Azərbaycanca

Qondarma “erməni – hay tarixçiləri” Aqafangel və Favstos Buzand

03.10.2013 | 12:38

1380789086_bezym5Bu gün bəzi tarixi mövzularda əsərlər yazan bir çox tədqiqatçılar tez-tez “erməni tarixçi”lərinin əsərlərinə istinad edir, onlardan bol-bol sitatlar gətirirlər. Lakin çox az adama məlumdur ki, Sovet dövrünə qədər onların böyük əksəriyyəti ermənilərin heç özünə də məlum deyildi. Bu “erməni tarixçi”lərin birdən-birə ortaya çıxması və əsərlərinin məşhurlaşması əsasən sovet dövründən sonraya təsadüf edir. Kimdir onlar? Bu suala cavab vermək üçün Aqafangeldən başlayaq.

 

Bu şəxs “erməni tarixçi”ləri içərisində ən qədimi və ilki hesab edilir. Onun əsəri Armeniya (Ərməniyyə) adlı dövlətdə IV əsrdə baş vermiş hadisələrdən, o cümlədən bu ölkəyə uzun əsrlər başçılıq etmiş Türk-Arsaq sülaləsinə mənsub Xosrov şahdan (217-252) və Trdat şahdan (298-330), bunlardan birincisinin ilk fars-Sasani şahı Ərdəşirlə müharibəsindən, Ərdəşirin Arsaklar sülaləsindən olan V Ərdəbana (Artabana) qalib gələrək indiki İran torpaqlarını ələ keçirməsindən, Trdatın Romaya hücumundan və s. danışır. “Armeniya tarixi” adı ilə tanıdılan bu əsərdə Müqəddəs Qriqori (Qriqori Lusavoriç), eləcə də bakirə Efrosiniya (Rapsime) və rəfiqələrinin din yolunda çəkdikləri əzablarından söhbət açılır (1, 10; 2).

 

Lakin sözügedən əsərin müəllifi gerçəkdənmi Aqafangeldir və o gerçəkdənmi erməni, daha doğrusu haydırmı?

 

Bu suala bəri başdan çəkinmədən “yox” demək lazımdır. Çünki bu kitabın “Ön söz”ündə belə yazılıb:

 

“… Yanıma  əslən Böyük Roma şəhərindən olan Aqafanqelos gəldi. O bizim ölkənin tarixi, Roma-yunan elmi və yazı yazmaq sənətindən xəbərdar idi. O, bütün əcdadlarndan daha cəsur və şöhrətli olan Trdatın dövründə Arsakların sarayına gəldi… Və o bizə salnamə yazmağı əmr etdi…

 

Mənə əmr gələn kimi, mən salnaməçilər qarşısında ilk öncə ölkəmiz və cəsur Xosrovun qəhrəmanlıqları… və Trdatın hörmətə layiq igidlikəri barədə yazmaq şərtini qoydum” (3, 164).

 

Bu “Ön söz”dən göründüyü kimi, sözügedən kitabı təkcə Aqafangel trəfindən deyil, salnaməçilər qrupu tərəfindən qəlmə alınıb. Salnaməçilərin başçısı tamam başqa adamdır. O, özü barədə I şəxsin, Aqfangel barədə isə III şəxsin təkində danışır. Hətta kitabı ermənilərin (hayların) iddia etdiyi kimi (4, 5; 5; 6, 51; 7), Aqafangel yazmış olsa belə, o, bir erməni-hay yox, əslən Romadan olan bir yunandır.Qondarma “erməni - hay tarixçiləri” Aqafangel və Favstos Buzand

 

Sözügedən kitabın ətrafında bir çox müəmmalar mövcuddur. 1902-ci ildə Misirdə,  Sinay yarımadasındakı bir monastırdan onun ərəb dilində tərcüməsini tapan və rus dilinə çevirərək nəşr etdirən akademik N.Marr yazır:

 

“İlk dəfə nəşr edilən mətn süjetin qədim işlənməsi deyil. Bununla belə, orada biz elə bir dövrün redaksiyası ilə üz-üzəyik ki, o, çoxdan keçmişdə qalıb və öz vətənində unudulub. Onunla birlikdə özünəməxsus redaktə də itib. O, indi yalnız ərəb dilinə tərcümədə qalıb” (2, 159).

 

Deməli, bu kitabın erməni-hay dilində izi-tozu belə yoxdur. Bizim rus dili vasitəsi tanış olduğumuz mətnlər (8) isə ərəbcədən rus dilinə tərcümədən başqa bir şey deyil. Bəs, bu kitabın orijinalı hansı dildə olub? Yəni doğrudanmı Armeniyanın Türk – Arsak sülaləsindən olan hökmdarı bu kitabı öz qullarının – ermənilərin dilində yazdırmışdı?

 

N. Marrın ehtimalına görə, əsərin ilk redaktəsi yunan dilində olub və suriyalı Qeorq da məhz ondan istifadə edib, sonra isə bu variant itib. Əsərin erməni dilindəki redaktəsi isə yalnız VIII əsrdə peyda olub (2, 182). Fəqət onun hansı erməni redaktəsindən danışdığı belə də məlum olmur. Çünki bu əsərin XIX əsrdə erməni, yəni hay dilinə tərcümə olunduğu məlumdur.

 

Kitabın orijinalının hansı dildə olduğunu, yəni Trdatın onu hansı dildə yazdırdığını necə öyrənmək olar və ümumiyyətlə öyrənmək olarmı? Bu suala tam müsbət cavab vermək olar. Çünki onun orijinalı günümüzədək yetişmişdir və o, türkcə, daha dəqiq desək, alban türkcəsində, başqa sözlə, qıpçaq-qarqar dilindədir. Həmin dildə olan mətnlərdən birinin bir hissəsini – bakirə Efrosiniya (Rapsime) və rəfiqələrinin din yolunda çəkdikləri əzablarından söhbət açlan hissədən kiçik bir fraqmenti sevgidəyər oxucularımıza olduğu kimi, tərcüməsiz təqdim edirik:

 

“Zamanпnda Kiçi Teotos padşahnınq bar edi bir xoca kimesə da Tenqridən xorxkan, da atı anınq Bafnadios edi, da Aleksandriya şəhərindən edi. Da bar edi anın bir xızı on eki yaşında, da ol xıznınq atı Eprosine edi, da övrənip edi kendin Tenqrininq xorxusu tibinə oruç tutma da alğış etmə. Da Eprosine boldu yaxşı xılıxka, da tiparı asrı körklü edi. Da bir yaxşı kimsə da belgili biy klədi bu xıznı kelin etmə kendi oğluna. Da xıznınq atası da biyəndi igitkə da klədi xızın nışanlama. Da Eprosine umsasın Tenqridə tuttu, da Tenqrininq xorxusun yürəkinə aldı, da kləmədi bu dünyəninq kiri bilə boynun kirlətməgə, yoxsa saxladı boynun kendininq aruvlux bilə da Krisdoska klədi kelin bolma.

 

Da bir kün ündədilər Eprosineninq atasın Pafnadiosnu vankka uxdka. Da bardп Bafnadios ol vankka da turdu anda üç kün, da anda fərəhlik etti hapeğalar bilə. Da Eprosine atasınınq ketkənindən sonqra vankka yaşırtın saçların xırxtı, da er kisi kiyinişi kiydi, da aldı birgəsinə beş yüz xızıl frol. Da xaçan ki sezdi atasınınq kelgənin vanktan övgə, olturdu Eprosine kemigə da ketti özgə yol bilə vankka, zera ayttı kendi esində:

 

Qondarma “erməni - hay tarixçiləri” Aqafangel və Favstos Buzand«Egər barsam gusanqlar vankına, kelip tapar meni atam menim da küçlük bilə çıxarır meni vanktan ol kiyövlük üçün, xaysı ki söz beriptir…».

 

Yuxarıda qeyd etdik ki, “Armeniya tarixi” adı ilə tanınan, fəqət əsl adının əslində nə olduğu bilinməyən bu əsərdə Müqəddəs Qriqoridən (Qriqori Lusavoriçdən) də söhbət açılır. Kitabın bu hissəsi də dövrümüzə eyni dildə, yəni orijinalın dilində ulaşmışdır və həmin hissədən bir fraqmenti də tərcüməsiz təqdim etməyi lazım bilirik. Məlumat üçün bildirək ki, qriqoryanlığın əsasını qoymuş Müqəddəs Qriqori (Qriqori Lusavoriç) də eynən Trdat kimi Türk-Arsaklar sülaləsindən olub. Onun atası Anak fars şahının təhriki ilə öz soylusu Xosrov şahı qətlə yetiribdir. Bununla belə,  şahlıq taxtına oturmağı bacaran Trdat nəinki qisas almaq barədə düşünmüş və Müqəddəs Qriqorini öz ölkəsinə dəvət edərək ona çox xoş münasibət bəsləmişdir.

 

Təqdim etmək istədiyimiz fraqment budur:

 

“Bir kün surp Krikor Lusavoriç yüriyir edi Sebuğ tağqa da kes-kenetə esindən keçirdi ki, ne bolпyпrlar adam oğlanlarınınq canları, ya xayda barıyırlar, ya xayda tınıyırlar ölümdən sonqra. Surp Krikor, Lusavoriç ermenilikninq, xırx kün oruç tuttu da xırx keçə, ne yedi, ne içti, xoldu Tenqridдn da ayttп:

 

«Ey Eyəm da Tenqri barçanınq, yeber mamqa friştənqni ki, bildirgəy manqa yerlərin yazıxsızlarnınq. Ya xayda eltiyir, xaçan alıyır, canın? Ya ne türlüdür yolları alarnınq alnına? Ya nadir uruşu eski duşmannınq türlü-türlü xaramuluxta, kelgəni friştnqninq yazıxlınınq canınnnq utru, da yaman cuvap bergəni bilə: «Ketərinqiz keri»,– da toğrularğa aytsarlar: «Kel, yaxşı da inamlı xulum, kir sövünçlükünə Eyənqninq kendininq»?

Andan sonqra berdi Eyəmiz bizim kendininq friştəsin anqar ki, keldi, ayttı:

 

– Oşta yeberdi  Eyəmiz meni sanqa. Hali ne xolıyırsen?

 

Surp Krikor ayttı friştəgə:

 

– Xaçan alsanq canın yazıxlınınq da yazıxsıznınq, xayda eltiyirsen?

 

Friştə ayttı:

 

 

– Xaçan alsam toğrununq canın, ol sahat sezər haybatın da hürmətin kendininq, ol türlü yazıxlı bilir xıyının da xaranğusun kendininq…”

 

Təqdim etdiyimiz fraqmentlər tam həcmdə mövcuddur  və hazırda Avstriyann paytaxtı Vyanada qorunan 536-cı nömrəli əlyazmadadır (9, 246 – 268). Eyni əsərin fraqmentlərinə başqa albandilli əlyazmalarda da rast gəlinir. Əlyazmaların dil xüsusiyyətləri onun X-XI əsrə aid olduğunu və hansısa daha qədim əlyazmalar əsasında yazıldığını söyləməyə əsas verir. Mövcud əlyazmalar isə XVI əsrə aiddir. Əsər erməni-hay dilinə XIX əsrdə tərcümə edilmiş və ayrı-ayrı vaxtlarda İstanbul, Venesiya və Tiflisdə çap edilmişdir. Ən qədim nəşr 1709-cu ilə aiddir (1. 13) və o, alban dilindədir.

 

Ermənilərin bütün dünyaya böyük erməni tarixçisi kimi və “Favst Buzandatsi” adı ilə tanıtmağa çalışdıqları (və edə bildikləri) Favst Buzandın adının ikinci hissəsi onun bizanslı olduğunu göstərir. L. Теr-Mkrtiçyan yazır:

 

“Armeniya tarixi”nin müəllifi Favstos Buzandın şəxsiyyəti sələfi Aqafangelinkindən az müammalı deyil. O, yunanmı, ermənimi, suriyalımı olub? Favtosun “Armeniya tarixi” erməni dilindəmi yazılıb, yoxsa yunan dilindən tərcümə edilib?” (1. 14).

 

“V əsr erməni tarixçisi” Lazar Prapetsi açıq-aydın şəkildə Favstosun bizanslı olduğunu yazıb. Buna baxmayaraq, ermənilər onu “erməni tarixçi”si kimi qələmə verir və Azərbaycan elmi ədəbiyyatında da bu, yanlış olaraq belə qəbul edilib. Məsələn, M. Abeqyan utanıb-qızarmadan yazır:

 

“Bu gün tam əminliklə demək olar ki, Favstosun “Armeniya tarixi” V əsrin II yarısında erməni patriotizmi ruhunun daşıyıcısı olan bir erməni tərəfindən və erməni dilində yazılıb” (7, 106).Qondarma “erməni - hay tarixçiləri” Aqafangel və Favstos Buzand

 

Favst Buzandın kitabının dövrümüzədək 6 fslindən yalnız son dördü yetişib. Birinci iki fəsil və kitabın adı barədə heç bir dəqiq məlumat yoxdur. O, Armeniyada hakimiyyətdə olan türk əsilli Arsak hökmdarlarına, bu ölkənin Sasanilərlə müharibələrinə başçılq etmiş türk əsilli Mamiqun nəslinin nümayəndələrinə, eləcə də Orta Asiya türklərinin Sasanilərlə savaşlarına həsr olunub. Burada Albaniya barədə də geniş məlumatlar bulunmaqdadır. Əsərin adı dəqiq məlum olmasa da, mənbələrdə ondan sadəcə “Tarix” kimi bəhs edilsə də o bütün dünyaya “Armeniya tarixi” kimi tanıdılır. Təbii ki, müəllifin də erməni olduğu fikri aşılanır.

 

Əsər erməni dilinə  XIX əsrdə tərcümə edilib. İlk dəfə 1730-cu ildə İstanbulda çap edilən əsər 1832-ci ildə Venesiyada, 1983-cü ildə Peterburqda, 1912-ci ildə Tiflisdə çap olunub. Onun da orijinalının türk, yəni alban dilində olma ehtimalı çox böyükdür. Bunu öyrənmək üçün sözügedən nəşrləri ələ gətirmək və yazıldığı əlifbaya fikir verməmək lazımdır. Çünki Mesrop Maştotsun ermənilərə və albanlara düzəltdiyi əlifbalar eyni işarələrdən ibarətdir və çoxları bundan xəbərsiz olduğu, hərfləri tanımadığı üçün oxuya bilmədiyi alban mətnlərini erməni mətnləri hesab edir. Ermənilər də bundan yararlanaraq, həm türkdilli (Mxitar Qoş, Vardaprt Vanakan, katalikos Nerses, Yovhannes Sarğavak, Kirakos Gəncəli və s.), həm də tatdilli (Musa Kağankatlı və s.) alban mətnlərini ermənidilli mətnlər kimi təqdim edərək, gözə kül üfürürlər. Tatdilli alban mətnlərinin, o cümlədən Qarabağ və Zəngəzurdakı yazılı abidələrin dilini qədim erməni dili (qrabar) kimi tanıdırlar.  Qəbələnin Corlu, Mirzəbəyli, Soltan-Nuxa, Tovuzun Gilzan kəndləri yaxınlıqlarındakı alban qəbristanlıqlarında bulunan çoxsaylı albandilli (türkdilli)  kitabələrindən isə türkdilli ermənilərin abidələri kimi söz açırlar. Həmin qəbristanlıqlardakı qəbir daşlarından yalnız XX əsrə aid olanlar erməni-Hay dilindədir. Çünki o dövrdə xristian albanlar artıq erməniləşmişdilər. XIX əsrə və daha qədim dövrlərə aid qəbirlərin üstündəki yazılarn hamısı albanca, yəni qıpçaq türkcəsindədir.

 

 

Bəxtiyar Tuncay

 

“KarabakhİNFO.com”

 

 

 

 

İstifadə olunmuş ədəbiyyatlar

 

  1. Л. Тер-Мкртичян. Армянские источники о Средней Азии, вв. Институт Востоковедения, АН СССР, Москва, “Наука”, 1979.
  2. Н. Марр. Крещение армян, грузин, абхазов и аланов святым Григорием (арабская версия). СПб., 1905.
  3. Б. Г. Гафуров. Таджики. Древнейшая, древняя и средневековая история. М., 1972.
  4. А. Н. Тер-Гевондян. Новая арабская редакция Агафангела.
  5. А. А. Анасян. Армянская библиология. V-ХVI11 вв. Ер., 1959.
  6. С. С. Аревшатян. Формирование философской науки в Древней Армении (V-VI вв.).
  7. М. Абегян. История древнеармянской литературы. Ер., 1975..
  8. Агафангел. История Армении, Тифлис, 1909.
  9. Александр Гаркавец. Кыпчакское письменное наследие. Том I. Алматы, Дешт_и_Кыпчак, 2002.

 

 

 

– See more at: http://karabakhinfo.com/arasdirma/2020-qondarma-ermni-hay-tarixilri-aqafangel-v-favstos-buzand.html#sthash.1UZlmxsD.dpuf

03.10.2013 12:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*