Azərbaycanca

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli şərtlərini açıqladı

26.03.2015 | 13:25

10644436_10152709134392999_3015137229217710381_o

“Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması ilə bağlı qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib.

Onun sözlərinə görə, hərbi faktor, işğal və təcavüz amilləri danışıqlar prosesindən çıxarılmalıdır: “Bundan sonra bu prosesdə sıçrayışa nail ola və regionda sülh və təhlükəsizliyi təmin edə bilərik”.

XİN sözçüsü qeyd edib ki, Azərbaycan xalqı münaqişənin indiyədək həll edilməməsi faktorundan çox məyusdur. Onun sözlərinə görə, Azərbaycanda qaçqınlar və daxildə bir yerdən başqa yerə keçən şəxslərin bir arzusu var – öz torpaqlarına, vətənlərinə qayıtmaq.

H.Hacıyev xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1995-ci ildə ATƏT-in Minsk qrupu formalaşdırılıb: “Lakin indiyədək danışıqlar prosesində heç bir nəticə əldə edilməyib. Nəticə isə yalnız işğalın və Azərbaycana qarşı təcavüzün dayandırılması və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zəmanət, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının təmin edilməsi ola bilər”.

26.03.2015 13:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*