Azərbaycanca

Qaradağlının qəhraman şəhidləri

17.02.2014 | 12:40

Səfəralı Məmmədov  –  16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində dünyaya gəlmişdir. Orta təhsilini 1981-ci ildə doğma kəndlərində bitirmişdir. Qaradağlının qəhraman şəhidləriHəmin il hərbi xidmətə çağırılmış və Minsk şəhərində qulluq etdikdən sonra ordudan tərxis olunaraq, Krasnodar şəhərinə getmişdir. Milis sistemində işə düzələrək, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır. 1988-ci ildə xidmətini nəzərə alaraq, onu Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsində təhsil almağa göndərirlər. 1990-cı ildə məktəbi bitirərək, leytenant rütbəsi alır. Öz istəyi ilə Ağdam RDİŞ-ndə post-patrul xidmətində vzvod komandiri təyin olunur. S.Məmmədov elə ilk gündən döyüş meydanına atılır. Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində neçə-neçə ermənini girov götürmüşdür. 1992-ci il 16 fevralda Səfəralı Xocavənd rayonunun Qaradağlı kəndində gedən döyüşdə düşmənə sarsıdıcı zərbələr endirir. Amma düşmən gülləsi S.Məmmədovdan yan keçmir.

Qəlpələrin biri kəmərindəki qumbaraya dəyərək, onun həyatına son qoyur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Qaradağlının qəhraman şəhidləriƏzizov Atəş Əfqar oğlu – 1971 – ci il fevral ayının 13 -də Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş, Qaradağlı kənd orta məktəbini bitirmişdir. 1990-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olur. Qiyabi təhsil almaqla yanaşı doğma kəndində faydalı əməklə də məşğul idi. Doğma kəndinin müdafiəsində dayanan, vətənini canından əziz bilən igidlər sırasında Atəş də var idi. 1992-ci ilin 17 fevral tarixində Qaradağlı kəndi işğal olunur. Kəndin sağ qalmış sakinləri ilə girov götürülən Atəş və böyük qardaşı Alov otuz nəfərə qədər kənd sakini ilə bir yerdə “bəylik bağı” deyilən ərazidə düşmənlər tərəfindən güllələnərək qətlə yetirildilər.

Qaradağlının qəhraman şəhidləriDadaşov Eldar İsa oğlu – 1939- ci il fevral ayının 6-da Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş, Qaradağlı kənd yeddi illik məktəbini bitirmişdir. Hamının qəlbini ələ almağı bacaran, elin-obanın xeyrinə – şərinə yarayan bu sadə insana kənd sakinləri böyük rəğbət bəsləyirdilər. 17 fevral 1992-ci il tarixdə Qaradaği kəndi işğal olunduqdan sonra oğlu Uğur və digər həmkəndliləri ilə birlikdə erməni quldurları tərəfindən girov götürülür. Eldar Dadaşov kəndin kənarında vəhşicəsinə qətlə yetirilir. Oğlu Uğur isə kənddən 2 km aralıda yerləşən “bəylik bağı” adlanan ərazidə güllələnir.

Təki vətən sağ olsun!

Aynur Tağıyeva,

AMEAnın əməkdaşı.

 

“KarabakİNFO.com” 

 

17.02.2014 12:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*