Azərbaycanca

Qarakənd – unudulmayan faciə

20.11.2014 | 16:03

Helicopter_Crash_191108Xalqımızın layiqli övladlarının həyatlarını itirdiyi Qarakənd faciəsindən 23 il ötür. 1991-ci il noyabrın 7-də Bakıda Dağlıq Qarabağda gedən müharibə ilə bağlı Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Həmsədrlər görüş zamanı qərara aldılar ki, onlar hadisələri öz gözləri ilə görmək üçün Xankəndinə getsinlər. Onlar əvvəlcə Ağdama, sonra isə helikopter ilə Xocavənd istiqamətində Xankəndinə getdilər. 1991-ci il noyabrın 20-də saat 14:42 də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycan hərbi helikopteri Mİ-8 N72 erməni hərbiləşdirilimiş dəstələri tərəfindən vuruldu. Bu hadisə Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən biridir. Bu faciə nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak oldular. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq Daxili İşlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də vardı. Qəzada ümumilikdə 22 nəfər həlak olub.

 

 

sahib-aliyevQarakənd faciəsinin ildönümü barədə əməkdar jurnalist, millət vəkili Sahib Alıyev “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında bildirdi ki, bu günlərdə Azərbaycan hərbçiləri tərəfindən sərhədi keçən erməni helikopterinin vurulması ilə 1991-ci ildə yüksək rütbəli məmurların olduğu vertolyotun eyni ayda vurulmasında sanki bir rəmzilik var: “Bir tərəfdə Azərbaycanın mülki helikopteri və həmin vertolyotun içərisində əyləşən məmurlar öz torpağımızda ermənilər tərəfindən vurulur. Azərbaycan torpaqlarında erməni helikopteri vurulan zaman onlar bundan sarsıntı keçirirlər. Düşünürəm ki, Azərbaycan əsgərləri erməni vertolyotunu vurmaqla bir növ Qarakənd faciəsinin qisasını alıblar. Qarakənd faciəsinin qurbanları arasında mənim həmkarım, milli qəhrəman Alı Mustafayevdə var idi. Zənnimcə, bu tam intiqam sayıla bilməz. Helikopterin vurulması sanki dəryada bir damladır. Qarakənd faciəsinin qisası yerdə qalmayacaq”.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

20.11.2014 16:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*