Azərbaycanca

Qondarma erməni “krallar”ı və İslam

27.02.2014 | 13:40

1393493938_qondarma-ermeni-krallariErmənilərin yaşadıqları yerlər  Şərq ilə Qərb arasında bir keçid yeri olduğuna görə, buralardan bir çox qövmlər gəlib-keçmiş, onların bəziləri buralarda yerləşmişlər. Bu gəlib-keçən qövmlərin törətdikləri müharibə və təcavüzlər nəticəsində bölgə siyasi-inzibati cəhətdən dəfələrlə dəyişmişdir: bəzən genişlənmiş, bəzən də kiçilərək dağılmışdır. Bu yüksək və geniş sahələr keçmiş çağlarda qurulan dövlətlərdə hərbi və ticarətin əhəmiyyəti böyük olduğuna görə, qonşu dövlət və imperatorluqlar arasında rəqabətə səbəb olmuş və hər zaman hücumlara məruz qalmışdır. Buralarda bir-birinə düşmən dövlətlər qurulmuş, buna görə də, yerlilər xaricdən gələn təcavüzlərə dayana bilməmiş və çox zaman dövlətçiliklərini itirmişlər.   Arxeoloji incələmələr bu ərazilərdə ilk mədəniyyət və dövlət quranların kənardan gəldiklərini göstərir. Aparılan qazıntılar nəticəsində ortaya çıxan həqiqətlərə görə, bölgənin bilinən ən qədim xalqı Asur yazılarında adları keçən nairilər, başqa sözlə, urartular olmuşlar.   Ermənilərə, yəni haylara gəlincə, Robert de Qais də belə deyir: “Ermənilər Orta Asiyanın Pamir yaylalarından gələn ari boyları ilə Mesopotamiyadan gələn sami irqinə mənsub tayfaların qarışığıdırlar”.   V.S.Monroe də: “Ermənilər irq baxımından iranlı, beluç və çingənələrlə (qaraçı) əqrəbadırlar: xrəngləri ağdan zeytun rənginə qədər müxtəlifdir. Saqqalları şabalıd rəngində, gözləri iri, qara və mavi, burunları yəhudilərinki kimi müəyyən bir şəkildə çıxıntılıdır. Yəhudilərlə fıziki və ruhi bir çox ortaq yönləri vardır. Onlara “xristian yəhudi” və ya “vəftiz edilmiş yəhudi” deyilməsinin səbəbi də budur”- deyir.   Dr.Henrix Pudor  Londonda nəşr edilən “Times” qəzetinin 13 iyun 1917-ci il tarixli sayında, “Erməni günü” münasibətilə yazdığı yazıda belə deyir: “Ermənilər xristian olmaqla bərabər sami irqindəndirlər. Onların gözə çarpan ən böyük xüsusiyyətləri burunlarının qalın və qaba olmasıdır”.   Vyanalı antropoloq L.Sufereyə görə, ermənilər yəhudilərlə birlikdə hititlərdən dönmədirlər. Dr.S.Valsinberq “Ermənilər və yəhudilər” başlıqlı məqaləsində ermənilərlə yəhudilər arasında nəzərə çarpan bir bənzərlik olduğunu, bu bənzərliyin yalnız fiziki olmayıb ruhi sahəyə də keçdiyini söyləmişdir: “Qafqaz və Gürcüstanda ermənilər üçün verilən hökm “ermənilər xasiyyət baxımından diqqət çəkicidirlər” hökmüdür”. “Gürcüstan və ümumi hərb” kitabının müəllifi bu kitabın xüsusi nəşrinin 61-ci səhifəsində belə deyir: “Tacir və alverçi olan ermənilər Qafqaz xalqını soymaqda, onlara sələm kəsməkdə məmləkət üçün bir fəlakətdirlər. Ermənilərin Qafqazda sevilməmələrinin səbəbi də budur. Onların müxtəlif şəhərlərdə, xüsusilə də Tiflisdə oynadıqları rollar Varşavadakı yəhudilərin rollarına bənzəyir.”   Həmən yazıçı ermənilərin Qafqazın mədəniyyət ünsürü olduqlarıyla bağlı bütün Avropaya yayılan yanlış düşüncələrə də qarşı çıxmışdır.   M.Brossetin “Arxeoloji raportlar” və “Ani xarabalıqları” adlı əsərlərində “Anidəki Qoluuzun oğullarının ana dillərinin türkcə olduğu yazılmışdır. O, “demək ki, Anili qriqoryan ermənilər sayılan bu insanlar da Orta Asiyalıdırlar”- deyə bildirməkdədir.   Tarixdə insan axınlarının davamlı keçid yerləri olan bu bölgələrdə yeni-yeni xalqların və mədəniyyətlərin əmələ gəldiyi, mövcud mədəniyyətlərin də davamlı dəyişikliklərə uğradığı məlumdur. Şərqi Anadolunun bir qismində yerləşmiş ermənilər  III əsrdə Müqəddəs Georgi tərəfindən xristianlaşdırılmış və xristianlıqla birlikdə icma kimi fəaliyyət göstərmə  haqqını qazanmağa başlamışlar. Ermənilərin istər yeni doğulmaqda olan bir qrup olmalarına, istər nüfuz baxımından eyni bölgəni paylaşan digər xalqlara nisbətdə çoxluqda olmamalarına rəğmən, yerli xalqlarla ortaq mədəniyyət dəyərlərindən məhrum olmaları səbəbilə icma olma haqqını qazandıqdan sonra belə, bölgədə  söz sahibi ola bilmədikləri faktdır. Fəqət onlar bölgədə hakimiyyət qurmaq və ya hakimiyyətlərini sürdürmək istəyən Bizans, Pers, Əməvi, Abbasi və Səlcuqlular kimi böyük güclərin və daha sonralar xaçlılar və monqolların öz siyasətləri istiqamətində istifadə edə biləcəkləri mühüm ünsürlərdən biri olma istedadını göstərə bilmişlər və bu da faktdır. Daha sonralar davamlı istifadə edilən və istifadə edildikcə inkişaf edən bu xüsusiyyət, yəni daim kiminsə əlində siyasi maşa olmaq xüsusiyyəti  erməni cəmiyyətinin alın yazısını və mentalitetini müəyyənləşdirmişdir.   Düşmənlər erməni tayfalarını bir-birlərinə qarşı istifadə edərkən, bəzən çətinliyə düşmüş, fəqət çox vaxt onların hamısına və ya yarısına müxtəlif vədlər verməklə istəklərinə çata bilmişlər.   Ermənilər guya çox sayda erməni krallıqlarının olduğunu iddia etsələr də, bunlardan heç biri heç vaxt müstəqil, azad bir dövlət olmamışlar. Erməni “krallıqları” Roma imperatorluğunun və onun yerinə keçən Bizansın və Sasani dövlətlərinin hakimiyyətini qəbul etmiş, “krallar”ı Roma, Bizans və ya fars imperatorlarının təyin etdikləri valilərdən başqa bir şey olmamışlar. Ermənilər bu imperatorluqların bəzən birinə, bəzən digərinə, bəzən də hər ikisinə birdən vergi ödəmişlər. Erməni millətinin bütün tarix boyunca azad və müstəqil olmadığı, hətta “krallar”ın bəzilərinin midiyalı, iskit və ya fars əsilli olduqları nəzərə alınarsa, bu millətin daim boyundurq altında yaşadığını tam qətiyyətlə söyləmək olar. 476-cı ildən sonra Armeniya  Sasanilər və Bizans arasında paylaşılmış, onların yaşadıqları torpaqların şərqi farsların, qərbi isə bizanslıların tabeliyində olmuşdur.   Ermənilər bütün tarix boyunca nə Şərqi Anadoluda, nə də dünyanın hər hansı başqa bir yerində azad və müstəqil bir dövlət qura bilmədikləri kimi, mədəniyyət baxımından da ciddi bir iz qoya bilməmişlər. Şərqi Anadolu miladdan əvvəl və daha sonra islam dininin yayılmasına qədər farslar ilə bizanslılar arasında döyüş sahəsi olmuş, bəzən birinin, bəzən də digərinin əlinə keçmişdir. Bu bölgədə yaşayan ermənilər də Sasani və Bizansın təzyiqi altında əsir və qul həyatı sürdürmüş, müsəlmanlar buraya hakim oluncaya qədər həm farslardan, həm də Bizansdan böyük zülmlər görmüşlər. Onlar dini inamlarına görə toplu halda qətl və ya sürgün edilmişlər. Bu gün belə onların məzhəbi olan Qriqoryan məzhəbində həm fars, həm də Bizans mədəniyyətlərinin izləri görünməkdədir.   İslam dini Ərəbistan yarımadasında güclənib yerləşdikdən sonra Şərqdə zərdüşti (atəşpərəst)  Sasanilər, Qərbdə isə xristian Bizans kimi iki böyük düşmən qüvvə ilə qarşılaşmalı oldu.  Məlum olduğu kimi, İslam hüququnda Uca Allahın birliyini və Məhəmməd əleyhissəlamın peyğəmbərliyini, yəni islam dinini təbliğ etmək müsəlmanların üzərinə düşən bir vəzifədir. Bunu qəbul edənlər özlərini təhlükəsizlikdə hiss edəcəkləri kimi, din qardaşlığına da qəbul olunurlar. Qəsbkarlığın, qarətin və digər mənfəətlər üçün savaşmanın İslamda yeri yoxdur.   Az bir zamanda bugünkü İranın tamamı islam dinini qəbul etdi. Beləcə, islam ordusu bizanslılarla qarşı-qarşıya qaldı. Müharibə başladı. Bizanslılar Suriya, Fələstin və Misiri müzəffər islam ordusuna təhvil verib şimala çəkildilər. Bu müharibələrdə müsəlmanlar daim bizanslılar ilə vuruşdular, qarşılarına nə bir erməni dövləti, nə bir erməni “kral”ı, nə də bir erməni ordusu çıxdı. Beləliklə, müsəlmanlar Anadolunu ermənilərdən deyil, bizanslılardan almış oldular. Kilikiya bölgəsinə gəlincə: Adana ilk dəfə Hz. Ömər zamanında fəth edilmişdir.  Daha sonra Xəlifə Əbdülməlik Adana və ətrafını ta Sivasa qədər fəth edib islam ölkələri arasına qatmışdır.   Səlcuqluların axınından əvvəl Kilikiyada heç bir erməni varlığı görülməmişdir. Böyük türk axınının önündən qaçan ermənilər Kilikiyanın dağlıq bölgəsinə yerləşib, buranı özləri üçün mərkəz etmişdilər. Ancaq onlar burada da heç bir zaman azad və müstəqil bir dövlət qura bilməmiş, Azərbaycandan gələn qıpçaq albanlara və onlardan olan sülalələrə tabe olmuşlar. Albanlar da zaman-zaman Səlcuqlulara, Məmliklərə və xaçlılara vergi verən kiçik knyazlıqlar qurmuşdular.   Bu torpaqlar dörd xəlifənin hakimiyyətindən sonra Əməvi, Abbasi, Səlcuqlu, Məngücəkli, Artuk oğulları, Ağqoyunlu, Qaraqoyunlu, Ramazan oğulları və nəhayət, Osmanlı dövlətinin hakimiyyətində rahat və xoşbəxt bir həyat sürdürmüşlər. Bu saydığımız dövlətlərin hamısı da islam dövləti nizamı içərisində idarə olunmuşlar.   Abbasilər zamanında İslam-Bizans mübarizəsi davam etmiş, ermənilər islam hakimiyyəti altında yaşamışlar. Bizanslılar erməniləri ortodoks etmək üçün onlara müxtəlif təzyiqlər göstərirdilər. Müsəlmanlar isə ermənilərin din və vicdan hürriyyətlərinə heç vaxt toxunmadıqlarına görə, ermənilər islam idarəsini öz milli varlıqlarını qorumaq üçün daha əlverişli hesab edirdilər.   Xəlifə Mehdi zamanında Abbasi dövləti içərisində çıxan qarışıqlıqdan faydalanmaq istəyən bizanslılar 777-ci ildə Maraş və Amid ovasına qədər irəlilədilər. 778-ci ildə Həsən Kahtaba komandanlığındakı İslam ordusu bizanslılara qalib gəldi. Daha sonra Xəlifə Mehdi oğlu Harun Rəşid komandanlığındakı ordunu Bizansın üzərinə göndərdi. İslam ordusu Anadolunu başdan-başa fəth etdi. Bizans imperatoru ildə 70 min qızıl vermək şərtilə sülh bağlamaq məcburiyyətində qaldı. Abbasilər Çukurovadan Ərzincana qədər çəkilən cizginin şərqindəki bölgəni Avasim adıyla yeni bir sərhəd vilayəti halına gətirdilər. Beləcə, Fərat çayının qərbindəki ermənilər də Abbasi hakimiyyətinə keçmiş oldular.   Aradan uzun bir zaman keçmədən Xəlifə Məmun zamanında bizanslılar yenə Abbasilərin torpaqlarına hücum etdilər. Xəlifə Məmun 830-cu ildə Bizansın üzərinə bir ordu göndərdi. Onların hücumunun qarşısını alan bu ordu 831 və 832-ci illərdə Bizansa qarşı hərəkatını davam etdirərək Antakiya və Tarsusu yenidən fəth edib bir çox Bizans qalasını da ələ keçirdi. Sonralar Abbasi dövlətinin daxilində çıxan səltənət və məzhəb davalarından faydalanmaq istəyən Bizans imperatorluğu Abbasilərin hakimiyyətində olan torpaqlara yenidən hücum etdi. Onlar Malatyaya qədər irəlilədilər. Belə olduqda islam ordusu türk əsilli Afşinin komandanlığında Bizans ordusunu Ankarada qarşıladı. Aparılan döyüş nəticəsində Afşinin ordusu qalib gəldi. Bizanslılar çox itki verdilər. Bundan sonra bizanslılar uzun müddət Abbasilərə qarşı müharibə etmək cəsarətini göstərə bilmədilər.   Həmin dövrdən bəhs edən tarixi mənbələrin heç birində eynən öncəki dövrlərdə olduğu kimi heç bir erməni dövləti, nə də hər hansı bir “erməni kralı” yad edilmir.    

Bəxtiyar Adiloğlu  

“KarabakhİNFO.com” 

27.02.2014 13:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*