Azərbaycanca

Qraçya Qalustyan: “Serj Sarkisyan Ermənistan tarixində ən pis prezidentdir”

19.10.2012 | 17:03

1350648107_sarkisyanErmənistanın hazırda içində boğulduğu iqtisadi böhran, sosial ədalətsizlik, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması Serj Sarkisyan iqtidarı ilə xalq arasında yaranan uçurumun daha da dərinləşməsinə və xalqın Sarkisyana olan etimadının kəskin surətdə azalmasına səbəb olur. Sarkisyanın əleyhinə formalaşan ictimai fikir də bunu deməyə əsas verir. Belə ki, Ermənistanın yerli xəbər portallarında, qəzet və jurnallarında verilən Sarkisyanın tənqid olunduğu məqalələrin sayı durmadan artır. Belə məqalələrdən biri də “Armenianreport.com” xəbər portalında yerləşdirilib. Qraçya Qalustyanın məqaləsini sizə təqdim edirik:

Hazırda Ermənistanın əsas problemi kriminal-oliqarxların əsarəti altında olmasıdır və Ermənistan bu problemi həll etməyi bacarmır

“Mövcud problemlər nə qədər dərin və vacib olsa da, onu görməzdən gəlmək bir o qədər səhv və təhlükəlidir. Hazırda Ermənistanın əsas problemi kriminal-oloiqarxların əsarəti altında olmasıdır. Digər problemlər bu klanın idarəçiliyinin məntiqi nəticəsidir. Ad burada heç bir mahiyyət kəsb etmir. Problemləri həll etmək yolu səhvdir, demək olar ki, cinayətdir.
Məhz ona görə də Avropada Erməni İcmasının və Avropada Erməni İttifaqlarının Forumunun başçısı Slovakin Aşot Qriqoryan da buna təəssüflənir. O bildirib ki, indiyədək Ermənistan tarixində Edvard Nalbandyan qədər pis xarici işlər naziri olmayıb. O qeyd edib : “Mənim heç də yaxşı münasibət bəsləmədiyim Erməni Ümummilli Hərəkatının üzvü olan nazirlər, həmçinin hər zaman tənqid etdiyim Aleksandr Arzumanyan belə ondan çox yaxşı işləyirdi. Nalbandyan isə yalnız gəzir və kef çəkir.” Beləliklə, Qriqoryan xarici işlər nazirinin nəinki nə diasporla, nə də ki, FACE-lə (Avropada Erməni İcmasının və Avropada Erməni İttifaqlarının Forumu) əlaqə qurmur, hətta onların əleyhinə işləyir. Qriqoryan bununla yanaşı qeyd edib ki, bu cür xarici siyasətin davam edəcəyi halda Ermənistan Respublikasının mövcudluğu təhlükə qarşısında qalacaq. Onun sözlərinə görə, fəaliyyəti dövründə ilk dəfədir ki, bu cür təhlükəni hiss edir.
Ondan başlayaq ki, Aşot Qriqoryan özünün şəxsi mövqeyini sərt şəkildə ifadə edir. Doğrudur, o, Avropada Erməni İttifaqlarının Forumunun sədridir, lakin bu onun fikrini bütün ermənilərin fikri kimi qəbul etməyə əsas vermir. İdarəçilik klanında ən azı nəzəri cəhətdən onun da tərəfdarlarınıın olması mümkündür. Amma əlbəttə ki, kriminal-oliqarx klanının Avropadakı əleyhdarları daha çoxdur. Axı klan idarəçliyinin səbəb olduğu, həll edilməz və yığılıb qalmış problemlərin həll olunmamısını görərək Avropaya gedən erməni vətəndaşları da az deyil. Lakin məsələ bunda da deyil. Göründüyü kimi, Qriqoryanın qeyd etdiyi kimi, Eduard Nalbandyanın Ermənistan tarixi boyu XİN-in ən pis rəhbəri olması yalnız diaspor təşkilatlarının əleyhinə işləməsində deyil. Bu ədalətli ittihamdır. O, diasporun maraqlarını da satmağa hazırdır. Nalbandyan bunu Surixdə erməni-türk protokollarını imzalamaqla sübut etdi. İllər, əsrlər keçəcək, lakin yalnız onun adı satqınlığın sinonimi kimi qalacaq. Ancaq, o zaman və indi E. Nalbandyan öz iradəsi ilə edirdi və edir? Əlbəttə ki, yox. Elə həmin vaxt biz gördük ki, XİN başçısı rusiyalı həmkarının əmrləri ilə hərəkət edir. Bu əvvəl də belə olub, ondan sonra da. Surix sadəcə Ermənistanın xarici siyasətdə müstəqil olmamasının açıq mənzərəsi oldu. Belə olduqda hər şeyi E. Nalbandyanın şəxsiyyəti ilə bağlamaq doğru deyil. Ən azı ona görə ki, onun arxasında başqa bir adam- Ermənistanın prezidenti Serj Sarkisyan dayanır. Yalnız o, Nalbandyanın özünü necə aparması, nəyi deyib, nəyi deməməsinə razılıq verir. Belə ki, son illərdə Ermənistanın xarici siyasətinin iflasa uğramasının günahını tamamilə Nalbandyana deyil, Sarkisyana aid etmək doğru olar. Məhz o, Ermənistanın xarici və daxili siyasəti hazırki dəhşətli səviyyəyə gətirib çıxartdı. Məhz o, diasporu öz əleyhinə qaldırdı. Məhz o, Edvard Nalbandyan kimi səriştəsiz rəhbəri olan XİN qurdu. Beləliklə, məhz o, Ermənistanın tarixində ən pis rəhbərlik edən prezidentdir. Amma bunları analiz edərkən yalnız Serj Sarkisyanın hakimiyyətdən kənarlaşdırmaq səhv addım olardı. Çünki o, Ermənistanı idarə edən kriminal-oliqarx klanının lideridir. Ermənistanın xoşbəxt gələcəyi üçün bu klan tarixin zibilliyinə gömülməlidir. Əks halda bizi yeni-yeni gəzən və kef çəkən xarici işlər nazirləri və ölkəni uçuruma aparan prezidentlər gözləyir.”

Armenianreport.com

Tərcümə etdi: Söhrab İsmayılov.

 

 

19.10.2012 17:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*