Azərbaycanca

Reyqanın sabiq müşaviri: “Erməni diasporu arxivlərin öyrənilməsindən qorxur”

12.09.2014 | 16:35

Bruce_Fein_090110“Erməni diasporu öz yalanlarından ehtiyatlanaraq arxivlərin öyrənilməsindən qorxurlar. İfşa olunacaqlar deyə beynəlxalq məhkəməyə müraciət etməkdən qaçırlar”. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının verdiyi xəbərə görə, bu barədə Reyqanın sabiq müşaviri, hazırda ABŞ-ın ən nüfuzlu adamlardan biri hüquqşünas Brüs Feyn deyib.

 

 

“Birinci Dünya müharibəsindən istifadə edərək, ermənilər müstəqil olmaq üçün ayağa qalxıb və düşmən qüvvələri ilə əməkdaşlıq edərək Osmanlı İmperiyasını satıblar. Osmanlı imperiyası da buna qarşı tədbirlər görüb”, deyə Fein jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb.

 

 

Onun fikrincə, siyasətçilər tarixi bilmir: “Hesab olunur ki, Şərqi Anadoluda türk-müsəlmanların Birinci Dünya müharibəsi zamanı itkiləri təxminən 2 milyon nəfər təşkil edib. Ermənilərin itkisi isə 60 mindən 300 minə qədər olub. Lakin ermənilər vaxtaşırı öz qurbanlarının sayını artırıblar. O, birgə faciə idi, keçmişdə olub. Ermənilər hər zaman bu siyasi platformalarda iddialarını müdafiə edirlər”.
B.Feyn bildirib ki, ermənilər müstəqillik qazanmaq məqsədilə Osmanlı imperiyasına xəyanət edib, eləcə də türk-müsəlmanlara qarşı terror aktları törədiblər. O, başqa ölkələrin parlamentlərində qondarma erməni iddialarının müzakirəsini tənqid edərkən Feyn belə deyib: “Tarixi hadisələr və tarixdə baş vermiş cinayətlərə qiymət verilməsini tələb etmək, bu təşəbbüslə çıxış edən siyasilərin ölkələrinin konstitusiyasına ziddir”, deyə o əlavə edib.

 

 

Fuad Hüseynzadə

 

 

“KarabakhİNFO.com”

 

 

12.09.2014 16:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*