Azərbaycanca

Rəsmi İrəvan qorxuya düşüb

17.09.2014 | 16:47

Republic Square_4“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, Ermənistanın “Jamanak” qəzeti Bakı və Moskvanın tezliklə İrəvanı cəzalandıracağını yazıb. Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfəri nəşri çox narahat edib.

 

 

“Jamanak”ı Roqozin və Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubovun birgə bəyanat verərək Qərbin Rusiyaya qarşı sanksiyalara gedib səhv etdiyini bildirməsi isə qorxuya salıb. Erməni qəzeti buradan belə bir nəticə çıxardır ki, Bakı və Moskva arasında az qala “bal ayı” başlanır. Nəşr “Bizdə vəziyyət necədir?”, deyə soruşur: “Biz həmişə Rusiya qarşısında bütün öhdəliklərə sadiq qalmışıq, amma onlar bizə praktiki olaraq xəyanət edirlər”.

 

 

“Jamanak” qəzeti həmçinin yazır ki, Ermənistan öz müttəfiq öhdəlikləriylə Qərbə qarşı Rusiya-Azərbaycan oyununa qoşulmağa məcburdur.

 

 

Fuad Hüseynzadə

 
“KarabakhİNFO.com”

 

 

17.09.2014 16:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*