Azərbaycanca

Qarakənd faciəsi Azərbaycanın bel sütununu qırdı

20.11.2013 | 14:31

1384943325_1463912_10151736154152691_151162581_nQasım Hacıyev: “Qarakənd hadisəsi Moskva tərəfindən hazırlanmış təxribat idi”

Ona görə də SSRİ-nin daxilində olan xalqlar onun “sosializm lageri” olduğunu başa düşürdülər deyə onlar başqa bir quru

AMEA-nin Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Qasım Hacıyev “KarabakhİNFO.com” e-jurnalına müsahibə verib.

 

Qasım müəllim, Qarakənd faciəsi baş verməzdən əvvəl Azərbaycanda siyasi mühit necə idi?

 

Artıq 80-ci illərin sonunda SSRİ-nin tərkibində baş verən proseslər onu göstərirdi ki, SSRİ artıq daxildən parçalanmağa başlayır. Bunun adı istər yenidənqurma olsun, istər bərpa olsun, adını nə qoyurlar qoysunlar hər halda SSRİ-nin özünün daxilindəki siyasi və iqtisadi parçalanmalar, baş verən proseslər artıq onu uçuruma doğru aparırdı. Bütün bu fikirlər, bu düşüncələr gətirib o yerə çıxartdı ki, həm obyektiv, həm subyektiv cəhətdən SSRİ-nin dağılması yetişdi. Amma bu o demək deyil ki, SSRİ-nin dağılmasından sonra müstəqil respublikaların yaradılması nəzərdə tutulurdu. o zaman bele fikir var idi ki, SSRİ-yə bənzər bir qurum yaratsınlar və bu qurum güclü bir şəkildə dünya dövlətləri ilə ayaqlaşa bilsin. Ancaq hansı ad altında necə birləşəcəkdilər, bunun nə planı, nə də ki proqramı hazırlanmamışdı.

 

mda birləşməyə öz etirazlarını bildirdilər. Bu baxımdan da respublikalarda yeni mübarizə meydana çıxdı. Bu mübarizə nəticəsində, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda və o cümlədən Azərbaycanda müxtəlif hadisələr baş verdi. Azərbaycanda elə bir vəziyyət yetişdi ki, artıq SSRİ-nin əleyhinə çıxışlar başladı. SSRİ rəhbərliyi Azərbaycan kimi bir dövləti əldən verməmək üçün dəridən qabıqdan çıxırdılar. Ermənistan, Gürcüstan kimi dotasiya ilə yaşayan dövlətlərin SSRi-nin rəhbərliyindən çıxması SSRİ üçün əslində vacib idi. Amma 200 ildən çox Azərbaycanı istilada saxlayan Rusiya Azərbaycanı asanlıqla buraxmaq istəmirdi. Bütün hadisələr də buradan qaynaqlanırdı.

 

Onlar istəyirdilər ki, XX əsrin sonlarında hər hansı parçalanma baş versə də Azərbaycan rusların təsir dairəsində qalsın. Bu günün özündə də bu prosesləri dərinləşdirməyə can atanlar var. Heç kəsə sirr deyil ki, Rusiya hər məqamda Azərbaycanı sıxıb özünə tabe etdirməyə çalışır. Bu mümkün olmasa da Rusiya bunun üçün çalışır. Bu baxımdan 80-ci illərin sonlarında Azərbaycana xüsusi diqqət var idi. Ən faciəlisi isə o idi ki, Dağlıq Qarabağ ərazisinin Ermənistanın tərkibinə verilməsi üçün siyasi kampaniyaya başladılar. Bilirik ki, Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb. Nəinki Qarabağ heç İrəvan da Ermənistan ərazisi olmayıb. Bilirsiniz ki, İrəvan XX əsrdə ermənilərə verildi və onlar orada bir dövlət yaratdılar. Onlar eyni zamanda XX əsrin əvvəllərində DQMV-də bir qurum da yaratdılar. Dağlıq Qarabağın Azərbaycanda ayrılıb ermənilərə verilməsi planı həmişə olub. Əsrin əvvəllərində də olub, Sovet dövründə də olub və 80-ci illərdən bu hadisələr yenidən baş qaldırdı. Bu hadisələri daha da qızışdırmaq üçün İrəvanda mitinqlər keçirildi. Hətta Dağlıq Qarabağın Ermənistana verilməsi üçün qərarlar da verildi. Bundan sonra artıq xalqın səbr kasası dolmuşdur. Ruslar da öz işlərini görürdülər, öz planlarını yeridirdilər. Onlar erməniləri silahlandıraraq Azərbaycan torpaqlarına hücuma başladılar.

 

Qarakənd faciəsi Azərbaycana necə təsir etdi?

 

Qarakənd faciəsi Azərbaycanın bel sütununu qırdıQarakənd hadisəsi bu proseslərdə çox müəmmalı şəkildə baş verən bir hadisə idi. Bu cür hadisələr müxtəlif dövrlərdə dəfələrlə baş vermişdir. Əsrin əvvəllərində deportasiyalar, soyqırımlar, repressiyalar olduğu kimi, müharibə ərəfəsində də bu cür hadisələr törədirdilər. Yenə də SSRİ-dən qalmış kəşfiyyat qrupunun hansı ki, dünyanın ən yırtıcı kəşfiyyatlarından biri idi yaratdığı qruplar o faciəni Qarakənddə törətdilər. Dövlət rəhbərlərinin, nümayəndələrinin əksəriyyəti həmin vertolyotda idilər. Bu hadisə Azərbaycanın sanki bel sütununu qırdı. Dövlət rəhbərlərinin bir vertolyota yığıb hamısını birlikdə məhv etmək göstərir ki, burada kiminsə əli var. Bütün xalq hiss elədi ki, çox ciddi şəkildə təklənib. Burada məsələ erməni amilində deyildi. Erməni əldə bir oyuncaqdır. Şahmat dilində desək onlar piyadadırlar. Onlar həmişə elə olublar və elə də qalacaqlar. Amma burada böyük bir qüvvənin rol oynadığını gördülər. Xalq başa düşdü ki, artıq Azərbaycana qarşı güclü təxribatlar başlayıb. Bu çox güclü şəkildə hazırlanmış siyasi plan idi ki, Azərbaycan xalqına çox güclü siyasi zərbə vurdu. Bütün bunlar Azərbaycan dövlətçiliyinin yaranması və güclənməsi əleyhinə olan hadisələr idi. Baş verən hadisələri Moskvadan planlı şəkildə həyata keçirirdilər. Hətta onların daha böyük planları o idi ki, Azərbaycanı parçalasınlar. Qarakənd faciəsinin araşdırılması müsbət məcrada gedə bilmədi. Yəni bu barədə müxtəlif söz-söhbətlər də yayıldı. Hətta vertolyotda olanların ölüm xəbərini yalana çıxaranlar da oldu ki, onlar ölməyiblər, əsir götürülüblər və s. Bunu daha da dəqiqləşdirmək üçün qara qutu əhvalatı çıxdı ortaya. Qara qutu araşdırılmaq üçün Moskvaya göndərildi. Bu da təbii ki Moskva necə istədisə elə də qərar verdi. Buna görə Qarakənd hadisəsi müəmmalı qaldı, onun sirləri açılmadı. Ancaq bu sirr deyil ki, faciə Moskvanın törətdiyi təxribat idi.

 

Bəli, bu gün Rusiyanın fitnəsi ilə Azərbaycanın başına gətirilən bəlalardan biri olan Qarakənd faciəsinin baş verməsindən 22 il ötür. 22 nəfər ziyalımızın bir gündə öldürülməsi Azərbaycan dövlətçiliyinə vurulmuş ən sarsıdıcı zərbə oldu. Qarakənd səması onlar üçün sözün əsl mənasında qaraldı:

 

– Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

– İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror

– Məhəmməd Nəbi oğlu Əsədov – dövlət müşaviri

– Zülfi Saleh oğlu Hacıyev – Baş nazirin müavini

– Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

– Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

– Osman Mirzə Hüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

– Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

– İqor Aleksandroviç Plavski – DQMV-nin prokuroru

– Vladimir Vladimiroviç Kovalyov – DQMV Daxili İşlər İdarəsinin rəisi

– Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

– Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

– Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

– Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

– Oleq Nikolayeviç Koçerev – polkovnik-leytenant

– Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

– Alı Mustafa oğlu Mustafayev – telejurnalist

– Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

– Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

– Vyaçeslav Vladimiroviç Kotov – vertolyot heyətinin komandiri

– Gennadi Vladimiroviç Domov – vertolyot heyətinin üzvü

– Dmitri Borisoviç Yarovenko – vertolyot heyətinin üzvü

 

 

Qarakənd faciəsinin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik!!!

 

 

 

Sevda Qurbanqızı

 

“KarabakhİNFO.com”

 

20.11.2013 14:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*