Azərbaycanca

Rusiya səfiri Permyakovla bağlı sensassiyalı bəyanat verdi: “Cinayətkar layiqli cəzasını alacaq” – FOTOLAR

23.01.2015 | 13:42

sdasd

 

Gümrüdəki ailənin qətlində Azərbaycan və Türkiyənin də adları hallanır 

 

 

 

 

 

 

Rusiyanın Ermənistandakı səfirliyi Gümrüdə amansızlıqla öldürülmüş ailənin 6 aylıq Seryoja Avetisya adlı körpəsinin ölümü ilə bağlı yanvarın 20-də sensassiyalı bəyanat yayıb. Orada xüsusilə deyillir: “İnandirmaq istəyirik ki, cinayətkar və onun arxasında dura biləcək şəxslər layiqli cəzalarını alacaqlar”.

 

 

Onun arxasında kim dayana bilərdi?! Burada diqqəti cəlb edən odur ki, son günlərədək söhbət “bir qatildən” gedirdi. Bu balanslı deyil, guya su istədi və ailəni güllələdi, sonra Türkiyə sərhədinə doğru qaçdı. Lakin Ermənistan kütləvi mətbuat vasitələrində və mütəxəssislər dairəsində fərqli fikirlər dövr etməyə başladı. Bəzilərinə görə, Permyakov bəlkə də tək deyildi, bu cinayətədək başqa bir qətldə də şübhəlidir.

 

sdf

 

 

Rusiya tərəfinin mövqeyi vəziyyəti daha da kəskinləşdirdi. Belə məlumatlar var ki, Permyakovu erməni hüquq-mühafizəçiləri tutdu. Bu, həm də qətiyyən Türkiyə sərhədində olmayıb, lakin Rusiya tərəfin tələbi ilə onlara təhvil verdilər. Həmin məsələni “əsaslandırmaq” üçün rus sərhədçiləri tərəfindən tutulmaq variantı dövriyyəyə qoyuldu.

 

 

Son günlərdə Rusiya KİV-lərində və müvafiq dairələrdə Qərblə əlbirliyi söz-söhbətləri dolaşır. Bunula yanaşı, Ermənistanda Türk-Azərbaycan izi haqqında fikirlər də dövr edir.

sadfsf

 

 

 

 

Faktiki olaraq indi üç mövqe ortalıqdadır: Əgər Permyakov tək deyildisə, onda Gümrü bazasında onun cinayətkar tərəfdaşları olub – Qərb və Türkiyə -Azərbaycan. Demək lazımdır ki, hər üç versiya Rusiya tərəfinə xüsusi şərəf gətirmir və həmin ölkədə, xüsusilə bazada hökm sürən özbaşınalığa dəlalət edir. Hər halda, Rusiya səfirliyinin bəyanatından və Gümrü cinayəti məsələsində Rusiya tərəfin mövqeyindən mühakimə yürüdərək belə ehtimal edilməlidir ki, sonda hansısa bir fikir üzərində dayanmaq lazımdır. Mümkündür ki, Gümrü cinayəti qlobal planda, necə deyərlər, kompleks cinayətkarlıqların sırası ilə “eyniləşdirilmir” (27 oktyabr və 1 mart hadisələri kimi). Bir sözlə, hər hansı versiyaya qarşı ictimai etimad olmadıqda, Rusiya tətəfi müəyyən çıxılmaz vəziyyətə düşəcək.

 

Cinayətin ilk günlərində bunu siyasiləşdiməməyə çağırırdılar, lakin “siyasiləşdirmə” məhz Moskvanın mövqeyi və təbliğatı səbəbindən başlandı.

 

 

Permyakovun arxasında kim dayana bilərdi?! Permyakovun işi istənilən “eyniləşdirilməyən” iş kimi, Ermənistanda siyasi və başqa xarakterli divantutmalar görünüşlü kaloniya prosesini davam etdirməyə bəhanə olacaq.

 

 

 

Bu suallara Permyakov cavab verə bilər. Lakin ruslar Permyakovu nəinki təhvil vermir (bəlkə də həmin səbəbdən təhvil vermirlər), həm də erməni tərəfinə yalnız “qapının deşiyindən ona baxmağa” icazə verdilər. Operativ zaman itirilir və mükündür ki, Permyakov artıq hər hansı bir şeyi xatırlamaq vəziyyətində deyil. Məsələn, Rusiya KİV-ləri yazır ki, o, psixiatrik xəstəxanaya göndərilə bilər.

 

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”              

 

 

 

 

23.01.2015 13:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*