Azərbaycanca

“Qarsda elə bir ailə yoxdur ki, erməni zülmündən əziyyət çəkməsin”

30.03.2013 | 10:39

1364625483_fuadMüsahibimiz Çetin Adıgüzel Azərbaycan əsillidir.  O, 1963-cü ildə Qars şəhərində anadan olub və elə hazırda da Qarsda yaşayır. Ailəlidir. Həyat yoldaşı İğdırdandır. 3 övladı var. Hazırda Qafqaz Universitetində müəllim  işləyir. Eyni zamanda Azərbaycan tarixi, musiqisi və ədəbiyyatı ilə yaxından maraqlanır. Ç.Adıgüzel” KarabakhİNFO.com”a müsahibəsində ermənilərin Türkiyədə azərbaycanlılara və digər xalqlara qarşı etdiyi soyqırımlardan danışdı.

– Çetin müəllim, sizin ata-babalarınız qədimdən Qarsda yaşayıb, yoxsa sonradan ora köç ediblər?

 

– Atamın atası Qərbi Azərbaycandan Qarsa gəlib. Anam Gümrü yaxınlığındakı Mollamusa kəndindəndir. Ümumiyyətlə, Qars Qərbi Azərbaycanın müxtəlif bölgələrindən 1915-1920-ci illər arası rus və xüsusilə erməni zülmündən qaçıb gələn mühacirlərin olduğu bir şəhərdir. Dərələyəz dağının ətəklərindəki türk kəndlərindən və Gümrü şəhərindən Ağbaba, Şörəğəl bölgəsindən Gözəldərə, Şiştəpə, Çobankərə, Qarakilsə, Mollamusa, Güllübulaq, Vartannı, Bacoğlu, Qaraçəntəy, Kəsəmən, Talın, Muğanlı, Borçalı bölgəsi və adlarını yaza bilmədiyim daha neçə kəndin əhalisi qaçaqaç vaxtı gəlib Qarsa yerləşiblər. Kazım Qarabəkir paşanın sayəsində. Öncələri 80 faiz əhalisi Qafqaz immiqrantı-Azərbaycan türkləri, ahıska türkləri, çərkəzlər, ləzgilərdən ibarət idi. Qarsda az da olsa, ruslar (malakanlar) var. Ermənilər Qarsda heç yoxdurlar. Amma zaman içərisində başda İstanbul, Ankara və İzmir olmaqla Türkiyənin hər tərəfinə gediblər.

Köç etmənin ən böyük səbəbi dolanışıq sıxıntısı olub. 8 ay qışı olan Qars, dəniz səviyyəsindən 1764 metr yüksəklikdə yerləşir. Azərbaycan əsilli türklər oxumaq, daha çox pul qazanmaq üçün və bir də qışın çətinliklərinə görə Qarsdan da başda İstanbul olmaqla köç ediblər isti və iş imkanı olan yerlərə. Ümumi olaraq Türkiyənin müxtəlif yerlərinə köçən qarslı Azərbaycan türklərinin sayı 1.500.000-dan çoxdur. Bir də Türkiyə də ən yaxşı iş adamları, pullu zənginlər və Türkiyəni idarə edən savadlı alimlərin çoxusu Azərbaycan türküdür.

İndi isə Qarsda 4-5 qrup insan yaşayır. Osmanlı türkləri, Azərbaycan türkləri, ahıska türkləri, qarapapaq türkləri, kürdlər bir arada və bir-birilərinə qarşı hörmət saxlayaraq yaşamaqdadırlar. Qarsda Azərbaycan mədəniyyəti bu gün də daha çox yayılmış və inkişaf etmişdir. Hər kəsin toyunda, şübhəsiz ki, Azərbaycan havaları ifa olunur. Aşıq sənəti yüksək səviyyədədir.

 

– Azərbaycanla bağlı əlamətdar günləri qeyd edirsinizmi?

 

“Qarsda elə bir ailə yoxdur ki, erməni zülmündən əziyyət çəkməsin”       – Azərbaycanın ən ağrılı günləri olan 20 Yanvar hadisələri, Xocalı qətliamı ilə bağlı burada anım tədbirləri keçiririk. 21 mart Novruz bayramı, 28 May Respublika Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər zaman yüksək səviyyədə qeyd olunur. Mustafa Kamal Atatürkün dediyi kimi, Azərbayanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

 

-Dağlıq Qarabağ problemi ilə bağlı qarslılar nə dərəcədə məlumatlıdırlar?

 

– Bir şeyi demək olar ki, əsl yerindən yurdundan köçürülən bizlərik. Doğma torpaqlarımız erməni tərəfdə qalıb. Kəndlərin, rayonların adları dəyişdirilib. Qarsda elə bir ailə yoxdur ki, erməni zülmündən əziyyət çəkməsin. Topraq və soyqırımı iddiası əslində bizim siyasətimiz olmalıdır. Qars və ətrafında İğdır, Ərdahan daxil olmaqla hələ də açılmamış, ermənilər tərəfindən öldürülən, 80-ə yaxın türk və müsəlman məzarlığıının olduğunu bilirik. Erməni tarix boyunca xəyanət içində olub. Qarabağ bölgəsində eyni işğal altında qalan türk topraqlarıdır. Türkiyədəki hər vətəndaş bu haqsızlığı bilir və azərbaycanlı qardaşlarının yanındadır. Ədalət tez, ya da gec qələbə çalacaq.

 

– Ermənilər tərəfindən 1918-ci ildə 31 mart soyqırımı oralarda da olubmu?

 

     – Müxtəlif tarixlərdə Qars, Ərdahan, İğdır, Ərzurum, Van və Ərzincan olmaq üzrə Türkiyənin bir çox bölgəsində ermənilər türk və müsəlmanları vəhsicəsinə qırğına məruz qoyublar. Xocalıda olan vəhşiliklərin eynisi bu yerlərdə də olub.

Qars bölgəsində hələ də açılmamş 80 ədəd toplu məzar var. Qadın, oğlan, yaşlı demədən vəhşicəsinə mərəklərə və məscidlərə doldurularaq yandırılmış insanların toplu məzarları helə də açılmamış qalır. Dünyanın bu mövzudakı mütəxəssislərini dəvət edirik bu bölgəyə, gəlsinlər gerçəkləri öz gözləriylə görsünlər…

1985-ci ildə rabitədə işlədiyim zaman Qarsın Subatan kəndində prof. dr. Yusif Hacaloğlunun rəhbərliyi ilə beynəlxalq jurnalistlərin də qatıldığı bir toplumla məzarın açılışına şəxsən mən də qatılmışdım. Canlı tarix, o qırğını yaşamış yaşlı bir babanın izah etdikləri istiqamətində açdılar məzarı. Axıra doldurmuşlar insanları. Yuxarıdan aşağı töküb yandırmışdılar. 85 insan yanaraq can vermişdi. Torpaq açıldıkca insanların skeletləri ortaya çıxmağa başladı. Anasının qucağında uşaq cəsədini görüncə mən şoka düştüm. İnsanların yanan yağları daşlarda qalmışdı qapqara. O dövrki jurnalistlərdən birinə bilək bunlar türk və müsəlman idi deyincə, yanmış Qurani- Kərim parçaları və o dönəm geyilən paltarların düymələrini Yusif müəllim dəlil kimi göstərdi.

 

Daha sonra orada soyqırım abidəsi tikildi. Ermənilər burada yalnız türkləri deyil, müsəlman kürdlərini də qırğına məruz qoyublar. Yezidi kürdlərə bir şey etməmişlər. Xaçpərəst olduqları da aşkardır.

 

-Qafqaz Universitetində azərbaycanlı tələbələr fəaldırlarmı?

 

– Universitetimizdə azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Onların burada oxuyan tələbələrdən heç bir fərqi yoxdur.

 

-Maraqlıdır, sovet dövründə tarixi vətəniniz olan Azərbaycan haqqında məlumatları necə əldə edirdiniz?

 

“Qarsda elə bir ailə yoxdur ki, erməni zülmündən əziyyət çəkməsin”        – Azərbaycanı görmədən ana dilimizdə, anamızın laylalarında aşıq sənəti çox önəmlidir. Keçmişimizi bizə çatdıran yeganə insanlardır aşılqarımız. Biz qapılar bağlı ikən uzun dalğada Bakı radiosunda günorta konsertinə qulaq asardıq. Orta dalğada “Araz” radiosunda kənd zəhmətkeşləri üçün konsert olardı. Biz də buna qulaq asardıq. Gecələri lirika dəftərindən qəzəllər olardı. Qulaq asardıq. Azərbaycanı öncəliklə Zeynəb Xanlarova ilə tanıdıq. Füzulini, Nizami Gəncəvini, Səməd Vurğunu, Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Məmməd Aslanı, İsmayıl Şıxlını və adlarını yazmadığım neçə-neçə Vətən aydınlarını tanıyırdıq.

 

-Bildiyimiz kimi Qarsdaki erməni abidəsi dağıdıldı. Hazırda onun yerində nə var?
– O abidəni xalqın tələbiynən qoymadılar. Bundan əvvəlki seçkilərdə seçilən bələdiyyə başçısı qoydurdu.Abindənin forması belə idi ki, bir insan ikiyə bölünüb, bir yarısı digər bir yarısına soruşurdu ki, sən erməniləri niyə öldürdün?. Bu aşkar olanda xalq etiraz etdi. Başda xalq olmaq üzrə Azərbaycan baş konsulluğu, vətəndaş cəmiyyət və dövlət qarşı çıxdı və yıxdılar. Hələki yeri boşdur.

 

-Heç Azərbaycanda, ata-babalarınızın boya-başa çatdığı yerlərdə olubsunuzmu?

 

– İlk dəfə 1991-ci ildə gəlmişik doğma torpaqlarımıza. İrandan keçib Bakıya gəldik. O duyğuları yazmaqla olmur, yaşamaq lazımdır. Çox qəribə bir iş idi. Öz doğma dədə-baba torpağına xarici bir insan kimi pasportla girdik. Başda Şəhidlər xiyabanını, eləcə də Fəxri xiyabanı ziyarət etdik. Şəhidlərimizin ruhuna fatihələr oxuduq. Gecələri az yatdıq ki, Azərbaycanı daha çox görək. Daha sonra bir neçə dəfə də Azərbaycana gəldik. Hazırda Azərbaycan çox inkişaf edib. Bircə Qarabağ problemi həll edilsə, işğal altındakı torpaqlar geri qaytarılsa, qaçqınlar öz torpağına qayıtsa, daha gözəl olacaq. Allahdan diləyim budur.

 

Fuad Hüseynzadə

KarabakhİNFO.com

 

30.03.2013 10:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*