Azərbaycanca

Qondarma Dağlıq Qarabağ Respublikası haqqında faktlar

14.07.2014 | 10:24

Qarabag-1Aparılmış araşdırmalar nəticəsində, işğal olunmuş Azərbaycan torpaqlarında qurulan separatçı rejim (qondarma “Dağlıq Qarabağ Respublikası”) haqqında məlumatlar əldə olunmuşdur. Məlumat bölgədə ictimai-siyasi vəziyyət, bölgənin inkişaf səviyyəsi və aparılan fəaliyyətlər, eləcə də əhalinin məşğulluq və yaşayış səviyyəsi haqqında informasiyaları əhatə edir. Separatçı rəhbərlik Dağlıq Qarabağ əraziləri ilə yanaşı Azərbaycanın işğal olunmuş 7 rayonunu da daxil etməklə yeni inzibati ərazi formalaşdırmışdır.

 

Separatçı rejim tərəfindən yaradılan və işğal olunmuş Azərbaycan torpaqlarını da əhatə edən yeni inzibati bölgüyə əsasən, hal-hazırda “Dağlıq Qarabağ Respublikası” 8 inzibati rayona bölünüb. Bunun da əsas səbəbi bölgədə məskunlaşmanın az olmasıdır. Bəzi yerlərdə 2-3 rayon birləşdirilərək bir inzibati rayon yaradılmışdır.

 

Qarabağ haqqında statistik məlumatların hamısı yeni inzibati bölgüyə əsasən verilir:

 

Qondarma «Dağlıq Qarabağ Respublikası»nın inzibati bölgüsü vəəhalisi:

 

  1. Stepanakert inzibati rayonu – Xankəndi (Stepanakert) şəhərini əhatə edir.
  2. Askeran inzibati rayonu – Əsgəran, Xocalı və Ağdamın bir hissəsini əhatə edir. Mərkəzi Əsgəran (Askeran) şəhəridir.
  3. Hadrut inzibati rayonu – Hadrut və Cəbrayıl rayonlarını əhatə edir. Mərkəzi Hadrut şəhəridir.
  4. Martakert inzibati rayonu – Ağdərə rayonu və Ağdam rayonunun bir hissəsini əhatə edir. Mərkəzi Ağdərə (Martakert) şəhəridir.
  5. Martuni inzibati rayonu – Xocavənd və Füzuli rayonlarını əhatə edir. Mərkəzi Xocavənd (Martuni) şəhəridir.
  6. Şaumyan inzibati rayonu – Kəlbəcər rayonu ərazisini əhatə edir. Mərkəzi Kəlbəcər (Karvaçar) şəhəridir.
  7. Şuşa inzibati rayonu – Şuşa şəhərini əhatə edir.
  8. Kaşatağ inzibati rayonu –Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edir. Mərkəzi Laçın (Berdzor) şəhəridir.

2013-cü ilin məlumatlarına əsasən, Qarabağda 146,6 min əhali yaşayır. İnzibati rayonlar üzrə göstəricilər aşağıdakı kimidir.

 

S/S İnzibati rayonlar Ərazisi

(kv.km)

Əhalisi

(min nəfər)

Əhalinin sıxlığı

(adam/kv.km)

1 Stepanakert 29.12 54.1 1858
2 Askeran 1191.40 17.9 15
3 Hadrut 1876.76 13.1 7
4 Martakert 1795.07 20.2 12
S/S İnzibati rayonlar Ərazisi

(kv.km)

Əhalisi

(min nəfər)

Əhalinin sıxlığı

(adam/kv.km)

5 Martuni 951.16 24.1 28
6 Şaumyan 1829.89 3.0 2
7 Şuşa 382.73 5.5 14
8 Kaşatağ 3376.57 8.7 3
Ümumi 11432.7 146.6 13

 

Stepanakert inzibati rayonu:

 

Rayon Xankəndi şəhərinin ərazisini əhatə edir. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtıdır. Paytaxt olduğu üçün bütün dövlət və hökumət binaları, xarici təşkilatların nümayəndəlikləri bu şəhərdə yerləşir.

 

Xankəndi şəhərinin strateji əhəmiyyətlərindən biri də odur ki, bütün yolların qovşağında yerləşir. Xankəndi-Goris-Yerevan, Xankəndi-Xocavənd, Xankəndi-Ağdərə, Xankəndi-Drmbon-Kəlbəcər, Şimal-Cənub avtomobil yolu kimi əhəmiyyətli yolların hamısı buradan keçir.

 

Xankəndi paytaxt şəhəri olduğundan iqtisadi göstəricilərinə görə digərlərindən fərqlənir. 2012-ci ildə bölgəyə qoyulan investisiyanın 74%-i (55.2 milyard dram, (133 milyon 980 min 582 ABŞ dolları)) Xankəndi şəhərinə yatırılıb.

 

Ölkə üzrə istehsalatın 49.7%-i, inşaat işlərinin 52.8%-i, ticarətin 77.2%-i, xidmətlərin 78.1%, kənd təsərrüfatının isə yalnız 1.6%-i Xankəndi şəhərinin payına düşür.

 

Məlumata əsasən, Xankəndi şəhərində 32 təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan ikisi dövlət universiteti, 3-ü özəl universitet, 14-ü orta məktəbdir. Qalanları isə uşaq bağçaları, musiqi və digər peşə məktəbləridir.  Şəhərdə 3 kitabxana fəaliyyət göstərir, hansı ki, 280 minlik kitab fonduna malikdir.

 

Xankəndi şəhərində 9 tibb müəssisəsi fəaliyyət göstərir ki, 2013-cü ilin statistikasına görə bu müəssisələrdə 269 həkim çalışır.

 

Məlumata əsasən, Xankəndi şəhərində əhalinin böyük əksəriyyəti işsizlikdən əziyyət çəkir. Gənc nəslin bir qismi Rusiya Federasiyasına yollanarkən, bunu etmək istəməyən və ya imkanı olmayan gənclər isə, məcburən hərbi sahəyə üz tuturlar. Mənbə bildirdi ki, Qarabağ rəhbərliyi məhz bilərəkdən yeni iş yerlərinin açılmasında bir o qədər də maraqlı deyil. Buna səbəb əhalinin yüksək maaş verilməsinə baxmayaraq 90-cı illərə nəzərən ordu sıralarından üz döndərməsidir. Qarabağ rəhbərliyi bu addımla hələki yerli əhalini  müqavilə əsasında hərbi xidmətə yönləndirərək şəxsi heyətlə bağlı problemini həll etməyə nail olur. Lakin, günü-gündən əhalinin ordudan uzaqlaşması fonunda, gələcəkdə Qarabağ ordusunun ciddi problemlərlə üzləşəcəyi qaçınılmazdır.

 

Məlumata əsasən, Qarabağ rəhbərliyi qondarma respublikanı tanıtmaq məqsədilə, Xankəndi şəhərinə turist cəlb etmək üçün, şəhərdə çoxlu sayda quruculuq işləri həyata keçirir. Beləki, yeni parklar salınır, hotellər tikilir. Xankəndi şəhərində 9 mehmanxana fəaliyyət göstərir və onlar aşağıdakı kimidir:

– 4 ulduzlu mehmanxanalar: “Europe”, “Vallex Garden”, “Armenia”, “Park

Hotel Artsakh”, “Erevan”;

– 3 ulduzlu: “Nairi”, “Avetis”;

– 2 ulduzlu: “Ani Paradise”, “Rafo yev Karine”.

 

Askeran inzibati rayonu: 

 

AskeranrayonXankəndi şəhəri yaxınlığında yerləşir. Rayonun ərazisi, Xocalı, Əsgəran və Ağdamın bir hissəsini əhatə edir.

 

Rayonda əsas inkişaf edən sahə kənd təsərrüfatıdır. Burada əsasən, taxıl və meyvə-tərəvəz yetişdirilir. Qarabağ bölgəsi üzrə, kənd təsərrüfatı məhsullarının beşdə bir hissəsi məhz bu rayonda yetişdirilir.

 

Məlumata əsasən, rayon iqtisadiyyatında sənaye sahələrindən əsasən yeyinti və içki sənayesi aparıcı yer tutur. Burada istehsal olunan məmulatlar Ermənistanda da satılır. Bundan əlavə, Ermənistan Respublikası Silahlı Qüvvələrində qida alışı üzrə keçirilən tenderlerdə Qarabağ şirkətlərinə də yer verilir ki, bu da onların daha da inkişaf etməsinə yol açır.

 

Əsgəran rayonunda azərbaycanlılara aid bir çox tarixi-mədəni abidələr mövcuddur. Ermənilər bu abidələri özününküləşdirmək məqsədilə, üzərində müxtəlif dəyişikliklər aparır, eləcə də, bölgədə saxta arxeoloji qazıntılar həyata keçirərək, bu torpaqların qədim erməni torpağı olduğuna dünya ictimaiyyətini inandırmağa çalışırlar. Məhz Əsgəran rayonuna qoyulan investisiyanın da, bir hissəsi bu istiqamətdə xərclənir. Ümumiyyətlə, rayona 2012-ci il ərzində 9.1 milyard dram (22 milyon 87 min 378 ABŞ dolları) investisiya (bölgəyə qoyulan ümumi vəsaitin 12.3%-i qədər) yatırılıb.

 

Hadrut inzibati rayonu:

 

Hadruti rayonu Qarabağın cənubunda yerləşir. Rayonun inzibati ərazisinə Hadrut və Cəbrayıl rayonları daxil edilib. Rayonda əsasən kənd təsərrüfatı, xüsusilə də, taxıl, meyvə-tərəvəz və ət məhsullarının istehsalı inkişaf edib. Digər rayonlarla müqayisədə rayona o qədər də, investisiya qoyulmayıb. Belə ki, 2012-ci ildə rayona 1,89 milyard dram (4 milyon 587 min 378 ABŞ dolları) (ümumi investisiyanın 2,5%-i)  investisiya yatırılıb. Bu da, bölgənin düzənlik ərazidə yerləşməsi və turist cəlb edəcək yerlərinin olmamasından qaynaqlanır.

 

Martakert inzibati rayonu:

 

Martakert rayonu Qarabağın şimal-şərqində yerləşir. Rayonun inzibati ərazisinə Martakert rayonu (Ağdərə) və Ağdam rayonunun bir hissəsi daxildir. Ermənilər üçün bu rayon ən mühüm bölgələrdən sayılır. Belə ki, ermənilərin qədimdən Qarabağda yaşadığını “sübut edən” abidələrin 40%-i məhz bu rayondadır. Bununla yanaşı, yeraltı və yerüstü zənginliklərin mövcudluğu bu rayona olan marağın artmasına səbəb olmuşdur. Belə ki, rayon qızıl, müxtəlif metal, tuf, bazalt və əhəng daşı yataqları ilə zəngindir.

 

Həmçinin Qarabağ meşələrinin yarısından çoxu Martakert rayonu ərazisindədir. Rayon ərazisindən Tərtər və Xaçın  kimi iki böyük çay axır ki, bu da kənd təsərrüfatının inkişafına öz təkanını verir.

 

Bundan başqa Tərtər çayı üzərindəki Sərsəng su elektrik stansiyası Qarabağdakı elektrik enerjisi istehsalının böyük qismini öz üzərinə götürüb.

 

Demək olar ki, Martakert rayonunda iqtisadiyyat hər sahə üzrə inkişaf edir. İnvestorların əsas marağı mədən sənayesinədir. Rayonun Drmbon yaşayış məntəqəsi qızıl və mis, Maqavuz isə kömür mədənləri ilə məşhurdur. Vallex şirkətlər qrupuna daxil olan, “Base Metals” QSC  rayonda əlvan metalların çıxarılması ilə məşğul olur.

 

Məlumata əsasən, rayonda inşaat sektoru üzrə də çox işlər aparılır. Beləki, tikinti işlərinə 2012-ci ildə 6 milyard dram maliyyə vəsaiti xərclənib.

 

Martakert rayonu sərhədləri daxilində yerli və xarici turistlərin diqqətini cəlb edən əsas yer Vank yaşayış məntəqəsidir. Rayonda “Eclectica” və “Morskoy Kamen” əsas mehmanxanalardandır.

 

Martuni inzibati rayonu:

 

Martuni rayonu Qarabağın cənub-şərqində yerləşir. Rayonun inzibati ərazisinə Martuni (Xocavənd) və Füzuli rayonlarının ərazisi daxildir.  Rayonda qranit, mərmər, əhəngdaşı və gil yataqları mövcuddur.

 

Ancaq, rayonda əsas inkişaf edən sahə kənd  təsərrüfatıdır. Beləki, Qarabağ bölgəsi üzrə, kənd təsərrüfatı məhsullarının dörddə biri bu rayonun payına düşür. Rayonda kənd təsərrüfatının inkişafı istiqamətində məqsədyönlü addımlar atılır. Əsasən, taxılçılıq və üzümçülük inkişaf edib. Qarabağda taxılın 21%-i, üzümün 79%-i bu rayonda yetişdirilir.

 

Üzümçülük və taxılçılıq əsas kənd təsərrüfatı sahələri olduğundan, rayonda təbii olaraq yeyinti və içki sənayesi də inkişaf etmişdir.

 

Rayon 2012-ci ildə 3,1 milyard dram (7 milyon 524 min 271 ABŞ dolları) investisiya cəlb edə bilmişdir ki, bu da ümumi məbləğin 4,2 faizini təşkil edir.

 

 

Şaumyan inzibati rayonu:

 

Şaumyan rayonu Qarabağ bölgəsinin şimalında yerləşir və Kəlbəcər rayonu ərazisini əhatə edir. Bölgə dağlıq relyefdə yerləşdiyindən məskunlaşma çox aşağı səviyyədədir. Beləki, Qarabağ əhalisinin cəmi 2%-i bu rayonda yaşayır.

 

Məskunlaşma az olduğundan təbii olaraq, rayonun bölgə iqtisadiyyatında payı da aşağıdır. Rayonun iqlim və relyef şərtləri, xırda buynuzlu heyvandarlıq və arıçılıq üçün daha əlverişlidir. Bu məqsədlə gələcək illərdə, rayonda bu  istiqamətdə inkişafı stimullaşdırmaq üçün  kreditlərin ayrılması planlaşdırlır.

 

Bölgədə İstisu kimi müalicəvi kurort mərkəzi olmasına baxmayaraq, indiyə qədər, həmin bölgəyə turist cəlb olunması istiqamətində müsbət nəticə əldə olunmamışdır. Kəlbəcərdə qızıl yataqları işlənsə də, buradakı istehsalatın həcmi və əldə olunan gəlirlər barədə konkret məlumat yoxdur.

 

Şuşa inzibati rayonu:

 

Şuşa rayonu, ən qədim yaşayış məntəqələrindən olan Şuşa şəhərini və ətraf kəndlərini əhatə edir. Gözəl dağ iqlimi və tarixi abidələri ilə məşhurdur. Rayonun ərazisi kiçik olduğundan bölgə iqtisadiyyatında payı o qədər də, yüksək deyil. Diasporanın diqqət mərkəzində olan Şuşa şəhərində aparılan işlərin əsas məqsədi, şəhərin infrastruktur problemlərini həll etmək, dağılan tarixi abidələri bərpa etmək, şəhərin köhnə məşhurluğunu özünə qaytarmaqla şəhərə turist axınını təmin etməkdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, inşaat və ticarətdir.

 

Şuşa şəhərində əsas mehmanxanalar  “Shushi Grand Hotel” və “Avan Shushi Plaza”dır.

 

Kaşatağ inzibati rayonu:

 

Qarabağ bölgəsinin qərbində yerləşən bu rayon Laçın, Qubadlı və Zəngilan rayonlarını özündə birləşdirir. Rayonun bölgə üçün strateji əhəmiyyəti çox böyükdür. Belə ki, Qarabağı Ermənistanla bağlayan yeganə avtomobil yolu hələ ki, bu rayondan keçir. Yol “Hayastan” erməni diasporları birliyi tərəfindən yüksək səviyyədə təmir olunub və 1998-ci ildə istifadəyə verilib.

 

Rayonun ərazisinin böyük hissəsi dağlıqdır. Əkinçilik üçün əlverişli yerlər yalnız çaykənarı dərələrdir. Rayonda əsas çaylar Həkəri və Araz çaylarıdır. Əhali əsasən, heyvandarlıqla məşğul olur. Qarabağ bölgəsi üzrə, kənd təsərrüfatı məhsullarının təxminən 20%-i bu rayonun payına düşür ki, bu da əsasən heyvandarlıqdan alınan nəticələr hesabınadır.

 

Suriya müharibəsi başlayandan sonra, bunu fürsət bilən ermənilər diasporanın dəstəyi ilə bölgədə məskunlaşmanı artırmaq üçün Suriyalı erməni ailələrinin əsasən Kaşatağ rayonuna köçürülməsini həyata keçirmişlər. Bu proseslər indi də davam edir.

 

Məlumata əsasən, Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olması, Qarabağda da öz nəticələrini hiss etdirməkdədir. Əhalinin ən birinci problemi işsizlikdir. Lakin, Qarabağı Ermənistandan fərqləndirən bir neçə nüans mövcuddur.

 

Beləki,  Ermənistan Respublikasının ən böyük siyasi məqsədlərindən biri, beynalxalq arenada Qarabağın erməni torpağı kimi tanınmasına nail olmaqdır. Bu məqsədlə, tanınmış şəxslərin Qarabağa səfərləri təşkil olunur. Bundan əlavə, bölgəyə turist cəlb etmək üçün, Qarabağa Ermənistan şəhərləri ilə nisbətdə daha çox investisiya qoyulur.

 

Qarabağı fərqləndirən digər bir cəhət, diaspora tərəfindən göstərilən dəstəkdir. Beləki, hər il ənənəvi olaraq dünya erməniləri tərəfindən təşkil olunan “TELETON” layihəsində toplanan vəsaitləri böyük hissəsi Qarabağdakı layihələrin həyata keçirilməsinə xərclənir. Məsələn, axırıncı dəfə 29 noyabr 2013-cü il tarixində keçirilən “TELETON”-da toplanan 22,6 milyon ABŞ dolları çox böyük strateji əhəmiyyətə malik olan Vardenis-Ağdərə avtomobil yolunun tikintisinə ayrılıb.

 

Qarabağın Ermənistana nisbətən üçüncü üstünlüyü isə, yeraltı və yerüstü zənginliyidir. Qiymətli metal mədənlərinin işlədilməsi, həm bölgəyə gəlir gətirir, həm də, əhalinin işlə təmin olunma imkanını artırır. Qarabağda iqlimin heyvandarlıq və əkinçilik üçün çox əlverişli olduğu bilinir. Yerli hökumət də bu fürsətdən yararlanmaq istəyir. Belə ki, Ermənistandan və xaricdən (əsasən Suriyadan) gələn ermənilərə, boş torpaq sahəsi, ev tikmək üçün tikinti materialları və heyvan almaq üçün münasib kreditlər təklif olunur. Bununla həm kənd təsərrüfatı inkişaf edir, həm də, bölgədə məskunlaşma çoxalır.

 

Separatçı Dağlıq Qarabağ Respublikasının iqtisadiyyatını üç başlıq altında analiz etmək olar:

1-    Sənaye sektoru

2-    Kənd təsərrüfatı

3-    İnşaat sektoru

 

Sənaye sektoru: 

 

Əldə olunmuş məlumata əsasən Dağlıq Qarabağda müxtəlif sahələrdə sənaye inkişaf edir. Bunlar əsasən, mədənçilik, toxuculuq, dəri sənayesi və qida məhsulları sənayesidir. Aşağıdakı qrafikdə, sənaye müəssisələrin 2014-cü ilin yanvar ayında qeyd olunan sənaye sahələri üzrə istehsal həcmləri əks olunub:

Sənaye sahələri Yanvar 2013

(milyon dram)

Yanvar 2014

(milyon dram)

Mədən sənayesi 582,6

(1 414 077 ABŞ dolları)

846,8

(2 055 339 ABŞ dolları)

              O cümlədən;
Dəmir filizi 528,0

(1 281 553 ABŞ dolları)

812,3

(1 971 601 ABŞ dolları)

Digər mədənlər 54,6

(132 524 ABŞ dolları)

34,5

(87 737 ABŞ dolları)

Emal sənayesi 1021,9

(2 480 339 ABŞ dolları)

1206,7

(2 928 883 ABŞ dolları)

              O cümlədən;
Qida sənayesi 744,4

(1 806 796 ABŞ dolları)

790,1

(1 917 718 ABŞ dolları)

İçki sənayesi 106,1

(257 524 ABŞ dolları)

163,6

(397 087 ABŞ dolları)

Toxuculuq sənayesi 0,0 1,5

(3 640 ABŞ dolları)

Xəz emalı və rənglənməsi 0,0 17,2

(41 747 ABŞ dolları)

Dəri ayaqqabı istehsalı 0,0 62,4

(151 456 ABŞ dolları)

Taxta emalı 29,4

(71 359 ABŞ dolları)

44,7

(108 495 ABŞ dolları)

Nəşriyyat, poliqrafiya 10,9

(26 456 ABŞ dolları)

8,8

(21 359 ABŞ dolları)

Plastmas istehsalı 0,0 5,7

(13 834 ABŞ dolları)

Qeyri-metal faydalı qazıntıların istehsalı 82,0

(199 029 ABŞ dolları)

64,2

(155 825 ABŞ dolları)

Hazır metal məhsullarının istehsalı 11,6

(28 155 ABŞ dolları)

16,9

(41 019 ABŞ dolları)

Xırda cihazların istehsalı 0,5

(1 213 ABŞ dolları)

1,2

(2 912 ABŞ dolları)

Elektrik avadanlıqlarının istehsalı 0,0 12,5

(30 339 ABŞ dolları)

Tibbi avadanlıqların istehsalı 0,4

(971 ABŞ dolları)

1,2

(2 912 ABŞ dolları)

Mebel avadanlıqları istehsalı 36,2

(87 864 ABŞ dolları)

16,7

(40 533 ABŞ dolları)

 

Kənd təsərrüfatı:

 

Sənayə sektorundan fərqli olaraqQarabağda kənd təsərrüfatının inkişafı bölgələr üzrə fərqlilik göstərir. Beləki, statistik məlumatlara nəzər saldıqda, əhalinin mal-qara və quşçuluq təsərrüfatına daha çox meyl etdiyini görmək mümkündür. Bunun da, əsas səbəbi əkinçilik üçün normal infrastrukturun olmamasıdır. Belə ki, suvarma kanallarının yoxluğu, kənd təsərrüfatı texnikalarının azlığı bu sahəyə olan marağı azaldır.

 

İri buynuzlu heyvan sayı (inək, donuz)
İnzibati rayonlar 2012-ci il

(ədəd)

2012-ci il

 (faizlə)

2013-cü il

(ədəd)

2013-cü il (faizlə)
Stepanakert 580 1.0 670 1.2
Askeran 10877 19.4 11312 19.6
Hadrut 7992 14.2 7761 13.4
Martakert 10295 18.3 10782 18.6
Martuni 10187 18.1 10904 18.8
Şaumyan 3508 6.2 3361 5.8
Şuşi 1051 1.9 1002 1.7
Kaşatağ 11754 20.9 12102 20.9
Ümumi 56244 100 57894 100
Xırda buynuzlu heyvan sayı (qoyun, keçi)
İnzibati rayonlar 2012-ci il

(ədəd)

2012-ci il

 (faizlə)

2013-cü il

(ədəd)

2013-cü il (faizlə)
Stepanakert 1600 1.6 680 0.6
Askeran 18562 19.1 22000 20.5
Hadrut 22929 23.6 19463 18.2
Martakert 14478 14.9 15140 14.1
Martuni 11779 12.1 13806 12.9
Şaumyan 2813 2.9 1638 1.5
Şuşi 846 0.9 1007 0.9
Kaşatağ 24146 24.9 33561 31.3
Ümumi 97153 100 107295 100
Quş sayı (toyuq, qaz, ördək)
İnzibati rayonlar 2012-ci il

(ədəd)

2012-ci il

 (faizlə)

2013-cü il

(ədəd)

2013-cü il (faizlə)
Stepanakert 51405 14.4 40250 11.6
Askeran 81487 22.8 70826 20.3
Hadrut 51643 14.4 43600 12.5
Martakert 52588 14.7 53973 15.5
Martuni 90954 25.4 112300 32.3
Şaumyan 5856 1.6 5089 1.5
İnzibati rayonlar 2012-ci il

(ədəd)

2012-ci il

 (faizlə)

2013-cü il

(ədəd)

2013-cü il (faizlə)
Şuşi 4815 1.3 4047 1.2
Kaşatağ 19185 5.4 17822 5.1
Ümumi 357933 100 347907 100
Ətlik mal-qara və quş istehsalı
İnzibati rayonlar 2012-ci il

(ədəd)

2012-ci il

 (faizlə)

2013-cü il

(ədəd)

2013-cü il (faizlə)
Stepanakert 1235.0 2.3 1518.0 2.2
Askeran 5872.0 10.9 8478.0 12.4
Hadrut 6026.6 11.2 7541.1 11.0
Martakert 11126.5 20.6 13680.5 20.0
Martuni 17882.6 33.1 20876.7 30.6
Şaumyan 2083.7 3.8 2479.0 3.6
Şuşi 1132.6 2.1 1526.5 2.2
Kaşatağ 8636.1 16.0 12195.0 17.9
Ümumi 53995.1 100 68294.8 100

 

Qarabağda inzibati rayonlar üzrə heyvandarlıq təsərrüfatına aid statistik məlumatlar aşağıdakı kimidir: Yuxarıda qeyd olunan rəqəmlər, bölgələrdə olan heyvan və quşların ümumi sayıdır. Təbii ki, bu rəqəmlər bizə kənd təsərrüfatının nə dərəcədə inkişafı barədə tam məlumat vermir. Aşağıdakı qrafik ət  və ət məhsullarının  istehsalı barədə göstəriciləri əks etdirir:

 

Yumurta istehsalı
İnzibati rayonlar 2012-ci il

(ədəd)

2012-ci il

 (faizlə)

2013-cü il

(ədəd)

2013-cü il (faizlə)
Stepanakert 8597.3 33.2 6756.8 22.8
Askeran 4531.0 17.5 5388.6 18.2
Hadrut 2634.5 10.2 3553.3 12.0
Martakert 3304.9 12.8 4010.0 13.5
Martuni 4547.7 17.6 7367.9 24.9
Şaumyan 487.1 1.9 555.4 1.9
Şuşi 355.4 1.4 390.0 1.3
Kaşatağ 1392.6 5.4 1573.3 5.3
Ümumi 25850 100 29595.3 100
Süd istehsalı
İnzibati rayonlar 2012-ci il

(ədəd)

2012-ci il

 (faizlə)

2013-cü il

(ədəd)

2013-cü il (faizlə)
Stepanakert 3360.0 0.9 3500.0 0.8
Askeran 80385.0 22.0 83500.0 19.9
Hadrut 47740.4 13.1 57955.0 13.8
Martakert 71947.0 19.7 80109.3 19.1
İnzibati rayonlar 2012-ci il

(ədəd)

2012-ci il

 (faizlə)

2013-cü il

(ədəd)

2013-cü il (faizlə)
Martuni 70871.9 19.4 80595.6 19.2
Şaumyan 21639.0 5.9 24105.0 5.8
Şuşi 7062.0 1.9 7723.6 1.8
Kaşatağ 6272.7 17.1 81380.4 19.4
Ümumi 365726.0 100 418868.9 100

 

İnşaat sektoru:

 

Qarabağda əhalinin məşğul olduğu üçüncü böyük sahə inşaat sektorudur. Diasporanın yardımları da nəzərə alınarsa, quruculuq işlərinin son illər intensivləşməsi bu sahədə işçiyə olan tələbi artırmışdır. Aşağıdakı qrafikdə 2013-cü ildə inşaat sektoruna xərclənən vəsaitin miqdarı göstərilib:

 

S/S Görülən işlərin maliyyə mənbəyi 2012-ci il

(milyon dram)

2013-cü il

(milyon dram)

1 Dövlət büdcəsi hesabına 14301.0

(34 711 ABŞ dolları)

14299.4

(34 707 281 ABŞ dolları)

2 Bələdiyyə büdcəsi hesabına 201.9

(490 048 ABŞ dolları)

123.0

(298 543 ABŞ dolları)

3 Büdcədənkənar vəsaitlər hesabına 2617.5

(6 353 155 ABŞ dolları)

1936.9

(4 701 213 ABŞ dolları)

4 “Artsax” İnvestisiya Fondunun vəsaitləri hesabına 2912.3

(7 068 689 ABŞ dolları)

241.2

(585 436 ABŞ dolları)

5 “Hayastan” erməni diasporları birliyi fondunun vəsaitləri hesabına 2628.2

(6 379 126 ABŞ dolları)

1732.0

(4 203 883 ABŞ dolları)

6 Digər xeyriyyə yardımları hesabına 67.0

(162 621 ABŞ dolları)

853.5

(2 071 601 ABŞ dolları)

7 Xarici investorların vəsaiti hesabına 6007.8

(14 582 038 ABŞ dolları)

8362.1

(20 296 359 ABŞ dolları)

8 Müxtəlif təşkilatların vəsaitləri hesabına 5475.7

(13 2888 836 ABŞ dolları)

7162.2

(17 383 980 ABŞ dolları)

9 Əhalinin şəxsi vəsaitləri hesabına 679.4

(1 649 029 ABŞ dolları)

651.1

(1 580 339 ABŞ dolları)

10 Digər vəsaitlər hesabına 2999.5

(7 280 339 ABŞ dolları)

3508.5

(8 515 776 ABŞ dolları)

Ümumi 37890.3

(91 966 747 ABŞ dolları)

38869.9

(94 344 417 ABŞ dolları)

 

Məlumata əsasən, Erməni Diaspor Təşkilatları Qarabağda müvəqqəti yardımlarda deyil, problemlərin köklü həllində maraqlıdır.  Təcrübəli ekspertlər vasitəsilə, bölgənin problemləri analiz edilir və Ermənistandan fərqli olaraq edilən yardımlar birbaşa problemlərin həllinə istiqamətlənir.

 

Qarabağa və Ermənistaana 25 diaspor təşkilatı maliyyə yardımı göstərir və bu 25 diaspor təşkilatı “Hayastan-ümüm ermənilərin fondu” adı altında birləşiblər. Bu təşkilatlar aşağıdakılardır:

 

S/S Diaspor təşkilatı Başçısı Ünvan Telefon
Amerika

“Qərb bölgəsi”

Andranik Bağdasaryan 111 North Jackson st. #205, Glendale, CA 91206, USA 00-1-818-243-72-22
Amerika

“Şərq bölgəsi”

Xoren Bandazyan 80 Maiden Lane, #301 Neə York, NY 10038, USA 00-1-212-689-53-07
Kanada “Toronto” Mkrtiç Mkrtiçyan 280 Sheppard Avenue East, Suite 215, Ontario, M2N 3B1, Canada 0-416-332-07-87
Kanada “Montreal” Andranik Şirinyan 3742 boul. Levesque Ouest, Suite 106 Laval, Quebec H7V 1E8 0-450-687-58-61
Braziliya Levon Mosdiçyan Alameda Santos, 1496- 8th floor, Sao Paulo 00-5511-326-236-20
Uruqvay Hakop Kelenciyan 00-598-99-616-288
Argentina

“Boynes Ayres”

Yorge Murekyan Armenia 1353, 1414 Bounes Aires 00-54-11-431-28-000
Argentina

“Kordoba”

Yorge Murekyan 00-54-11-431-28-000
Böyük Britaniya Armine Karapeti İverna Gardens, Kensington, London Ə8 6TP 00-44-208-993-22-66
Hollandiya Sepoyan Sipaan Het Schol 17, 7608 DT Almelo 00-31-546-860-123
Fransa Petros Terziyan B.P. 12, 75660 Paris, Cedex 14 00-331-48-83-51-06
İsveç Karen Ohancanyan P.O. Box 25107, 75025 Uppsala 00-4618-40-46-79
Almaniya Gilbert Mumcyan Forstrtrasse 10,

85521 Riemerling,

00-49-89-670-41-81
İsveçrə Avetis Kızıryan 2 Chemin Luilin, 1256 Troinex, Geneva 00-4121-728-51-61
İtaliya Baykar Sivazliyan Universita degli Studi di Milano Piazza Sant` Alessandro, 1

20121 Milano

00-39-3296-629-650
S/S Diaspor təşkilatı Başçısı Ünvan Telefon
Avstriya Harutunyan və Tahmasyan Kolonitzgasse 11, Armenianplatz,

A-1030 Əien

00-43-1-505-41-47
Rusiya Hrant Poğosyan Tverskaya-Yamskaya 13-55, Moskva, 125047 00-7-499-250-78-21
Rumıniya Karapet Xaçatryan 00-40-72-666-68-27
Yunanıstan Vaçe Ter Karapetyan 30 Lamias Street, Palia Kokkinia, Piraeus 18542 00-30210-490-78-67
Suriya Hrayr Muradyan —- —-
Livan Sarkis Armenyan P.O. Box 11-0769 Riad El-Solh, Beyrut  00-961-1-265-040
Kipr Sebuh Aram Davidyan
İran Arin Karimyan 00-98-912-307-87-98
Avstraliya Ağan Balyozyan P.O. Box 694 Chatsəood, N.S.Ə. Avstraliya 2067 00-612-94-19-80-56
Ermənistan Ara Vardanyan Hökumət binası 3, Yerevan 0010 00-374-410-52-09-40

 

Məlumata əsasən, diaspora tərəfindən edilən yardımların 2006-cı ildən etibarən daha təşkilatlanmış səviyyədə aparıldığı müşahidə olunur. Belə ki, 2006-cı ildən “Arsaxın yenidən doğuşu” layihəsinə start verilib. Bu layihə aşağıda qeyd olunan istiqamətlərə yönəlib.

təhsil;

– səhiyyə;

– kənd təsərrüfatı;

– içməli su;

– yollar.

 

Görülən işlərə nəzər yetirdikdə, bütün işlərin bu layihəyə əsasən həyata keçirildiyini görmək mümkündür.

 

Ekspertlərin müşahidələrinə əsasən, Qarabağ torpaqları kənd təsərrüfatı üçün əlverişli olsa da, südün 70%-i, yağın 80%, kartof, meyvə və tərəvəzin 80%-i, ətin 50%-i idxal olunmaqdadır. Bu nəticələr, bölgənin mövcud imkanlarından tam istifadə olunmadığını bir daha sübut edir. Layihənin də hədəfi, insanların sağlamlığını və təhsilini təmin etməklə yanaşı, Qarabağ üçün yaxın gələcəkdə ən əlverişli sahə olan kənd təsərrüfatını inkişaf etdirməkdir.

 

Məlumata əsasən, qeyd olunan layihəyə Martakert (Ağdərə) rayonundan start verilib. Fermerlər kənd təsərrüfatı texnikaları ilə təmin olunub və fermerlərin kollektivləşərək daha böyük layihələri həyata keçirmələrinə dəstək verilib. Layihəyə başda Amerika erməniləri olmaqla, 18 erməni diaspor təşkilatı dəstək verir.

 

Avtomobil yolları: Diasporun köməkliyi ilə ilkin mərhələdə Ermənistanla Qarabağı bağlayan Goris-Xankəndi yolu təmir edilmişdir. Növbəti mərhələdə isə, Qarabağın daxilində şəhərləri bir-biri ilə əlaqələndirən Şimal-Cənub avtomobil yolu inşa olunmuşdur.

 

Hal-hazırda isə, Ermənistanla Qarabağın şimal rayonlarını yaxınlaşdıran Vardenis-Martakert yolu üzərində iş aparılır. Bu avtomobil yolu ilə, Ermənistanla Qarabağ arasında alternativ yol yaranmış olur. Müharibə vəziyyətində olan bölgə üçün, çox böyük strateji əhəmiyyətə malik olan bu yol həm də, iqtisadi cəhətdən bölgənin inkişafına töhfə verəcək. 96,7 km uzunluğunda olan yol üzərində 16 ədəd də körpü salınacaq. 2016-cı ildə Vardenis-Martakert yolunun istifadəyə tam hazır olacağı planlaşdırılıb. Həmin bu yol yaxınlığında yerləşən rayonlarda iqtisadi cəhətdən yüksəliş olacağı gözlənilir. Belə ki, kəndlilər öz məhsullarını daha rahat bazara çıxaracaq və eləcə də, bölgəyə turistlər də cəlb oluna biləcək. Tək bu layihənin hesabına qondarma Dağlıq Qarabağ Respublikasının ÜDM-nin 2020-ci ildə ikiqat qalxacağı proqnozlaşdırılır.

 

Mənbə bildirir ki, açıq şəkildə ifadə olunmasa da, bu avtomobil yolun əsas məqsədlərindən biri də, Martakert və Kəlbəcərdə olan qızıl və digər qiymətli metalları daha rahat üsulla, Ermənistana, oradan da beynəlxalq bazara çıxarmaqdır. Belə ki, oradakı mədənlərə əsas investisiyaları diasporadan olan şəxslər qoyub və bu şəxslər öz investisiyalarını batırmamaq üçün bu yolu çəkməyə məcburdurlar.

 

“Şuşanı qoru” layihəsi: 2010-cu ildə Şuşa şəhərində başladılan çox geniş bir layihədir. Bu layihə şəhərin tarixi məşhurluğunu özünə qaytarmaqla yanaşı, şəhər əhalisinin yaşayış standartlarını yüksəltməyə imkan verir. Bu layihə çərçivəsində, məktəblər, xəstəxanalar, muzeylər, parklar təmir edilir. Xırda sahibkarlıq fəaliyyətlərinə də, dəstək verməklə əhalinin işlə təmin olunması planlaşdırılıb. Layihə “Amerika Erməni Fondu” tərəfindən maliyyələşdirilir. Layihədə görülən işlər və çəkilən xərclər aşağıdakı cədvəldə qeyd olunub.

 

Layihə Ayrılan vəsait

(ABŞ dolları)

İki məktəbdə idman sahələrinin tikintisi 97.000
Səkkiz binanın dam örtüyünün yenilənməsi 450.000
Layihə Ayrılan vəsait

(ABŞ dolları)

3 park və 9 fəvvarənin tikintisi 329.000
Şuşa dövlət kitabxanasının təmiri 200.000
Yeni xəstəxananın tikintisi 1.000.000
Xalçaçılığın inkişafına dəstək 329.000
Şuşanın daxili və ətraf kəndlərlə bağlantı yollarının təmiri 494.000
Şuşanın ətraf kəndlərində təcili tibbi yardım mərkəzlərinin inşası 288.000
Şuşa ətrafı kəndlərdə düşərgə və istirahət mərkəzlərinin inşası 907.000
Şuşa ətrafı kəndlərdə məktəblərin istilik sistemləri ilə təchizi 192.000
Şuşa ətrafı kəndlərdə toplantı salonlarının inşası 302.000
İçməli su anbarının tikintisi və evlərə çatdırılması xidməti 2.529.000
Şəhər daxilində və ətraf kəndlərdə xırda sahibkarlığa dəstək 1.000.000

 

Stepanakert (Xankəndi) poliklinikası və diaqnostika mərkəzinin tikintisi: 2005-ci ildə tikintisinə başlanılıb və hal-hazırda istifadədədir. Poliklinikada, tibbin əksər sahələrinə aid müasir standartlara uyğun müayinə otaqları, laboratoriyalar və tibbi ləvazımatlar mövcuddur. Layihəyə 2 milyon ABŞ dolları vəsait xərclənib. Layihənin sponsorları Amerikada yaşayan fərdi şəxslərdir. Belə ki, 950 min dollar George Paqumyan, 400 min dollar isə Hrayr Hovnanyan tərəfindən bağışlanmışdır.

 

Martuni (Xocavənd) regional xəstəxanası: Layihə həyata keçirilməzdən qabaq, bölgə əhalisi ən xırda xəstəlik hallarında belə, Xankəndi şəhərinə üz tutmağa məcbur olurdu. Bu xəstəxana da, çox müasir tibbi ləvazımatlarla təchiz olunub. “Amerika Erməni Fondu”, “Erməni Tibb Fondu” və “Qarabağ hökumətinin” birgə dəstəyi ilə həyata keçirilib. Layihənin həyata keçirilməsi üçün, 1,2 milyon ABŞ dolları vəsait xərclənib.

 

2009-cu ildə isə Xankəndi Respublika Xəstəxanasının tikintisinə başlanılıb və 2013-cü ildə istifadəyə verilib. Xəstəxana bölgədə ən böyük xəstəxanadır və çox müasir avadanlıqlarla təchiz olunub. Layihənin həyata keçirilməsi üçün TELETON-2009-da toplanan vəsaitdən 4 milyard dram ayrılmışdır.

 

Su təminatı: Qarabağda son illərə qədər ən böyük problemlərdən biri də içməli su problemi olmuşdur. Çay və kanalların suları təmizlənmədən içildiyi üçün müxtəlif mədə-bağırsaq xəstəlikləri artmışdır. Ancaq, bu sahədə də diasporanın dəstəyi ilə mühüm addımlar atılmışdır. Kəlbəcərin Nadirxanlı (Nor Getaşen) yaşayış məntəqəsində 2006-cı ildən etibarən artıq kənd sakinləri evlərinə qədər gələn içməli sulardan istifadə edirlər. Layihə Amerika erməniləri tərəfindən maliyyələşdirilib.

 

Şuşanın Karintak yaşayış məntəqəsində də içməli su layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində 5 km uzunluğunda su şəbəkəsi qurulmuş və 40 ev içməli su ilə təmin olunmuşdur.  Layihəyə 158 milyon dram (383 min 495 ABŞ dolları) vəsait xərclənmişdir. Layihənin sponsorları Yunanıstan, Argentina, Uruqvay və Kiprdə yaşayan ermənilərdir.

 

Kəlbəcər şəhərində də içməli su probleminin həlli istiqamətində işlər görülmüşdür. İçməli su şəbəkəsi 120 evi su ilə təmin edir. Layihəyə 162,5 milyon dram (394 min 417 ABŞ dolları) vəsait xərclənmişdir. Layihə Fransa və Argentina erməniləri tərəfindən maliyyələşdirilmişdir.

 

Dağlıq Qarabağda son 5 ildə həyata keçirilən su təminatı layihələri bunlardır:

 

S/S Həyata  keçirildiyi yer Ayrılan maliyyə vəsaiti Sponsorluq edən diasporlar
Getavan y.m. (Martakert) 81,5 milyon dram

(197 815 ABŞ dolları)

Fransa
Madataşen y.m. (Askeran) 45,5 milyon dram

(110 436 ABŞ dolları)

Fransa
Harav y.m. (Askeran) 59,2 milyon dram

(143 689 ABŞ dolları)

Argentina, Braziliya
Sargisaşen y.m.(Martuni) 57,4 milyon dram

(139 320 ABŞ dolları)

Livan
Karnir Şukay.m.(Martuni) 254,5 milyon dram

(617 718 ABŞ dolları)

Amerika
Çapar y.m. (Martakert) 25,2 milyon dram

(61 165 ABŞ dolları)

Teleton 2010
Uxtadzor y.m.(Hadrut) 25 milyon dram

(60 680 ABŞ dolları)

Fransa
Vank y.m.(Martakert) 31 milyon dram

(75 242 ABŞ dolları)

Teleton 2011
Varnkatağ y.m.(Martakert) 35,7 milyon dram

(86 650 ABŞ dolları)

Fransa
Hartaşen y.m.(Hadrut) 33 milyon dram

(80 097 ABŞ dolları)

Fransa
Şuşa y.m. 330,3 milyon dram

(801 669 ABŞ dolları)

Teleton 2009
Xankəndi y.m. 850,1 milyon dram

(2 063 349 ABŞ dolları)

Teleton 2010
Xocavənd şəhəri 1 milyard dram

(2 427 184 ABŞ dolları)

Teleton 2010
Laçın şəhəri 190,8 milyon dram

(463 106 ABŞ dolları)

Teleton 2010
Avetaranoc y.m.(Askeran) 153,6 milyon dram

(372 815 ABŞ dolları)

Fransa
Noraqyuğ y.m.(Askeran) 237 milyon dram

(575 242 ABŞ dolları)

Fransa
Əsgəran şəhəri 208 milyon dram

(504 854 ABŞ dolları)

Fransa
Şoş y.m.(Martuni) 188,4 milyon dram

(457 281 ABŞ dolları)

Fransa
Hadrut şəhəri 450 milyon dram

(1 092 233 ABŞ dolları)

Fransa

 

 

Yetimlər fondu: Qarabağ müharibəsində ölən şəxslərin övladlarına yardım etmək üçün yaradılıb. Hal-hazırda 8000 müharibə iştirakçısının övladı hər ay fonddan 20.000 dram (48 ABŞ dolları) məbləğində yardım alır.

 

“Sinif sponsoru” layihəsi: Amerika Erməniləri Fondu bütün şəxslərin iştirak edə biləcəyi layihə ortaya qoyub. Məqsəd bütün şəxslərin Qarabağın inkişafına yardım etməsində iştirakını təmin etməkdir. Beləki, hər bir şəxs 2000 ABŞ dolları ödəməklə Qarabağda bir məktəb sinfinin sponsoru ola bilər. Həmin vəsaitlə sinfin mebel əşyaları tamamilə təzələnir, sinif üçün lazımi ləvazimatlar alınır və sinfə sponsorun adı verilir.

 

 

Telman Qasımov

 

 

“KarabakhİNFO.com”

14.07.2014 10:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*