Azərbaycanca

“Rusiya sözdən işə keçməlidir”

15.08.2013 | 15:11

1376564885_m-icriDağlıq Qarabağ münaqişəsinin həllində “açar” olan  Rusiyanın prezidenti Vladimir Putinin aylardır gözlənilən səfəri başa çatdı. Əksəriyyət bu səfərdən münaqişənin nizamlanmsına dair hər hansı yeniliyin olacağını gözləyir. Lakin V.Putin  öz gəlişi və gedişi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı ümidverici irəliləyişə imza atmadı. O, sadəcə Rusiyanın həmişəki mövqeyini əks etdirən bəyanat verməklə kifayətləndi. “Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi vasitələrlə tənzimlənə bilər və Rusiya münaqişənin tezliklə tənzimlənməsinə fəal kömək edir”, deyə Putin bəyan edib.

Prezident İlham Əliyev isə çıxışında münqaişənin tezliklə həll edilməsinin regionun bütün ölkələrinin maraqlarına uyğun olduğunu deyib: “Bu məsələnin həlli tarixi ədalətə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına və qətnamələrinə əsaslanmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır. Bir daha qeyd etmək istəyirəm ki, münaqişənin tezliklə tənzimlənməsi regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa gətirib çıxarar”.

 

“Rusiya sözdən işə keçməlidir”“Rusiya sözdən işə keçməlidir”

 

Göründüyü kimi Prezident İlham Əliyev də münaqişənin həllində Rusiyanın rolunu xüsusi vurğulayıb. Lakin Rusiya haqq və ədalətdən uzaq duraraq erməni təəssübkeşliyindən əl çəkmir. Millət vəkili, professor Musa Qasımlı “Karabakhinfo.com”a açıqlamasında bildirdi ki, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin sülh yolu ilə aradan qaldırılmasına dair Rusiyanın mövqeyi müsbət qiymətləndirilməlidir. Onun fikrincə, bu deyilənlər yalnız bəyanat olaraq qalmamıldır: “Konkret əməldə öz həllini tapmalıdır. Minsk qrupunun üzvü kimi Rusiya ədalətin, haqlı olanın tərəfində dayanmalıdır. İşğala məruz qalan Azərbaycandır, işğalçı Ermənistandır. Əgər  Rusiya doğurdan da bu münaqişəni sülh yolu ilə həll etmək istəyirsə, təcavüzkara öz yerini göstərməlidir, ona silah verməməlidir, yardım etməməlidir. Bununla Rusiyanın itirilmiş mövqeyini bərpa etmək mümkündür”. M.Qasımlıya görə Ermənistanla əməkdaşlıq Rusiyaya yalnız hörmətsizlik gətirir: “Rusiya konkret şəkildə mövqeyini ortaya qoymalıdır. Təcavüzkarı müdafiə edir, yoxsa təcavüzə məruz qalanı? Hesab edirəm ki, Rusiya sözdən işə keçməlidir”.

 

Millət vəkili Rasim Müsabəyovsa bizimlə söhbətində ermənilərin Putinin davranışından və Azərbaycana gəlməyindən narazı olduqlarını qeyd etdi. Onun sözlərinə görə, Rusiyanın apardığı siyasət ənənəvidir: “Burada sülhü təmin edən tərəf kimi Rusiya çıxış etməlidir. Səslənən bəyanatlarda yenilik yoxdur. Vacib idi ki, ikitərəfli  görüşlərdə Azərbaycan prezidenti Rusiyanın mövqeyindəki dəyişikliyin olub – olmamasını müəyyənləşdirsin. Düşünürəm ki, cənab prezident bunu müəyyənləşdirib”.“Rusiya sözdən işə keçməlidir”

 

Ermənilərin ruslara daha yaxın olduğunu deyən R.Müsabəyov Azərbaycanın Rusiyanı nəyəsə məcbur etməyə gücü çatmadığını bildirdi: “Biz cılız erməniləri öz torpaqlarımızdan çıxara bilmirik. Amma ermənin “dədəsi” rusdursa, rusla danışmalıyıq”.

 

“Torpaqlarımızın işğaldan azad olunması üçün yeni müttəfiqlər axtarmalıyıq”

 

Politoloq Qabil Hüseynli isə e-jurnalımıza bildirdi ki, Rusiya işğal olunmuş ərazilərin həlli üçün hər nə don gen geyinsə,  ona inanmaq çətindir: “Çünki Rusiyanın Dağlıq Qarabağla bağlı siyasəti tam aydındır. Dağlıq Qarabağ və onun ətraf rayonlarının işğalında Rusiya qoşunları iştirak edib. Azərbaycanın məğlub olmasının əsas səbəbkarı Rusiyadır. İndi də münqaişənin həllinə “tormoz” vuran, yeri gələndə Azərbaycanın xeyrinə olmayan müxtəlif həll variantlarını ATƏT-in Minsk qrupuna da təlqin edən yenə də Rusiyadır”.“Rusiya sözdən işə keçməlidir”

 

Politoloqun fikrincə, Rusiyadan münaqişənin həllinə hər hansı dəstək gözləmək özünü ciddi sürətdə aldatmaq deməkdir: “Rusiya 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən üzü bəri Ermənistanın yanındadır. Soyqırımlardan tutmuş işğala qədər həmişə erməniləri müdafiə edib və indi də müdafiə etməkdədir. Bu günləri Ermənistan-Rusiya strateji əməkdaşlığı ən yüksək səviyyədədir. Belə bu şəraitdə Putin gəlib 5-3 kəlmə duaya oxşayan söz söylədi və bununla düşünmək ki,  onun ölkənin işğal olunan ərazilərə dair siyasəti dəyişdi, bu sadəlövlük olardı. Bir sözlə, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üzümüzü Rusiyaya çevirməkdən vaz keçməliyik”.

 

Q.Hüseynliyə görə, biz  torpaqlarımızın işğaldan azad olunması üçün yeni müttəfiqlər axtarmalıyıq: “Və Rusiyanın bölgədəki təsirinin zəifləməsinə nail olmalıyıq. Belə olduqda Azərbaycan öz ərazi bütövlüyünü həll edə bilər”.

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

15.08.2013 15:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*