Azərbaycanca

Qazaxda atışma gedir

07.08.2014 | 20:19

53182“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının musavat.com-a istinadən verdiyi məlumata görə, hazırda Qazax rayonunun Quşçu Ayrım və Əskipara kəndləri ilə sərhəd olan erməni mövqelərindən ərazimizə mərmi yağdırılır.

 

Silahlı Qüvvələrimiz cavab atəşi açır. Müxbirimiz bildirir ki, atışma 2 saat əvvəl – 7 avqust saat 23 radələrində başlayıb və hələ davam edir.

 

İtki və yaralılar barədə müxbirimizdə məlumat yoxdur.

 

Qeyd edək ki, adı çəkilən Quşçu Ayrım kəndi haqqında artıq bir neçə dəfə xəbər vermişik. Erməni postları bu kəndə çox yaxın məsafədə yerləşir.

 

“KarabakhİNFO.com”

 

07.08.2014 20:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*