Azərbaycanca

Qubadlı həsrəti

30.08.2014 | 13:59

10660626_627279560718864_395673367_n21 ildir ki, 31 avqust Qubadlı rayon sakinləri üçün ağrı, niskil günü kimi yadda qalıb. 1988-1993-cü illərdə qubadlılılar öz torpaqlarını yüzlərlə şəhid verərək qorumuşdular. Eyni zamanda yerli özünümüdafiə dəstələri də son günə kimi döyüşüb. Lakin Füzuli və Cəbrayılın işğalından sonra yarımmühasirə vəziyyətinə düşən Qubadlının müdafiəsi daha da çətinləşib. Artıq Qubadlının da işğalı qaçılmaz idi, amma buna baxmayaraq yerli xalq yenə də ata-baba yurdunu tərk etmək istəmirdi. Ən son günəcən xalq yalın əllə də olsa ermənilərə qarşı mübarizə aparıb. Amma mənfur düşmən öz havadarlarının hesabına gücünü artırıb sonda Azərbaycanın bu dilbər guşəsini də işğal etdi. Xatırladaq ki, işğaldan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən verilən 874 saylı qətnamə ilə təcavüzkarlardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymayıb.

 

“Qubadlı həsrəti ilə yaşayıram”
Eli Elsegerov10637833_624014271052910_338046500_nHazırda Qubadlı sakinləri respublikanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır. Amma rayonun icra hakimiyyəti və digər rəsmi qurumları Sumqayıt şəhərində müvəqqəti fəaliyyət göstərir. Biz “KarabakhİNFO.com” e-jurnalı olaraq bir neçə qubadlı sakini ilə söhbət etdikdə, onların öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşadıqlarının şahidi olduq. Qubadlı ziyalısı, rayon Ağsaqqallar Şurasının üzvü Əli Ələsgərov 31 avqustun Qubadlı tarixində unudulmaz qara hərflərlə yazıldığını bildirdi: “Bu günü biz heç vaxt unutmayacağıq. Çünki rayon əhalisinə erməni ordusu tərəfindən olmazın əzab-əziyyətlər verildi. İnsanların demək olar ki, var-dövləti orda qaldı. Qubadlılılar əmlakını itirmiş vəziyyətdə rayonu tərk etdilər”.
Ə.Ələsgərov Qubadlı həsrəti ilə yaşadığını qeyd etdi: “Qubadlı respublikanın dilbər guşələrindən biridir. Qubadlının ən çox çaylarını, meşələrini, ümumiyətlə təbiətini xatırlayıram. Oranın hər daşı, dərəsi mənim üçün unudulmaz bir xatirədir. Qubadlı yaşantılarım gündən-günə artır ki, azalmır”.
O, gecə-gündüz Qubadlıya qayıdacaqları günü fikirləşdiyini deyir: “Biz həmişə bu arzu ilə yaşayırıq. Ali Baş Komandanın əmrini gözləyirik. Mən bu yaşımda orduya getməyə hazıram…”
“Qubadlını sevməmək mümkün deyil”
Kamil Ehmedov10656252_624014141052923_344906473_nQubadlı rayon Təhsil şöbəsinin müdir müavini Kamil Əhmədov da 1993-cü ilin avqust ayının 31-nin onun həyatına pis təsir göstərdiyini dedi: “İnsan həyatında elə günlər var ki, onun həyatı boyu yadından çıxmır. Həmin günlərdən bir də düşünrəm ki, 1993-cü ilin 31 avqustudur”.
Onun sözlərinə görə, 1991-ci ildə baş verən hadisələr, SSRİ-nin dağılması, regionda baş verən proseslər, o cümlədən ucqar rayonlardan da yan keçmədi. Erməni təcavüzkarlarının sərhədlərimizi tez-tez pozması halları müşahidə olunuurdu. Bununla yanaşı respublikadakı anarxiya əyalətlərə də öz təsirini göstərmişdi”.
K.Əhmədov yerli xalqın əlində yaba, dəhrə, ov tüfəngi ilə öz torpağını müdafiə etdiyini xatırlatdı: “Biz gözümüzü açıb o dağları, meşələri, çayları görmüşdük. İndi artıq ömür yavaş-yavaş sona çatmaq üzrədir. Bu gün o dağ, dərə, flora, fauna, çayların heç biri qubadlılıların yadından çıxmır. Nə qədər Sumqayıtda bizə yetərincə şərait yaradılsa da, böyüyüb boya-başa çatdığımız torpağı unuda bilmirik. Təbii ki, bunun unudulması da qeyri-mümkündür. Abbas Səhhətin bir məşhur misrası var: “Vətəni sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz”. Qubadlını sevməmək mümkün deyil”.
Bu həmsöhbətimiz də Qubadlıya qayıtmaq ümidini itirmədiyini bildirdi: “Bu yaxınlarda işğal olunan rayonların icra başçıları Füzulinin Horadiz şəhərində dəyirmi masa keçirirdi. Oradan bizim rayona təxminən 70 km. yol var. İnanın ki, tədbirdəki bütün qubadlılılar bəlkə də qanadları olsaydı Qubadlıya gedərdi. Amma neynəyək ki, belə bir mənfurlarla qonşu olmuşuq”.
“Doğma ata-baba torpaqlarımızı yağı düşməndən azad etmək üçün hazırıq”
Aqil-Qubadli10353043_584571991663805_7457891516898569310_nYAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Aqil Quliyev də Qubadlının işğal günlərini ağrı-acıyla xatırlayır: “Dövlətini, millətini sevən hər bir gənc kimi hər il doğma torpaqlarımızın işğal gününü qeyd etmək bizim üçün də çox ağırdır. Rayonun sakinləri yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi Sumqayıt şəhərində, eləcə də respublikanın 42 şəhər və rayonunda heç bir şəraiti olmayan binalarda məskunlaşıblar”.
A.Quliyev Qubadlı gənclərində vətənpərvərlik ruhunun çox yüksək səviyyədə olduğunu bildirdi: “Hal-hazırda rayonumuzda 10404 gənc var ki, (onlardan 5173 kişi və 5231 qadın) bu da rayon əhalisinin 26 %-ni təşkil edir. Qubadlıda doğulmayan körpə və yeniyetmələr bu gün gənc nəslin nümayəndələri kimi öz doğma ata-baba yurdları haqqında yetərincə məlumat almaları üçün rayon İcra Hakimiyyəti, rayon təhsil şöbəsi tərəfindən mütəmadi maariflənmə işləri aparılır. Rayonun yeniyetmə və gənclərinə rayonumuzdan olan 238 şəhid, 8 Milli Qəhrəmanımız keçdiyi şərəfli həyat yolu haqqında məlumat verilir. Gənc nəslin nümayəndələrinin vətənpərvərlik ruhunda, öz adət-ənənələrinə, soy kökünə bağlı böyüməsi üçün əməli işlər görülür, təbliğat aparılır. Görülən işlərin nəticəsidir ki, bu gün Qubadlı gənclərinin vətənpərvərlik ruhu, elinə obasına, şəhidinə, Milli Qəhrəmanına sayğısı çox yüksək səviyyədədir. Bu gün biz qubadlılılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmrinə mütəzir əsgər kimi öz doğma ata-baba torpaqlarımızı yağı düşməndən azad etmək üçün hazırıq”.

 

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

30.08.2014 13:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*