Azərbaycanca

Qarakənd faciəsi: müəmmalar, sirrlər, gizlinlər

20.11.2014 | 11:34

Helicopter_Crash_191108Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42-də vuruldu. İçərisində Tofiq İsmayılov – Dövlət katibi, Məhəmməd Əsədov – Dövlət müşaviri, İsmət Qayıbov – Baş prokuror, Zülfü Hacıyev – Baş nazirin müavini, Qurban Namazəliyev – Nazir müavini, Vəli Məmmədov – Xalq deputatı, Vaqif Cəfərov – İcra başçısı, Osman Mirzəyev – Prezident aparatının şöbə müdiri, Alı Mustafayev – Jurnalist, Fəxrəddin Şahbazov – Operator, Arif Hüseynzadə bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də helikopterdə öldürüldülər. Bəli məhz öldürüldülər. Bu günə qədər faciə barədə çoxsaylı yazılar yazılıb, faciənin terror olmasını dəfələrlə qeyd olunmasına baxmayaraq istintaq hələ də bağlı qalır. Səbəb: “hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasıdır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.” Və 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən başlanan cinayət işi dayandırılıb. Lakin bizim burda unutduğumuz bəzi məqamlar var ki, onun aydınlanmasına ehtiyac var.

 

 

1991-ci ilin avqustun sonunda erməni terrorçu Monte Melkonyan Amerikadan Dağlıq Qarabağa gəlir. Bu barədə Markar Melkonyanın «Mənim qardaşımın yolu» kitabında da yazılır. Dağlıq Qarabağa gələn AVO-(Melkonyanın ləqəbi) özü ilə bərabər burada sistem quraşdırıb təzədən İrəvana geri qayıdır. Onun tapşırığı ilə Azərbaycan tərəfinin hərəkət marşrutları barədə operativ məlumat toplanılır və onun dəstəsinə təqdim edilir. Xankəndində yerləşən bütün erməni dövlət qurumları və məmurları AVO ilə daima təmasda idilər. AVO o zaman Moskvada hazırlanan və Levon Ter-Petrosyanla razılaşdırılmış sülh planından xəbərdar idi. Onun Qarabağa gəlməkdə əsas məqsədi hazırlanan və ilin sonuna qədər imzalanacaq sülh planını pozmaq idi. Bunun üçün də bir böyük həcmli plan hazırlanmalı idi ki, Azərbaycanla Ermənistanın əlaqəsi kəsilsin. Məhz özü ilə gətirdiyi Amerika istehsalı olan və fundamentalist qruplar, eləcə də terrorçular arasında geniş yayılmış, həmişə təhlükə doğuran biləcək “Barret M81-A1” və “Barret M82-A1” silahını Ağdam rayonunu hədəfə alan istiqamətdə quraşdırır. 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterlərı, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan və kütləvi qırğın silahları cərgəsində gedən bu silah ASALA-nın Yaxın Şərqdə istifadə etdiyi “sevimli” silahı idi.

 

400-225

20 noyabr 1991-cı il. Ağdam şəhəri. Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin binasının otaqlarının birində əyləşən dövlət nümayəndələri hadisənin şahidlərindən bir neçə nəfəri sərbəst dinldəikdən sonra kənar adamları və jurnalistləri də bayıra çıxardılar. İçəridə yarım saata qədər davam edən çox mübahisəli toplantı keçirildi. Dövlət katibi Tofiq İsmayılov içəridə olan rus generalları ilə sözlə döyüşür. Onlar baş vermiş hadisəni qısa müzakirə edib otaqdan çıxdılar… Binadan bayıra-iynə atsan yerə düşməyən saysız insanların qarşısına ilk çıxan Azərbaycan Respublikasının baş prokuroru İsmət Qayıbov oldu. İsmət Qayıbov hadisə yerinə yollanmamışdan əvvəl Martuni fövqəladə vəziyyət rayonunun komendantı rus polkovniki Jenkini Ağdam Rayon Polis İdarəsinə çağırtdıraraq ona əsəbi halda demişdir:

 

 

-Hadisə yerinə özüm də gedirəm. Orada əgər səninkilər də iştirak ediblərsə onda səni özüm güllələyəcəyəm!

 

 

Həmin gün-20 noyabr 1991-ci il saat 16.30-da mayor Kotov, kapitan Dolqov, leytenant Yalavenkodan ibarət ekipajın idarə etdiyi içərisində SSRİ və Azərbaycanın 22 nəfər tanınmış dövlət və ictimai xadimləri olan 3553 saylı hərbi hissəyə məxsus Ağdamda yerləşən bazadan “Mİ-8” N69 saylı helikopter hazırlanır və ikinci helipoter- Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Maraqlıdır ki, Xankəndində uçacaq olan Mİ8-helikopterinə erməni tərəfi də minməli idi.

 

 

Lakin qəfil gələn zəng erməniləri fikirindən daşındırır. Lakin ikinci Mİ-8 N72 helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13:48-də birincinin əvəzinə havaya qalxır. Dövlət rəsmilərinin əksər hissəsinin bir helikopterdə təhlükəli zonadan keçməsi bəlli olduğu halda onların müşayət olunması qaydasına əməl edilmir. Bu da təhlükəsizlik qaydalarının açıq-aşkar pozulması demək idi. Onların hamısı bir helikopterdə idi-sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.

 

2222

Enmə zolaqlarını nəzarətə götürən radarlar vasitəsilə saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan “Mİ-82 N72 helikoperlə rabitə əlaqələri kəsilir. Radarlardan saat 14:05-də itən helikopterdə raketlə vurulduğu dəqiqə – 14:42-ni göstərir. İstintaq zamanı müəyyən edilir ki,“Mİ-8” N72 helikoper yola çıxarkən mühafizə üçün nəzərdə tutulmuş pulemyotlar, “PTURS” raketləri açılıb götürülmüş, hərbi helikopter adi bir yük nəqliyyatı kimi yola çıxmışdır. 2 saat sonra qəzaya yerinə gələn hərbiçilərin tələsik yoxlamasından sonra burada onlardan əvvəl kiminsə olması barədə məlumatdan sonra işə Rusiyadan gələn ekspretlər ciddi yanaşmırlar. Məlum oldu ki, hadisə yerinə hərbiçilər gələnədək tamamilə talan edilib. Azərbaycan televiziyasının müxbirlərinin cihazları, 12 tapança, qiymətli əşyalar və hətta helikopterin müəyyən bahalı cihazları yoxa çıxır. Qəza yerinə Azərbayacanın hökumət adamları saat 17-00-da çatırlar. O zaman TV-də çıxış edən şahidlərdən bəziləri hadisə yerindən ağ rəngdə Niva markalı avtomobilin getməsini görürlər. Məlum olur ki, erməni generalı Qurgen Dalibaltayana məxsus ağ Nivada “Şuşanik” snayper qrupu olub. “Şuşanik” Livandan gətirilən içərisində erməni və zəncilər olan xüsusi snayperçi qadınlar dəstəsi idi.

 

 

Beləki artıq axşam 20 noyabr 1991-ci ildə Azərbaycan televiziyasında göstərilib ki, helikopter dumanda qayaya çarpılıb. DQMV-nin xüsusi rayonunun kommendantına istinadən belə məlumat Rusiyanın xəbər agentliyinə verilib. Maraqlısı budur ki, Rusiyada Qarakənd səmasında helikopterin ermənilər tərəfindən vurulması xəbərinə dərhal SSRİ xalq deputatları, Henrix İgityan, Sos Sərkisyanla yanaşı Zori Balayan və Viktor Ambarsumyan bu hadisədə ermənilərin heç bir günahı olmadığını bəyan edirlər.

 

 

21 noyabrda isə TV-də helikopterin iri çaplı silahlardan vurulması deyilir və hadisə yerinə gələn hərbiçilər qeyd edirlər ki, helikopterdən çoxsaylı oğurluqlar olub. Qəza yerinə ilk olaraq SSRİ DİN Daxili Qoşunlarının hərbiçiləri Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri və rəsmi şəxsləri də hadisə yerinə buraxmamaq üçün gəlirlər və Polyaniçkonun müdaxiləsindən sonra 21 noyabrda bizim tərəf istintaqa başlaya bilir.

 

316018_10150400436645345_1783169852_n

İlkin olaraq bizim nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi.

 

 

“Qara qutu”nu ələ keçirən müstəntiq belə bir məlumat da yaydı ki, “qara qutu”, “istidən” və “yanğından”, “partlayışdan” (onun sözləridir) sıradan çıxıb, əriyib. “Qara qutu”nun oxunması məsələsi ancaq Moskvada mümkündür. Mütəxəssislərimiz yaxına buraxılmadı. Halbuki “qara qutu” Gəncədəki helikopter təmiri zavodunda aşkarlana bilərdi. Prokuror İ.Lazutkin hamını aldadırdı. “Qara qutu” zədəsiz və salamat idi. Bir müddətdən sonra onun yandığını və lentin aşkarlanmadığı Rusiya Dövlət Televiziyasında ermənilərin Dağlıq Qarabağda separatçı hərəkətlərinə haqq qazandıran Qalina Staravoytova tərəfindən elan edilir və hətta “yanmış,kül olmuş” lenti də nümayiş etdirirlər. Halbuki “qara qutu” 3800 dərəcə istiyə davam gətirir. Nüfuzlu “Time” jurnalının 2009-cu il 20 iyul sayında “Qara Qutular və qısa tarix” məqaləsində də Mİ-8” N72 helikopterlərində olan “qara qutuların” yanma ehtimalının 0-a bərabər olduğu öz təsdiqini tapır. Bu hadisədən sonra Qalina Staravoytova Rusiya prezidenti B. Yeltsin tərəfindən Milli Məsələlər üzrə Müşavir təyin edilir. Bu da Rusiyanın həmin hadisədə birbaşa iştirakının gizli saxlanmasının bariz göstəricisidir.

 

 

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
“KarabakhİNFO.com”

 

 

20.11.2014 11:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*