Azərbaycanca

Rəsmi Tehran Qarabağda sülhməramlıların yerləşdirilməsinin əleyhinədir

18.07.2014 | 12:28

mehemmed reisiİran regionda xarici sülhməramlı qüvvələrin yerləşdirilməsinin əleyhinədir.  “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bu sözləri İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Rəisi cümə günü keçirdiyi mətbuat konfransında deyib. Sülhməramlıların Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsinin mümkünlüyünü şərh edən iranlı diplomat bəyan edib ki, rəsmi Tehran belə təşəbbüslərə qarşı çıxış edir. Onun sözlərinə görə, məsələnin həlli Ermənistandan, Azərbaycandan və ATƏT-in Minsk qrupundan asılıdır: “Lakin mən əminəm ki, yad qüvvələrin yerləşdirilməsi regionun təhlükəsizliyini təhdid altında qoyacaq. İraq və Əfqanıstan buna parlaq nümunədir”.

Eyni zamanda səfir qeyd edib ki, İran regionda hər hansı zorakılığın əleyhinədir, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və hərbi əməliyyatların yenidən başlanması ehtimalının az olduğunu hesab edir.

 

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

18.07.2014 12:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*