Azərbaycanca

QAT aclıq aksiyasını davam etdirir

15.11.2014 | 15:42

???????????????????????????????Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvlərinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı keçirdikləri aclıq aksiyası 2 gündür davam edir. Bu barədə QAT-ın mətbuat xidmətindən “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına məlumat daxil olub. Keçmiş döyüşçülər, ictimaiyyət nümayəndələri aksiya iştirakçılarına baş çəkir, dəstək verirlər. İran televiziyası geniş reportaj hazırlayıb. Bu gün səhər ərazidəki 27 saylı poliklinikanın baş həkimi Vaqif Ağayev, həkimlər M.Camalova və X.Musayeva aksiya iştirakçılarının sağlamlıq durumunu yoxlayıblar. Bəzi narahatçılıqlar var, baş ağrısı, ürək bulanması, qan təzyiqinin aşağı düşməsi müşahidə olunur. Lakin QAT-çılar aksiyanı davam etdirməkdə israrlıdırlar. Aksiya iştirakçılarının tələbləri BMT, ATƏT, Avropa Şurası və Avropa İttifaqının Bakı nümayəndələrinə göndərilib. QAT-ın Şəki, Zaqatala şöbələrindən aksiyanı dəstəklədiklərinə dair bəyanatlar daxil olub. QAT sədri Akif Nağı bildirib ki, beynəlxalq təşkilatlar əgər bu aksiyadan sonra da girovların taleyinə biganə qalacaqlarsa, onda onların Azərbaycanda nümayəndəliklərinin fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur.

 

“KarabakhİNFO.com”

 

 

15.11.2014 15:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*