Azərbaycanca

Qubadlısız 20 il

31.08.2013 | 11:16

1377933233_q131 avqust 1993… Parçalanmış Qarabağın cəmi 8 gün əvvəl Füzuli və Cəbrayıl yaraları vurulmuşdur xalqın qəlbinə. Həmin işğaldan 8 gün keçməmiş Qubadlı rayonunun düşmən qəsbkarlarının caynaqlarına keçməsi Qarabağın dərdinə yeni dərd qatmış oldu. Heç bir silah sursatla təmin olunmayan əliyalın əhali qəsbkar erməni silahlılarına qarşı əzmlə yorulmadan, canlarından qiymətli hesab etdikləri Vətən uğrunda döyüşdən usanmadan mübarizə aparırdılar. 802 kvadrat metr ərazisi olan Qubadlı rayonunun işğalı erməni vandalizminin bariz nümunələrindəndir. Rayonun işğalı nəticəsində 232 nəfər şəhidlik zirvəsinə yüksəlib, 146 nəfər əlil olub, 10 nəfər isə Əliyev Əlyar Yusif oğlu, Ağayev Bəylər Tapdıq oğlu, Atakişiyev Aslan Qabil oğlu, Axundov Səfa Fətulla oğlu, Əliyev Ələkbər Həsən oğlu, Kərimov Kazımağa Mövsüm oğlu, Məmmədov Aqil Səməd oğlu, Mirzəyev Kənan Ərşad oğlu,  Əliyev Vasili Əhməd oğlu və Cəbrayılov Fəxrəddin Mövsüm oğlu Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüblər. Qubadlıın itirilməsi sadəcə bir ərazinin itirilməsi kimi xarakterizə olunmamalıdır. Rayonun işğalı nəticəsində 40-a yaxın tarixi mədəniyyət abidələri düşmənin ayaqları altında tapdalanıb gedir.

   1993-cü il avqustun 31-də ermənilər tərəfindən Qubadlı rayonunun işğalı tamamilə başa çatdırıldı. Azərbaycanın tarix səhifəsinə daha bir qara gün yazıldı: “31 avqust 1993-cü il – Qubadlı rayonun işğal edildiyi gün…” Qubadlısız 20 il

    Bu gün artıq Qubadlı torpaqlarının itirilməsindən 20 il keçir. Artıq 20 ildir ki, öz yurd-yuvalarından didərgin salınmış qubadlılılar torpaq, Vətən həsrəti ilə yaşayırlar. Torpaq itkisi elə bir ağır dərddir ki, onu yaşamayan insana sözlərlə ifadə etmək çox çətindir. Öz doğma yurdunu xəyallarda canlandırmaq, yalnız şəkillərdə, videolarda izləmək isə daha acı bir xatirədir. Havasını udub, suyunu içə bilmədiyimiz Qubadlı torpağının həsrəti hər bir azərbaycanlının qəlbində yaşayır. Qubadlı, ümumilikdə Dağlıq Qarabağ ərazisi düşmən tapdaqlarından azad olmayınca Vətən uğrunda şəhid olmuş soydaşlarımızın ruhu dinclik tapmayacaq.

   Sevda Sevinc

 

  “KarabakhİNFO.com”

 

31.08.2013 11:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*