Azərbaycanca

Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib

01.10.2014 | 17:40

1b36a360bfa7e4778f6a9ccd11926dccAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının müzakirəsi keçirilib. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

 

 

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsərinin qiymətli bir tarixi mənbə olduğunu bildirib. Akademik Ramiz Mehdiyevin həm də uzun illərdir ki, çox fəal və ardıcıl şəkildə elmi-tədqiqat işləri ilə məşğul olduğunu diqqətə çatdıran akademiya rəhbəri bu elmi-nəzəri araşdırmalarda cəmiyyətin fəlsəfi dərki, ictimai-siyasi proseslərə tarixi-fəlsəfi baxış kimi ciddi və qlobal problemlərin özünün dərin və geniş həllini tapdığını vurğulayıb: “Bir cəhət də xarakterikdir ki, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin tədqiqatlarında milli-mənəvi özünüdərkə və cəmiyyət həyatının irəliyə doğru inkişafına yol açmaq həmişə diqqət mərkəzində dayanır. Bundan başqa, cəmiyyətdən gələn sosial-siyasi çağırışların elmi cəhətdən aydınlaşdırılıb dəyərləndirilməsi də akademik Ramiz Mehdiyevin tədqiqatlarının əsasını təşkil edir.”

 

 

A.Əlizadə qeyd edib ki, bu gün müzakirə üçün təqdim edilən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyası da yaşadığımız dövrün daxili tələbatından irəli gələn mühüm və vacib bir problemə həsr olunub. Kitab Dağlıq Qarabağ konfliktini bütün kökləri ilə meydana qoyan, dərindən açıb ümumiləşdirən və bu sahədə saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdıran elmi əsərdir. Özlərini “yazıq millət” kimi təqdim edən ermənilərin kimliyini müəyyən etmək baxımından da kitabın böyük əhəmiyyəti var.

 

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabında tarixi dərinlik və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının Azərbaycan cəmiyyətində böyük əks-səda yaratdığını qeyd edən İ. Həbibbəyli mühüm əhəmiyyəti nəzərə alınaraq indiyədək bir sıra elm və dövlət qurumlarında bu kitabın müzakirəsinin keçirildiyini diqqətə çatdırıb.

 

 

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Milli Məclisin deputatı Musa Qasımlı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri İsaxan Vəliyev, AMEA Tarix İnstitutunun direktoru, müxbir üzv Yaqub Mahmudov çıxış edərək akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyasının tarixi əhəmiyyətindən, elmi dəyərindən, qarşıya qoyulmuş problemin tədqiqat-araşdırılma istiqamətlərindən danışıb və əsərin tarix elmində xüsusi yer tutacağını qeyd ediblər. Müzakirədə çıxış edənlər monoqrafiyanın elmi dəyərini önə çəkərək kitabın ortaya çıxardığı yeni vəzifələrdən danışıb, bir sıra təklif və mülahizələrini bildiriblər. Kitabın Azərbaycan dilinə, o cümlədən dünya dillərinə tərcümə edilərək yayılması təklif olunub.

 

 

“KarabakhİNFO.com”

 

 

01.10.2014 17:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*