Azərbaycanca

Qırğızıstanın sabiq prezidenti: “Dağlıq Qarabağ münaqişəsi Rusiyanın vasitəçiliyi ilə həll olunsaydı, yaxşı olardı”

22.11.2014 | 11:16

qirgizistan“Dağlıq Qarabağ münaqişəsinin asan həlli yolu mövcud deyil”.

APA-nın “Vestnik Kavkaza” saytına istinadən verdiyi məlumata görə, bunu Qırğızıstanın sabiq prezidenti, M. Lomonosov adına Moskva Dövlət Universitetinin baş elmi işçisi Askar Akayev deyib.

 

 

“Dağlıq Qarabağ problemi çox keçmişə dayanır. Bu problemdən çıxış yolu asan deyil. İki dövlətə toxunan etnik münaqişələr həmişə mürəkkəb olur. Rusiya tərəflərə təsir imkanlarına malikdir. Dağlıq Qarabağ münaqişəsi Rusiyanın vasitəçiliyi ilə həll olunsaydı, yaxşı olardı”, – deyə A. Akayev vurğulayıb.

 

 

“KarabakhİNFO.com”

 

 

 

22.11.2014 11:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*