Azərbaycanca

RF DİN Dağlıq Qarabağda barışığı bərpa etməyə çağırır

03.08.2014 | 10:08

10588735_1513132478901124_1521583757_nMoskva Dağlıq Qarabağ münaqişəsinin iştirakçılarını atəşkəsə riayət etməyə və bölgədəki vəziyyətin sabitləşməsi üçün ölçülər götürməyə çağırır. RF DİN informasiya və mətbuat departamentinin müdiri Mariya Zaxarovanın sözlərinə görə nazirlik münaqişənin şiddətlənməsini “atəşkəs haqqında danışıqların və münaqişənin həllinin siyasi vasitələrlə yoluna qoyulması niyyətinin ciddi pozuntusu” kimi qiymətləndirir. Onun fikrincə münagişənin sonrakı eskalasiyası yolverilməzdir.

Son bir neçə gün münaqişə zonasında vəziyyət kəskin şəkildə gərginləşmişdir. İTAR-TASS xəbər verir ki, barışıq rejimi dəfələrlə pozulmuşdur, bu isə insan tələfatına gətirib çıxarmışdır .

 

Dağlıq Qarabağın mübahisəli statusu 80-ci illərin sonunda qızışmış və 1994-cü ilin may ayına qədər uzanaraq Azərbaycan və Ermənistan arasında yaranmış münaqışənin nəticəsidir. Hərbi əməliyyatların gedişatında Ermənistan nəinki Dağlıq Qarabağı, hətta yeddi azərbaycan rayonunu işğal etmişdir. İki ölkə bir neçə onllikdir ki, münaqişəni ATƏT-in Minsk qrupu – Rusiya, Fransa və ABŞ həmsədrlərinin üçlüyü vasitəçiliyi ilə nizamlamağa  çalışır.

 

 

“KarabakhİNFO.com”

03.08.2014 10:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*