Azərbaycanca

“Rusiya Ermənistanda gərginliyi atırmağa çalışır” – MÖVQE

28.01.2015 | 12:42

asd

Erməni bələdiyyə üzvü: “Əsrlər boyu bir vətən yaratmaq həsrətilə yaşamışıq”

 

Ermənistanın “Asparez. am” saytı Los Ancelesin “Geopolitik” klubunun Ermənistanda baş verənlərlə bağlı bəyanatını nəşr edib. KarabakhİNFO.com beynəlxalq elektron jurnalı həmin bəyanatı təqdim edir:

 

 

 

 

 

 

 

“ Rusiya imperializmi müstəqil erməni dövlətinə növbəti zərbəsini vurdu. Gümrüdə Avetisyanlar ailəsinin qətli, Rusiya hakimiyyətinin qatili Ermənistan məhkəməsinə təhvil verməməsi kimi alçaq mövqeyi, Ermənistanın hakim dairələrinin kölə xasiyyətli əməlləri və öz xalqına qarşı zor tətbiq etməsi erməni xalqının səbr kasasını doldurdu.

 

 
Erməni xalqının varlığı təhlükə altındadır. Risiya hakimiyyəti açıq-aşkar hücuma keçdi. Ruslar Ermənistanın daxilində sabitliyi pozmağa, Ermənistanı daxildən zəiflətməyə çalışır.

 

 

Bu, Rusiyanın və onun müttəfiqləri Azərbaycanın və Türkiyənin səyləri ilə erməni dövlətinin yeganə sağlam qurumunun-erməni ordusunun dağılması və bunun nəticəsi kimi, Ermənistan dövlətinin məhvi Rusiya hakimiyyəti və onun erməni pajları tərəfindən Ermənistan dövlət hakimiyyətinin bütün sahələrini təhqir etməyin və dağıdılmasının məntiqi davamıdır.

 

 

Rusiyanın regionda geosiyasi maraqlarını təhlil edərkən rus mətbuatının son günlər Ermənistana və ermənilərə qarşı boşboğazlığı, habelə hadisələrin məntiqi xatırladır ki, Rusiya Ermənistanda gərginliyi kulminasiya nöqtəsinə çatdırmaq istəyir. Yeni təxribatlar vasitəsilə vəziyyəti qeyri-sabitləşdirmək üçün bu fəlakətli faciədən faydalanaraq, onun vasitəsilə erməni ordusunun Rusiyanın, necə deyərlər, sülhməramlı qoşunlarının Ermənistan ərazisinə girməsinə hər vəchlə müqavimət göstərən vətənpərvər hissəsini hadisələrin içinə çəkməyə çalışır. Bu, ordudan Ermənistanın həqiqi müttəfiqi olan İrana qarşı istifadə edilərək eyni zamanda erməni xalqına bədbəxtlik gətirəcək.

 

 

“Geopolitik” klubu yuxarıda yazılanlara əsaslanaraq, Rusiya hakimiyyətinin erməni dövlətinə və erməni xalqına qarşı alçaq, saymazlıq mövqeyini, Ermənistan hakimiyyətinin ruspərəst və öz xalqına qarşı tətbiq etdiyi qanunsuz zorakılıqları qınayır. Erməni xalqını, xüsusən Erməni ordusunun zabit heyyətini Rusiyanın yeni təxribatlarının qarşısını almaq üçün ayıq olmağa və Ermənistanın maraqlarını düşmənlərimizə xidmət etdirməyə yol verməməyə çağırırıq”.

 

 

Qəribədir, görəsən Azərbaycan və Türkiyə nə vaxtdan Rusiyanın müttəfiqi olub? “Geopolitik” klubu bir şeyi unudur ki, rusların ən yaxın strateji müttəfiqi məhz Ermənistandır. Ermənistanın Rusiya tərəfindən yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü buna sübutdur. Həm də unudurlar ki, Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət məhz Rusiya tərəfindən yaradılıb və təşəkkül tapıb. Bu fakt bütün dünyaya məlumdur.

 

 

2014-cü il noyabrın 10-da Parisdə Ermənistana və Qarabağa yardım yığımı məqsədilə keçirilmiş telefon marafonu (foneton) zamanı Ermənistan İctimai televiziyasına müsahibə verən Marsel şəhər bələdiyyəsinin milliyyətcə erməni olan üzvü dedi ki, əsrlər boyu bir vətən yaratmaq həsrətilə yaşamışıq və indi kimlərinsə sayəsində elə bir vətənimiz var (rusların adı qəsdən çəkilmir), ona görə də vətənə kömək etmək bütün ermənilərin borcudur.

 

 

Daha bir fakt: Ermənistanın diaspora naziri Hranuş Hakopyan 2012-ci ildə Türkiyədə ermənilərlə görüşü zamanı dedi ki, sizin diasporanın fəaliyyəti zəifdir, onu bir qədər fəallşdırmaq lazımdır.

 

 

Ermənilərin nümayəndələrindən biri isə bildirdi ki, biz diaspora deyilik, biz qədimdən yaşadığımız torpaqlardayıq. Siz də daxil olmaqla dünyaya ermənilər Türkiyədən yayıldılar. Diaspora biz deyilik, sizsiniz, çünki siz başqalarının torpaqları üzərində dövlət yaratmısınız.

 

 

 

 

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

28.01.2015 12:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*