Azərbaycanca

Rusiya ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq

22.08.2014 | 15:04

rus-ermeni1991-ci il 29 apreldə Rusiya ilə Ermənistan arasında «Dostluq və əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilədə qeyd olunmuşdur ki, (maddə 10) hər iki dövlət arasında iqtisadi və ticarət münasibətləri bir-birinə əlverişli şəraitin yaradılması əsasında inkişaf etdirilməlidir. İqtisadi cəhətdən kasıb olan Ermənistana bu Rusiya tərəfindən böyük güzəşt deməkdir.

 

 

Tərəflər iqtisadi ticarət, elmi-texniki, bank, maliyyə sahəsində, ərazi idaəretmə, müəssisələr, birliklər, Rusiya-Ermənistan birgə müəssisələrinin təşkil edilməsi və s. sahələrdə əməkdaşlıq edirlər.

 

 

Rusiya və Ermənistan hökumətləri bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi əlaqələrin inkişafına çalışaraq 1992-ci il 30 sentyabrda «Azad ticarət haqqında» müqavilə imzalamışlar.

 

 

Rusiya Ermənistanın Atom Elektrik Stansiyasının bərpa və yenidən istismara verilməsində yaxından iştirak edib. Daha doğrusu bu işi Rusiya görməsəydi həmin stansiya Ermənistanın xüsusi qüvvəsi, imkanı ilə heç zaman bərpa olunub istifadəyə verilməzdi. Məlumdur ki, MDB ölkələri arasında «Atom enerjisindən dinc məqsədlərlə istifadə olunması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında» müqavilə vardır. Bu müqaviləni və Ermənistanın enerji böhranını bəhanə edən Rusiya və Ermənistan 1994-cü il 14 martda Ermənistan Atom Elektrik Stansiyasının bərpası və əvvəlki vəziyyətə gətirilməsi, onun sənaye istismarı barədə müqavilə bağladılar. Rusiya Ermənistana atom energetikası ilə əlaqədar başqa sahələrdə, o cümlədən kadrlar hazırlanmasınada da köməklik göstərir. Hal-hazırda Rusiya Ermənistan AES-i ilə bağlı səhmlərin yarısına sahibdir.
Rusiya Ermənistana humanitar, sosial sahələrdə, təhsil sferasında da hərtərəfli yardım göstərir.

 

 

Rusiyanın Azərbaycana qarşı siyasi strategiyasında «erməni kartı» mühüm yer tutur. Dağlıq Qarabağın erməni təcavüzkarlarını əsasən Rusiya silahlandırır. Rusiya silahlı hərbi münaqişələri psixoloji informasiya vasitəsilə gücləndirir, professional qüvvələrdən istifadə edir. Moskvada yaradılan «Rusiyanın Qarabağ ziyalıları» adlı cəmiyyət Azərbaycan xalqının əleyhinə təbliğat aparır. Ermənistan Rusiya hərbi strategiyasının oyuncaq dövlətinə çevrilmişdir. Onu da əlavə etmək lazımdır ki, Rusiya Gürcüstan ərazisindən çıxarılan qoşunlarını və hərbi sürsatı da Ermənistan ərazisində yerləşdirir ki, bu da regionda vəziyyəti daha da mürəkkəbləşdirir.

 

 

Ermənistanda elə qələmə verməyə çalışırlar ki, guya Zaqafqaziyada, ümumiyyətlə, regionda bütün xalqlar dövlətlər Rusiyaya düşməndir, rusların yeganə dost və müttəfiqləri ermənilərdir. Bütün bunlar hamısı ona xidmət edir ki, rusların, Rusiya dövlətinin qılığına girmək, onlardan daha çox güzəştlər qoparmaq.

 

 

Rusiyanın Ermənistandakı keçmiş səfiri V.Stupin «XXI əsrin astanasında Rusiya ilə Ermənistanın strateji» tərəfdaşlığı adlı məqaləsində yazmışdır ki, «Ermənistan Dağlıq Qarabağ ilə birlikdə Zaqafqaziyada bizim yeganə əsil müttəfiqimiz və strateji tərəfdaşımızdır».

 

 

Rusiya Dağlıq Qarabağ amili vasitəsilə Azərbaycana qarşı çevrilən siyasi strategiyasını həyata keçirməyə çalışır. Qafqazın cənubunda siyasi mövqeyini möhkəmləndirmək üçün Ermənistanın coğrafi məkanından istifadə edir.

 
«Rus-erməni» dostluq cəmiyyətinin Moskvada nəşr etdirdiyi «Armeniya i Mir» jurnalında antiazərbaycan əhval-ruhiyyəli məqalələr çap edilir.

 

 

Rusiyanın siyasi liderlərinin hələ də müəyyən qismi Ermənistanı geosiyasi müttəfiq hesab edir. Rus geosiyasətçiləri Ermənistanı Qafqazda islam fundamentalizminin qarşısını alan vasitə hesab edirlər.

 

 

Rusiya Ermənistanda hərbi güc saxlamaqla Qafqazda mövqeyini möhkəmləndirməyə çalışır. Nəticədə Ermənistan Qafqaz xalqları tərəfindən neytrallaşdırılan, təcrid edilən, region strukturundan kənarda qalan dövlətə çevrilir.

 

 

Avrasiya konsepsiyası Rusiyanın siyasi strategiyasında geniş yayılmış konsepsiyalardan biri «slavyan-türk» birliyi ideyasıdır, lakin erməni ideoloqu Z.Balayan bu konsepsiyanı zərərli hesab edir. O, rusları türk milli ünsürləri, Turanın dirçəlişi ilə hədələyir. Onun fikrincə bolşeviklər Azərbaycana, Qazaxıstana, Yakutiyaya və başqa türk xalqlarına geniş ərazilər vermişdir.

 

 

Aynur Tağıyeva

 
AMEA-nın əməkdaşı

 
“KarabakhİNFO.com“

 

 

22.08.2014 15:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*