Azərbaycanca

QMİ sədri: Azərbaycan Dağlıq Qarabağ məsələsində Rus pravoslav kilsəsinin yardımına ümid edir

30.10.2015 | 16:26

trend__allahshukur_pashazade_131015

Rus Pravoslav kilsəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında rolu çox böyükdür. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill ilə görüşdə deyib.

O bildirib: “Siz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında bizə kömək edənlər sırasında birincilərdənsiniz. Bu məsələnin həllində sizin rolunuza çox ümid edirəm və inanıram ki, birgə səylərimiz gələcəkdə öz bəhrəsini verəcək”.

QMİ sədri xatırladıb ki, Azərbaycanda hazırda münaqişə zonasından olan 1 milyondan çox qaçqın və məcburi köçkün yaşayır: “Bu problemin həlli yalnız sülh yolu ilə mümkündür”.

Patriarx Kirill isə qeyd edib ki, Rus kilsəsi sühməramlı sahədə həmişə səmimi fəaliyyət göstərir və Rusiya, MDB və Yaxın Şərqdə sülhün qorunması və möhkəmlənməsi üçün müsəlman və digər din nümayəndələri ilə mümkün olan hər şeyi etməyi özünün borcu hesab edir: “Sülhün pozulduğu yerdə isə onun bərpasına yardım etməyə çalışır”.

Trend.az

 

30.10.2015 16:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*