Azərbaycanca

Rusiya rəsmilərinin bəyanatı Ermənistanı təşvişə salıb

06.06.2014 | 05:35

1402054468_artak-zakaryanXəbər verildiyi kimi ötən gün keçirdiyi brifinqdə Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviç “Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır” bəyanatı ilə çıxış edib. Eyni fikri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin də Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə də bildirib. Lakin bu açıqlamalar Ermənistanda narahatlıq yaradıb. Beləki Rusiya rəsmilərinin bu fikirləri erməni mediasının, Ermənistanın hakim Respublikaçılar Partiyasının ciddi narazılığına səbəb olub.

Erməni mətbuatı yazır ki, Avrasiya İttifaqı və Gömrük Birliyinə üzv olan Ermənistanla müqayisədə Rusiyanın Azərbaycana qarşı münasibətləri daha səmimi görünür: “Hakimiyyətin Moskvanın

bütün istəklərini yerinə yetirməsinə baxmayaraq Ermənistanın Rusiya üçün o qədər əhəmiyyət kəsb etmədiyi hiss olunur”. Qeyd olunur ki, Rusiyanın Azərbaycana regionda yeganə strateji portnyoru kimi baxması Ermənistanı ciddiyə almamasıdır. Məsələ ilə əlaqədar erməni mediasına açıqlama verən hakim partiyadan olan millət vəkili, Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Artak Zakaryan isə bu açıqlamaları qısqanclıqla qarşılayıb. Zakaryanın sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri həmişə yüksək səviyyədə olub. İki ölkə arasındakı əlaqələr regionda sülhün inkişafına dəstək verəcək.

 

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

06.06.2014 05:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*