Azərbaycanca

Rus Konsulu Mayevskinin Ermənilər haqqında söylədikləri

08.10.2013 | 09:43

1381210797_5Bölgədə Ermənilərin son bir əsrdə apardığı mübarizədə xarici güclərə daha baha qiymətə satılmaq əsas məqsədləri olmuşdur. Belə olmasaydı tarixin müxtəlif dönəmlərində eyni coğrafiyada yaşadığımız və hər zaman xüsusi diqqət altında yaşayan bu azğınlaşmış millət hər imkanda öz satqınlıq missiyasını uğurla yerinə yetirməzdi. Bir çox məqamlarda onların yüksək pafosla çıxış etdikləri “milli” idealların da xarici qüvvələrin yerli dövlətlərə qarşı planının tərkib hissəsi olduğu faktlarla sübut olunmuşdur. Tarixi Azərbaycan torpaqlarında yaranmış Ermənistan Respublikasının Azərbaycanla Türkiyəni ayıran strateji yerdə yerləşməsi, hal-hazırda bu dövlətin sadəcə mülk kimi idarə olunması, onların daşıdığı milli idealların sadəcə qul psixologiyasının tərkib hissəsi olduğunu bəlli edir. Buna sübutlardan biri kimi 1895-1896-cı illərdə Osmanlıda ermənilər törətdiyi vəhşiliklər zamanı ölkədə fəaliyyət göstərən  xarici diplomatların etirafları “erməni məsələsi”nin qaynaq mənbələrini açıq şəkildə göstərir.

Osmanlıda “sadiq millət” adını alan ermənilər Osmanlı zəifləməyə başlayanda öz mahiyyətlərini aydın şəkildə ifadə etməyə başladılar. 1895-1896-cı illərdə yaranmış qarışıqlıqdan istifadə edən ermənilər xarici marağı ifadə edən və onların dəstəyi ilə amansız qırğınlar törətməyə başladılar. Hələ XIX əsrin 90-cı illərində sonradan baş verəcək qırğınlar haqqında Osmanlıda fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri raportlarında həyəcan təbilini çalırdılar. İstanbulda 1891-ci ilin əvvəlində erməni məsələsini təsvir edən fransız səfiri Kambon raportunda bildirirdi: “Londonda ermənilər yaxşı sığınacaq tapdılar: Qladston hökuməti narazı erməniləri topladı, onları qruplaşdırdı, intizam, qayda-qanun öyrətdi və öz köməyini vəd etdi. Həmin vaxtdan təbliğat komitəsi Londonda bərqarar oldu və burada müvafiq təlqin-inandırma işləri görüldü. Erməni əhalisi içərsinə olduqca sadə iki ideyanı yürütmək zəruri idi: “millətçilik və azadlıq ideyası”. Bunların yayılması ilə komitələr məşğul oldu və beləliklə bir neçə illər ərzində gizli cəmiyyətlər bütün Ermənistanda yayıldı: Türkiyə inzibati üsul-idarəsinin qüsur və çatışmazlıqları təbliğ edilir, erməni xalqında isə millətçilik və istiqlaliyyət ideyaları oyadılır (“Armyanskie dela v 1893-1897 q.”).Rus Konsulu Mayevskinin Ermənilər haqqında söylədikləri

Beləliklə Kambonun raportu da göstərir ki, erməni məsələsi bilavasitə xarici marağı ifadə edən faktor idi. Bu məsələnin meydana çıxması heç  də onların daxili istək və maraqlarından doğmurdu. Bu zaman əsas qırğınların törədildiyi Van və Ərzurumda Çar Rusiyasının baş konsulu olmuş Mayevski erməni vəhşiliyini gözləri ilə görmüş və öz xatirələrində bu haqda geniş bəhs etmişdir. Mayevski  qeyd edirdi ki, Osmanlıda digər xalqlara, xüsusən də, ermənilərə həddindən artıq imtiyazlar verilmişdi. Bir çox məqamlarda ölkədə baş verən üsyanların səbəbi də onların səfalət halında yaşaması deyil, Osmanlı hökumətinin həddindən artıq liberal yanaşması nəticəsində yaranan özbaşınalıq və qudurğanlıq idi. Baş verən iğtişaşlarda Avropa Osmanlı hökumətini ittiaham edirdi. Onları xristianları sıxışdırmaqda günahlandırırdılar. Əslində isə iğtişaşların kökündə heç də Osmanlının xristianları sıxışdırdığına görə deyil, dini və milli məsələlərə həddindən artıq liberal münasibət göstərdiyinə görə baş veriridi. Xristian məktəbləri demək olar ki, heç bir nəzarətə tabe deyildi. Türklərin idarəetmədə buraxdığı bu boşluqlar onlar arasında iğtişaşa meylliliyi artırırdı. Şərqdə xristianlar iğtişaşların əsasında həmişə bir ideyanı – xarici dövlətlərin işə qarşımasına bəhanə üçün anarxiya yaratmaq ideyasını ortaya qoyurdular.” 1890-cı ilin əvvəlində Avropadan təlimatlanan Hnçaq, Daşnak və Ermənistan cəmiyyətinin üzvlərindən ibarət fəal təbliğatçılar qrupları meydana gəlməyə başlamışdı. “Ali məktəbdən tutmuş lap adicə ibtidai məktəblərə qədər bütün erməni məktəbləri Avropa paytaxtlarında ifrat dərəcəyə çatdırılmış erməni təbliğatçılarının qızğın fəaliyyət meydanına çevrilmişdi. Vətənpərvərlik mədhiyyə və mahnıları, kəskin satira və təmsillər müəllimlər mühitindən yeniyetmələrin odlu qəlbinə düşürdü, onlarda müsəlmanların mənfur hakimiyyətinə qarşı qəzəb, kin-küdurət hissini heç kimə məlum olmayan gələcəyin fantastik illuziyalarının bütöv bir silsiləsini alovlandırırdı. Beləliklə, ən qısa bir vaxt ərzində onların yaratdığı illuziyanın müdafiəsi üçün qanlı fədakarlığa hazır olan qudurğan, inadkar gənclər yarandı…” Beləliklə, xarici dəstək və erməni mənfur siması 1895-1896-cı illərdə türk kəndlərinə basqınlara və kütləvi qətllərə səbəb oldu. Qızışdırılan ermənilər nəinki türklərin, o cümlədən, Osmanlıda xüsusi imtiyazla yaşayan ermənilərin də həyat tərzini pozdu. Hökumətə qarşı isə üsyanlara görə Avropa dövlətləri tərəfindən təzyiqlər davam edir, üsyanların baş verməsində əsas günahkar kimi Osmanlı hökuməti göstərilirdi. Beləliklə bir tərəfdən ermənilər qızışdırılır, onlara hər cür maddi dəstək verilir, digər tərəfdən də bu üsyanlardan Osmlanlı dövlətinə qarşı təzyiq kimi istifadə olunurdu.

1895-ci il iyulun 11-də Osmanlı hökuməti təzyiqlərdən geri çəkilməli oldu. Xarici dövlətlərin tələblərini ödəmək və inqilabçı erməni dərnəkləri ilə barışmaq üçün siyasi cinayətlərə görə, həbs olunanlara ümumi amnistiya elan olundu. Bu əslində vəziyyəti yaxşılaşdırmadı. Əksinə quldurların azadlığa çıxması ilə qırğın təhlükəsi daha da artdı. 1895-1896-cı illər qırğınının canlı şahidi Mayevski xatirələrində yazırdı:“Türkləri hər hansı bir vəhşiliklə ittiham edirlər etsinlər, lakin mən bir şeyi deyəcəyəm: Türkiyənin müxtəlif şəhərlərində ermənilər və müsəlmanlar arasındakı toqquşmalar barədə şəxsən mənim bildiklərim məni belə bir qənaətə gətirir ki, qanlı işlər hər yerdə məhz ermənilərin özlərinin təşəbbüsü ilə başlanmışdır. Məsələn, Trabzon qırğını həmin şəhərin küçələrində iki türk generalı Bağır paşa və Həmdi paşa yaralandığından sonra başlamışdı. Çox kasıb şəraitdə yaşayan minlərlə erməni görmüşəm….. Lakin o qədər məşhur məşum “türk vəhşiliyinə” heç yerdə rast gəlməmişəm….” Erməni qırğınlarının əvəzində Avropada belə bir təəssürat yaradılırdı ki, guya Osmanlıda xristian əhali sıxışdırılır, onlara amansız divan tutulur və qeyri-müsəlman əhalinin Osmanlıda yaşaması mümkünsüzdür. Bu əslində çoxdandı ki, hazırlanan dövləti parçalamaq siyasətinin tərkib hissəsi idi. Bu oyunun əsas təşkilatçılarından biri ingilislər idi. İngilis təşkilatçılarının bu oyunu qurmaqda əsas məqsədi Osmanlını Çar Rusiyası ilə yeni müharibəyə sürükləmək idi. Bu planın baş tutmayacağını anlayan ingilislər özlərinin erməni siyasətini 1895-ci ilin noyabr ayından dəyişməyə başladılar. Mayevski erməni məsələsinin şişirdilməsində yerli ingilislərin rolundan bəhs edərkən yazırdı: “Mən əsla demək istəmirəm ki, ingilis konsulları erməni hərəkatının rəhbərləridirlər. İngilis konsulluğu erməni inqilabçılarının Türkiyənin başqa hissələrində onların işlərinin  gedişi barəsində yaxşı sorğu kontorunda olduğu kimi məlumat almaq üçün məntəqə idi….” Lakin ingilislər bu addımların Yeni Rus-Türk müharibəsi üçün səbəb olmayacağını anladıqdan sonra ermənilərə qarşı münasibət dəyişdi. Beləliklə, 1895-ci ilin sonunda İngilis hökuməti erməni sevdalısı olan konsul Alvartı mayor Vilyamsla əvəzlədilər. Bu, ingilis hökumətinin erməni məsələsinə yeni münasibətinin açıq göstərcisi oldu. İngilis yardımının kəsilməsi erməniləri çaş-baş salmaqla yanaşı, onları pulsuz qoydu. O dövr erməni inqilabçıları qəzəblə bir faktı ifadə edirdilər: “ İngilislər ermənilərin bir funt qanını, bir funt Van samanından da ucuz qiymətləndirirdilər”.

Pulsuz və köməksiz qalmış ermənilərin etiraf etdiyi bu fakt  sonrakı 100 ildə onların işləmə və fəaliyyət mexanizminin əsasını açır. İngilislərin uğurla istifadə etdiyi ermənilər sonra işlərinə yaramadığı üçün bir kənara atıldı. Maraqlıdır ki, bu faktları hər hansı bir türk, qətliama məruz qalan yerli əhali səsləndirmir. Həmin dövrdə Çar Rusiyasının bölgədəki səfiri gözü ilə gördüklərini ifadə edir. Bu gün yaşadığımız bir sıra problemlərin gerçək səbəblərini səfir Mayevski öz dili ilə bildirir, mənfur erməni siyasətinin mahiyyətini açıqlayır: “Həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən diqqətlə düşünülmüş şəkildə, səylə qaçırlar. Onlarda hər şey faktların şişirdilməsi əsasında qurulmuşdur. Onlar bütün fəaliyyətlərini uydurmalar, ağlasığmaz, görünməmiş, eşidilməmiş qəddarlıqlar uydurmağa əsaslandırmışdılar ki, başqalarında ermənilərə rəğbət, türklərə qarşı isə nifrət hissi yaransın. Lakin bütün bunlar ermənilərə qarşı maraq və rəğbət əvəzinə, yalnız nifrət hissi doğurur.”

Mehman Həsən

 

“KarabakhİNFO.com”

 

08.10.2013 09:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*