Azərbaycanca

Qrabar qədim erməni dilidirmi

05.01.2013 | 13:08

1356786162_kopiya-km..mjjMəlum  olduğu  kimi,  “erməni”  etnonimi  ermənilərə  aid  deyildir.  Onlar  özlərini  “hay”  adlandırır.   Müsəlmanlar  bütün  xristianları – monofizitləri,  onların  etnik  mənsubiyyətinə  fikir  vermədən,  o  cümlədən  alban,  hay,  udin,  tat  monofozitləri,  aysorlar  və  qədim  suriyalıları  (arameyləri)  bu  ad  ilə  çağırırdılar.  Məsələn,  orta  əsr  ərəb  müəllifləri  sonralar  nəvəsinin  doğma  alban  (arran)  dilinin  qrammatikasını  yazmış  alban  feodalı  Səhl  ibn  Smbatı  (VIII  əsr)  imanına  görə  “erməni”  adlandırırdı,  paralel  olaraq  onun  etnik  mənsubiyyətini  nəzərə  alaraq  aranlı,  yəni  alban  deyirdi.  İlk  dəfə  “erməni”  (arman)  adını  qədim  süryanilər  istifadə  edib,  onlar  aramlıları  belə  adlandırırdı.  Aramlıların  dövlətinin  süryanı  və  fars  adı  “Armana”  olub.  Qədim  yunanlar  bu  adı  farslardan  qəbul  edib,  özlərinə  uyğun  “Armeniya”  adlandırıb.  (1, səh.336)  Bildiyimiz  kimi  semitlər – aramlıların  ermənilər – haylarla  heç  bir  əlaqəsi  yoxdur.  Hayların  bu  dövlətə  kütləvi  köçürülməsindən  sonra ,onları da “erməni”  çağırmağa  başladılar.  Hal-hazırda  onlar  bu  adla  qonşularımızı  çağırır,  özlərini  isə  bir  çox  əsrlər  əvvəl  olduğu  kimi  “hay”  adlandırırlar.  (2  səh.168-169) Bu  gün  bizim  tanıdığımız  “Ermənistan  Respublikası”  adlı  dövlət  tarixi  Ermənistana  heç  bir  dəxli  yoxdur,  ermənilər  (haylar)  öz  dilində  onu  Ermənistan  deyil,  “Hayastan”  (hayların  dövləti)  adlandırır.

Yuxarıda  dediklərimizə  Rusiya  imperatorunun  11  mart  1836-cı  il  tarixli   fərmanında  “Erməni-qriqoriyan  kilsəsinin  patriarxı  və  bütün  haykan  (hay)  xalqının  katalikosu”  ifadəsində  hal-hazırda  “erməni”  (hay)  və  imanının  adı  (erməni-qriqoriyan)  ilə  tanınan  xalqın  etnik  mənsubiyyəti  vurğulanan  faktı  sübutdur.   Son  zamanlaradək  Azərbaycan  udinləri  də  erməni  adlandırırdı,  halbuki  etnik  mənada  udinlər  ermənilərə ,  yəni  haylara  aidiyyatı  yoxdur.  Müsəlman  dağıstanlılar  isə  indinin  özündə  belə  öz  həmyerliləri  olan  udinləri  öz  imanlarına  görə  erməni  adlandırırlar.  Eyni   hal  Şamaxı  ilçəsinin  tat-xristianları  ilə  baş  vermişdi,  çar  məmurları  əhalinin  siyahıya alınmasında  onları  ermənilərlə  bərabərləşdirmişdilər.

Beləliklə,  “erməni”  adı  təkamül  edərək  aramlı  >  monofizit  (qriqoriyan)  >  erməni  (hay)  sxemi  üzrə  hazırki  mənanı  kəsb  edir.  Bu  gün  çox  az  adama  məlumdur  ki,  erməni  adlandırılanlar  qarışıq  tərkibli  tayfaların  konqlomeratıdır,  bu  isə  “ermənilərin”  etnik  və  antropoloji  mənada  müxtəlif  olduqlarını  sübut  edir.

“Erməni  etnosunun”  formalaşmasında  bütün  ortaq  xalqların  onların  genofonduna  az  və  ya  çox  bərabər  köməyindən  başqa  erməni  dilinin  inkişafı  və  formalaşmasında  da  mühüm  rol  oynamışlar.  Elə  bir  tarixi  an  gəldi  ki,  əjdad  qədim  erməni  dilində  danışıb,  amma  onun  atası,  ulu  atası  ikidilli  olub,  ata  və  babasının  əjdadı  isə  təmiz  luviyalı,  urart,  xurit  olub.  (2)

Adətən,  Ermənistanı  monoetnik  dövlət  hesab  edirlər.  Lakin  ermənilərin  (hayların)  mütləq  ədədi  üstünlüyünə  baxmayaraq  bu  ölkədə  bir  çox  bənzəri  olmayan  milli  azlıqlar  yaşayır.  Bunlardan  biri  dil  və  mədəniyyət   əlaqələrində  semitlərə  (aysorlar,  yəhudilər),  digəri  isə  hind-avropalılara  (yunan,  ruslar,  ukraynalılar,  kürdlər,  yezidlər)  məxsusdur.  Milli  azliqlardan  başqa  Ermənistanda  iki  unikal  etnoqrafik  qrup  –  erməni  qaraçıları  (boşa)  və  erməni-tatlar  vardır.  (3)

Maraqlı  etnoqrafik  qruplardan  biri  xəzəryanı  fars  xalqları  nümayəndəsi  olan  “tat  ermənilərdir”.  “Tat”  termini  türk  mənşəlidir.  İlkin  olaraq  “tat”  termini  Azərbaycan  ərazisindəki  bütün  farsdilli  qrupların  (talişlardan  başqa)   sosial-alçaldıcı  əlaməti  olub  və  “türk  zərflərini  bilməyən,  türk  olmayan”  mənasını  daşıyırdı.  Onlar  imanına  görə  üç  qrupa  bölünür:  1)  yəhudi-tatlar;  2)  müsəlman-tatlar;  3)  monofizit  tatlar  (qriqorian  kilsəsinin  davamçıları). (4) Sonuncular  qarabağ  hadisələrinə  qədər  Azərbaycanın  iki  kəndində  –  Mədrəsə  və  Kilvarda  yaşayıblar  və  birbaşa  Qafqaz  Albaniyasının  hakim  sülaləsi  olan  Mihranilər  nəslindəndir.

Baxmayaraq  ki,  yaşlı  nəsil  icma  daxilində  parseren,  yəni  fars  adlandırdıqları  dildə  danışırlar. “qriqoriyan-tatlar”  və  ya  “erməni-tatlar”  hal-hazırda  monolinqvadır .  Fars  kökləri  olan  bu  etnoqrafik  qrup  bütün  etnik  atributlarını  itirərək  əjdadlarının  nadir  dilini  qismən  qoruyub  saxlamışlar.  Bununla  “erməni-tatlarda”  bu  gün  erməni  şüuru,  adları,  məişət  ənənələri  var.  Bu  qrupun  formalaşması  alban  etno-siyasi  əsasda  olsa da,  bu  gün  artıq  aydındır  ki,  onlar  tarixi  şərait  nəticəsində  doğma  dillərini  itirib,  tat  şüurunu,  alban  mədəni  elementini  qismən  qoruyub  assimilyasiya  olmuş  alban  tatlarıdır.

Qeyd  etdiyimiz  kimi  bu  qrupun  əjdadları  VI  əsrdə  İrandan  qaçıb  Qafqaz  Albaniyasında  yerləşərək  xristianlığı  və  maştosun  əlifbasını  qəbul  etmiş  Sasanilərin  qohumu  Mihranilərdir.  Kilsə  ədəbiyyatını  alban  dilindən  (qıpçaq-qarqar)  tat  dilinə  tərcümə  edərək  türkdilli  ilə  bərabər  tatdilli  alban  ədəbiyyatı  yaratdılar.  Məhz  bunu  ermənilər  (haylar)  qədim  erməni  ədəbiyyatı,  yazılı  irsin  dilini –  qrabarı  isə  qədim  erməni  dilinin  ədəbiyyatı  kimi  təqdim  edirlər.

Ermənişünasların  fikrincə,  qrabar  və  ya  “klassik  erməni  dili”  yazılı  mənbələrdə  qorunub  saxlanmış  və  güya  ki,  ilk  abidələri  b. e.  V  əsrinə  aid  olan  erməni  dilinin  “qədim  formasıdır”.  Xüsusilə  vikipediyada   deyilir ki,  “qrabar  XİX  əsrin  əvvəllinə  qədər  (orta  erməni  dili  ilə  bərabər)  Xaçatur  Abovyanın  aşxarabar  (hərfi  mənada  “dünyəvi”)  adlanan  müasir  danışıq  dilində  (5)  yazdığı  ədəbi  əsərdə  istifadə  olunub.  XX əsrin  əvvəlində  qrabar  məktəblərdə  tədris  olunub,  bu  isə  erməni  dilini  bir-birindən  seçilən  çoxsaylı  dialektlərinin  olması  şərtilə  birləşdirici  faktor  idi”.  (6)

“Bir birindən  seçilən  erməni  dilinin  dialektləri”  anlayışı  altında  nəyi  nəzərdə  tutduğumuzu  başqa  məqalədə  nəzərdən  keçirərik.  Lakin  o  fakt  ki,  qrabar  “XİX  əsrin  əvvəlinə  qədər  ədəbi  dil  qismində”  istifadə  edilib  və  “XX  əsrin  əvvəlində  məktəblərdə  tədris  olunub”,  fəsahətlə  qrabar,  “ortaerməni  dili”  və aşxrabarın  iki,  bəlkədə  üç  fərqli  dil  olduğunu  sübut  edir.  Qrabar  orta  erməni  dilindən  çox  yaşadı,  onu  zorla  “aşxrabarlaşdırıb”  sovet  vaxtı  sıxışdıraraq  aradan  çıxarılması  (7),  ədəbi  dil  kimi  mövcud  olmasını  dayandırdı  və  monofizit  tatlardan  fərqli  olaraq  ermənilər  onu  anlamır.  Bu  barədə  ermənilərin  özü də  danışırdı.  X.Abovyan  yazırdı:  “Mənə,  qədim  dildən  bu  qədər  seçilən  müasir  dil  məlum  deyil,  necə  ki  yeni  erməni  dili  qədim  erməni dilindən  seçilir… heç  bir  dil  mənə  bu  qədər  çətin  görünməmişdi  (söhbət  qrabardan  gedir)”.  Bu  sözlərin  müəllifi  altı  dili  mükəmməl  bilirdi.  Sonra  o,  çətinlikləri  törədən  səbəbləri  anladır:  “…bütün  anlayışlar,  sözlərin  quruluşu,  hətta  ayrı-ayrı  sözlər  müasir  ifadə  yolu  və  təfsirinə  uyğun  deyil”.

İlk  dəfə  qrabarın  tat  (ortafars)  dilinin  400  fars  və  türk  mənşəli  sözlərindən  başqa  erməni  dili  ilə  heç  bir  əlaqəsi  olmaması  haqqında  Yerevan  Universitetində  təhsil  alıb  qrabarı  erməni  dili  ilə  bərabər  öyrənən  tanınmış  azərbaycanlı   filoloq,  mərhum  M.Seyidov qeyd  etmişdir.  Lakin  o  vaxtlar  (1987-ci  il) onun  sözləri  bizə  inandırıcı  görünmürdü.  Onun  haqlı  olduğu  Zərifə  Mirzoyanın  “Kommunist”  türkmən  qazetinin  səhifələrində  çap  edilmiş  məqaləsini  oxuduqdan  sonra  bəlli  oldu.   Erməni-azərbaycan  münaqişəsinin  əvvəlində  Azərbaycanı  tərk  etmiş  milliyyəti  erməni tatlardan  olan  Zərifə  Mirzoyan  yazırdi:

“1937-ci  ilə  qədər  məktəblərdə  biz  o  vaxt  türk  adlanan  azərbaycan  və  rus  dilindən  savayı  doğma  tat  dilini  öyrənirdik.  Məhz  bu  dili  Ermənistanda  “qədim  erməni  dili”  hesab  edirlər.  Lakin  1937-ci  ildən  sonra  azərbaycan  və  tat  dillərinin  tədrisi  dayandırıldı  və  gözəl  yiyələnib  hər  gün  danışdığımız  dillərin  əvəzinə  tədrisə  yad  olan  erməni  dilini  daxil  etdilər”. (9)

Bəli,  məhz  tatlar  qrabarla  yazıb-yaratmışlar,  məhz  onlar  “qədim  erməni  dilində”  zəngin  din-kilsə  ədəbiyyatının  yaradıcılarıdır.  Etmənilərə  gəlldikdə  isə,  XX  əsrin  əvvəllərində  ermənilərin  inkişafı  barədə  məlumat  verən  yazıçı  V.Papazyan  qeyd  edirdi:  “Erməni  xalqı  cahil,  savadsız,  vəhşi  və  ilk  öncə  şüursuz  idi.  İnsanlar  əsasən  soyğunçuluq  və  quldurluqla  məşqul  olurdu…onlar  şimal  vəhşiləri  kimi  ov  hesabına  yaşayırdı”.  Eyni  sözləri  bir  neçə  əsr  əvvəl  Moisey  Xorenasi  də  demişdir:

“Qədim  əjdadlarımızın  bədbin  xasiyyətini  qınaq  edərək  xatırlamaya  bilmərəm,  amma  burada  onları  məzəmmət  edəcəyəm.  Əgər  tarixdə  və  dastanlarda  öz  zamanı,  tarixin  gedişini  yazılı  şəkildə  əbədiləşdirən  çarlar  tarixə  layiqdirsə,  onların  ardınca  bu  tarixə  arxivlərdə  kitabların  yazılması  üzərində  zəhmət  çəkənlər də  layiqdir.  Onların  sayəsində   biz  yazıları  oxuyur,  dünyəvi  və  vətəndaş  qanunlarını  öyrənirik. Ələlxsus,  xaldeylərin  və  süryanilərin,  misirlilərin,    yunanların  müdrik  çıxışlarını  oxuyur və  onların bu işə  necə  əmək gösrərmələrinə,  düşüncələrinə  qibtə  edirik.  Baxmayaraq  ki,  biz  balaca  cərgəyik,  sayımız  məhduddur,  qüvvətimiz  azdır.  Dəfələrlə  başqa  dövlətlər  tərəfindən  ram  edilmişik,  bununla  belə  bizim  ölkəmiz  də  yazılarda  əbədiləşdirilməyə   layıq  bir  çox  şücaət   göstərib.  Amma  bunu  kitablara  yazmağın  qayğısına  qalan olmayıb.  Beləliklə,  əgər  onlar  özlərinin  xeyiri  barədə  düşünməyib  və  tarixlerini  yazmayıblarsa,  onları  günahlanlandırıb  və  nəsə  tələb  etməyin  mənası  varmı ?  Amma  deyə  bilərlər  ki,  bunu  o  vaxt  ədəbiyyat  və  yazının  olmaması,  bir  birinin  ardınca  baş  vermiş  müxtəlif  müharibələrin  ucbatından  ede bilməyiblər.  Lakin.  bu  boş  fikirdir. Çünki  müharibələr  arası  boşluq  olub və o zamanlarda onlarda əmlak, evlər,  icma  məhkəmələri  və  sazişləri,  ələlxsus  ata-baba  dövlətinin varisliyi  haqqında  fars  və  yunanca  yazılan  kitablar  olub.  Mənə  elə  gəlir ki,  indiki  və  qədim  ermənilərin elmə  və  mahnıların  toplanmasına  marağı  olmayıb.  Ona  görə,  vəhşı,  axmaq,  və  şüursuz  adamlar  haqqında  danışmaq  əbəsdir”. (8)

 

İstifadə olunan ədəbiyyat

1. İ.M.Dyakonov.   Dilçilik üçün  Eblanın  əhəmiyyəti.  “Qədim  Ebla”  M.,1985

2. İ.M.Dyakonov.   Erməni  dilinin  tarixi  barədə.  “Tarix-filoloji  jurnalı”.Y.,1983

3. V.Voskanyan.   http://forum.hayastan.com/index.php?showtopic=28183

4. A.Akopyan. http://forum. hayastan.com

5. X.Abovyan.  Böyük Sovet  ensiklopediyası

6. Ermənistanın  etnik  xarakteristikası

7. M.Xorenasi.  Ermənistan  tarixi,  3-cü  kitab,  3-cü  fəsil

8.  Z.Mirzoyan.  “Azğın  millətçilik”,  “Kommunist”,  A.,1991

 

Bəxtiyar  Tuncay

 

      “KarabakhİNFO.com”

 

 

 

05.01.2013 13:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*