizdirlər. Buna görə də, bu soyqırımla bağlı hər bir ali təhsil müəssisəsində tədbirlər təşkil olunmalı və Qaradağlı soyqırımı haqqında ictimaiyyətə, gəncliyimizə dolğun məlumat çatdırılmalıdır.

 

Yazının hazırlanmasında Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunda istintaq edilən 80377  saylı cinayət işinin Qaradağlı soyqırımı epizodu üzrə arayışdan da istifadə edilib.

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı,

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri,

Siyasi fəlsəfə doktoru

 

“KarabakhİNFO.com”

 

 

19.09.2013 14:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*